Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Əyalət mətbuatı: problemlər və perspektivlər
    AZADİNFORM İnformasiya Agentliyi Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondunun dəstəyi ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icra vəziyyətinin işıqlandırılmasında yerli mətbuatın fəaliyyətinin dəstəklənməsi layihəsi çərçivəsində Yardımlı rayonunda nəşr olunan “Zirvə”, Masallı rayonunda nəşr olunan “Cənub xəbərləri”, “Yeni həyat”, Biləsuvar rayonunda nəşr olunan “Məhsul” qəzetlərinin redaksiyalarında Dəyirmi masa keçirib. Dəyirmi masada əyalət mətbuatının problemləri ətrafında fikir mübadiləsi aparılıb. 



    Gənclər əyalət mətbuatından uzaq düşüb
    Görüşdə çıxış edən AZADİNFORM İnformasiya Agentliyinin Baş redaktoru Asəf Hacıyev bu gün Azərbaycanda müasir dünya standartlarına cavab verən müstəqil mətbuatın formalaşdırıldığını vurğulayıb. A.Hacıyev bildirib ki, dövlət dördüncü hakimiyyət adlandırılan KİV-in sərbəst inkişafı üçün hər cür şərait yaradıb. KİV və ifadə azadlığının qarşısını alan bütün süni maneələrin aradan qaldırıldığını diqqətə çatdıran A.Hacıyev hüquqi və etik normalara hörmət edən jurnalist araşdırmaları, faktların və fikirlərin dərc edilməsi üçün kifayət qədər imkanlar yaradıldığını vurğulayıb. Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondunun dəstəyi ilə regionlarda həyata keçirilən layihənin əyalət mətbuatının inkişafına kömək edəcəyini vurğulayan A.Hacıyev bildirib ki, gələcəkdə yeni yaranan Fondun imkanlarından yerli qəzetlərin də faydalanacağı nəzərdə tutulub.  
    AZADİNFORM İnformasiya Agentliyinin redaktoru, layihənin koordinatoru Niyaz Niftiyev həyata keçirilən “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icra vəziyyətinin işıqlandırılmasında yerli mətbuatın fəaliyyətinin dəstəklənməsi layihəsinin məqsədlərindən danışıb. N.Niftiyev bildirib ki, layihənin məqsədi ölkənin əyalətlərində regionların sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən Dövlət Proqramının bölgə mətbuatında daha keyfiyyətli işıqlandırılmasını və vətəndaşların bununla bağlı intensiv və dolğun informasiya əldə etməsini təmin etməkdir. Onun sözlərinə görə, yerli mətbuat nümayəndələrinin peşəkarlıq bacarıqları artırılmaqla paralel regionların sosial-iqtisadi inkişafı ilə bağlı maarifləndirmə işində mətbuatın rolu da gücləndirilməlidir. Hazırda Azərbaycanın müxtəlif regionlarında ölkənin sosial-iqtisadi inkişafının təbliği sahəsində yerli mətbuatın fəaliyyətində çatışmazlıqların olduğunu diqqətə çatdıran N.Niftiyev bunun səbəbləri arasında bir-biri ilə sıx bağlı olan problemlərdən danışıb: “Əvvəla, yerli mətbuat regionların inkişafı ilə bağlı Dövlət Proqramlarına uyğun olaraq görülmüş işləri yetərincə işıqlandıra bilmir. Bir çox hallarda regionların sosial-iqtisadi inkişafı üzrə dövlət siyasəti və Dövlət Proqramlarında əks olunmuş məsələlərin mahiyyətindən məlumatsızlıq yerli jurnalistlərin bu mövzularda peşəkar materiallar hazırlamasına, təhlillərin, kəmiyyət və keyfiyyət müqayisələrinin aparılmasına mane olur. Bu baxımdan xüsusilə bölgələrdə regionların sosial-iqtisadi inkişafından yazan jurnalist kontingentinin formalaşdırılmasına və inkişaf etdirilməsinə böyük ehtiyac var.”
    N.Niftiyev regionların sosial-iqtisadi inkişafını təbliğ edən daha çox rayon İcra Hakimiyyətlərinin təsisçiliyi ilə nəşr olunan qəzetlərin olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, bəzi rayonlarda müstəqil qəzetlərin fəaliyyət göstərməməsinin səbəbləri sırf maliyyə sıxıntıları ilə bağlıdır. 
    “Zirvə” qəzetinin Baş redaktoru Ələsgər Cəfərov 1936-cı ildən müxtəlif adlar altında  nəşr olunan qəzetin 1991-ci ildən hazırki adla işıq üzü gördüyünü söyləyib. Qəzetin 2001-ci ilə qədər rayonun öz mətbəsində nəşr olunduğunu vurğulayan Ə.Cəfərov 2001-ci ilin may ayına qədər ayda 1 dəfə 1000 tirajla, 8 səhifə həcmində, 2005-ci ilin may ayından 1500 tirajla, ayda iki dəfə, 2006-cı ildən isə ayda bir dəfə 1500 tirajla Bakıda çap olunduqlarını söyləyib. “Qəzetin əsas maliyyə mənbəyi abunədən daxil olan vəsaitdir. Abunə kampaniyasını rayon İcra Hakimiyyəti təşkil edir, redaksiyada nəğd və köçürmə yolu ilə aparılır. 2007-ci ildən qəzetin 1 nüsxəsinin illik abunəsi 10 manatdır. Abunə kampaniyası ildə 2 dəfə aparılır”,-deyən Ə.Cəfərov qəzetə kompüter dəstini 2005-ci ildə rayon İcra Hakimiyyəti tərəfindən verildiyini vurğulayıb. Qəzetin baş mühasib və xadimədən başqa heç bir əməkdaşın olmadığını vurğulayan Ə.Cəfərov maddi sıxıntılar və şəraitsizlik səbəbindən gənclərin əyalət mətbuatından uzaq düşdüyünü bildirib. 
    Regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar rayonda gedən bütün tədbirlərin dəqiqliklə işıqlandırıldığını vurğulayan Ə.Cəfərov 2005-ci ildən rayonun sosial-iqtisadi inkişafı ilə bağılı görülən işlərlə əlaqədar qəzetdə “Nə baş verir” adlı rubrika da yaratdıqlarını, görülən işləri əhaliyə operativ çatdırdıqlarını söyləyib. Bu fəaliyyətin oxucular tərəfindən də çox yüksək qarşılandığını nəzərə çatdıran Ə.Cəfərov prezident İlham Əliyevin iki dəfə Yardımlı rayonuna etdiyi səfərinə xüsusi nömrələr həsr etdiklərini bildirdi. “Ölkə başçısı rayonda olarkən, aparılan abadlıq işləri ilə tanış olarkən verdiyi göstəriş və sərəncamlar dəqiqliyi ilə qəzetimizdə əks olunub. Prezident ikinci gəlişində rayona qaz çəkilişinin açılışında iştirak edib və biz də bu açılışları dərc etmişik. Rayona qaz çəkilişi, 50-yə qədər olan məktəb tikilişi və təmirini ayrı-ayrılıqda qəzetdə dərc etmişik. Eyni zamanda bu səpkili xüsusi materiyallar da hazırlayıb işıqlandırmışıq. Yəni, regionların sosial-iqtisadi inkişafı ilə bağlı rayonda görülən bütün tədbirlər mütəmadi olaraq qəzetimiz tərəfindən işıqlandırılıb. Qəzetin ən çox abunəçiləri təhsil müəssisələridir. Ona görə də qəzetimizin elə bir sayı yoxdur ki, orada təhsilə geniş yer verilməsin. Qəzetdə problemlər də, uğurlar da, şikayətlər də dərc olunur. Bundan əlavə müəllif yazıları da qəzetimizdə təşkil olunur. İnsan hüquqları ilə bağlı, milli-mənəvi dəyərlərlə bağlı xüsusi yazılar gedir. Biz bunu silsilə yazılar formasında da təşkil edirik, məsələn, nigah-kəbin, az yaşlıların kəbinə getməsi məsələləri ilə bağlı çox maraqlı müəllif yazılarımız olur”,-deyən Ə.Cəfərov hazırda region mətbuatının inkişafına böyük ehtiyac olduğunu söyləyib. Bunun üçün əyalət qəzetlərinə dövlət dəstəyinin verilməsinin zəruriliyini vurğulayan Ə.Cəfərov rayon İcra Hakimiyyətinin təşəbbüsü olmadan işləyə bilmədiklərini açıq etiraf edib.

    Əyalət mətbuatının kifayət qədər problemləri var

    Bu sayaq tədbirlərdən biri də Bilsəuvar rayonunda nəşr olunan “Məhsul” qəzetinin redaksiyasında baş tutub.
    Tədbirdə çıxış edən AZADİNFORM İnformasiya Agentliyinin redaktoru, layihənin koordinatoru Niyaz Niftiyev həyata keçirilən “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icra vəziyyətinin işıqlandırılmasında yerli mətbuatın fəaliyyətinin dəstəklənməsi layihəsinin məqsədlərindən danışıb. Həyata keçirilən layihəni son illər dövlətin mətbuata qayğısının bariz nümunəsi adlandıran N.Niftiyev Azərbaycanda KİV-in keyfiyyət və kəmiyyət göstəricilərinə görə MDB və Şərqi Avropa ölkələri arasında aparıcı yerlərdən birini tutduğunu bildirib. Hazırda Azərbaycanda 1800-dən çox kütləvi informasiya vasitəsinin qeydiyyatdan keçdiyini diqqətə çatdıran N.Niftiyev bunların da 1750-nin qəzet, 80-nin isə televiziya və radio yayımı xidmətlərinin olduğunu söyləyib. “Qəzet və jurnalların yalnız 15 faizi hökumət strukturları tərəfindən təsis edilib. Qəzetlərin 65 faizindən çoxu müxalifət yönümlü siyasi və ictimai təşkilatlara, özəl strukturlara və hüquqi şəxslərə məxsusdur. Rəsmi informasiya əldə edilməsinə hökumət strukturları tərəfindən heç bir məhdudiyyət qoyulmur. Müxtəlif nazirliklərin və digər dövlət orqanlarının mətbuat xidmətləri rəsmi informasiyanın ictimaiyyətə çatdırılmasına cavabdehdirlər”,-deyə N.Niftiyev əlavə edib.
    İfadə və informasiya azadlığının təmin edilməsi istiqamətində növbəti mühüm addımın 2003-cü ilin martın 15-də Mətbuat Şurasının yaradılması ilə atıldığını bildirən N.Niftiyev  bu orqanın müstəqil, dövlətin heç bir müdaxiləsi olmadan jurnalistlərin özləri tərəfindən təsis edildiyini, əsas funksiyasının isə KİV ilə fərdlər, həmçinin özəl şirkətlər arasında mübahisələrin məhkəmə çəkişmələrinədək aradan qaldırılmasından ibarət olduğunu vurğulayıb. N.Niftiyev bildirib ki, Şura həmçinin qəzetlərin monitorinqi və özünün hazırlayıb qəbul etdiyi jurnalist etikası kodeksinin müddəalarının həyata keçirilməsi funksiyalarını yerinə yetirir. Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondunun yaradılmasının da mətbuatın inkişafına xidmət göstərdiyini bildirən N.Niftiyev ilkin mərhələdə artıq 50-dən çox KİV-in Fondun maliyyələşdirdiyi layihələri həyata keçirdiklərini söyləyib. N.Niftiyev Biləsuvarda təşkil olunan Dəyirmi masanın da bu kateqoriyaya aid olduğunu bildirib.
    Bilsəuvar rayonunda nəşr olunan “Məhsul” qəzetinin baş redaktoru Muxtar Əhməd rəhbərlik etdiyi qəzetin yetmiş yaşı olduğunu bildirib. M.Əhməd vurğulayıb ki, yarandığı gündən müxtəlif adlarla fəaliyyət göstərən “Məhsul” qəzetinin səhifələrində rayonun bütün ictimai, mədəni, iqtisadi və sosal hadisələri geniş əks olunub. “Məhsul”un rayon İcra Hakimiyyəti orqanının nəşri olduğunu diqqətə çatdıran M.Əhməd regionların sosial-iqtisadi inkişafı ilə bağlı Biləsuvarda baş verən bütün yeniliklərin əhaliyə məhz bu qəzet vasitəsi ilə çatdırıldığını söyləyib. “Dövlətin xarici və daxili siyasətini, o cümlədən də sosial-iqtisadi uğurları ətraflı şəkildə qəzetimizdə işıqlandırmağa çalışırıq. Məqsədimiz rayonumuzda baş verən uğurların ictimaiyyətə obyektiv çatdırılmasından ibarətdir. Biləsuvarla yanaşı, bəzən qonşu rayonlarda baş verən hər hansı bir müsbət hadisəyə də yer veririk. Qəzetin maliyyə mənbəyi rayon İcra Hakimiyyətidir. Ümumi götürdükdə, başqa əyalət mətbuatında olan problemlər təbii ki, bizim rayon mətbuatında da var”,-deyə M.Əhməd əlavə edib. Əyalət mətbuatının kifayət qədər problemləri olduğunu vurğulayan M.Əhməd rayon İcra Hakimiyyətinin dəstəyi olmadan fəaliyyət göstərə bilmədiklərini etiraf edib.
    Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondunun köməyi ilə həyata keçirilən layihələrdən həvəsləndiklərini bildirən M.Əhməd göstərilən belə qayğıya görə dövlətin regionda həyata keçirdiyi sosial-iqtisadi siyasəti işıqlandırmaqda səylərini davam etdirəcəklərini söyləyib. 
    Qeyd edək ki, Biləsuvar rayonunda “Region press” adlı müstəqil ictimai-siyasi qəzet də  fəaliyyət göstərir. 2005-ci ildən nəşr olunan qəzetin kollektivini “Məhsul” qəzeti əməkdaşlarının bir hissəsi təşkil edir. “Region press” qəzeti son aylarda maddi çətinliklər üzündən nəşrini müvəqqəti dayandırıb.

    Region qəzetləri ayrılan yardımların çoğrafiyasına niyə düşməyib?

     
    Masallı rayonunda nəşr olunan “Cənub Xəbərləri” müstəqil ictimai-siyasi qəzetininin redaksiyasında keçirilən Dəyirmi masa da çox maraqlı olub. 
    Dəyirmi masada çıxış edən AZADİNFORM İnformasiya Agentliyinin redaktoru, layihənin rəhbəri Niyaz Niftiyev həyata keçirilən “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icra vəziyyətinin işıqlandırılmasında yerli mətbuatın fəaliyyətinin dəstəklənməsi layihəsinin məqsədlərindən danışıb. Dövlət tərəfindən ölkədə müstəqil mətbuatın fəaliyyətinə geniş imkanlar yaradıldığını bildirən N.Niftiyev fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsinin hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun əsas şərtlərindən biri adlandırıb. Onun sözlərinə görə, dövlətin informasiya siyasəti Konstitusiyada əks olunmuş fikir, söz və məlumat azadlığının, vətəndaşların informasiya əldə etmək hüququnun ardıcıl və tam təmin edilməsinə yönəlib. N.Niftiyev əlavə edib ki, KİV-in inkişafına dövlət dəstəyi cəmiyyətdə söz azadlığını, insanların obyektiv informasiya əldə etmək hüququnu və mətbuatın müstəqilliyini təmin etməyi özündə əks etdirir. “KİV-in inkişafına dövlət dəstəyinin əsas məqsədi vətəndaş cəmiyyəti quruculuğu prosesində onların mühüm rolunu nəzərə almaqla fikir, söz və məlumat azadlığını inkişaf etdirmək, mətbuatın müstəqilliyini dəstəkləmək, redaksiyalara yardım mexanizmini təkmilləşdirmək, informasiya sektorunda yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqini stimullaşdırmaq, cəmiyyət və kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlığı gücləndirmək, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artmasına şərait yaratmaq, sosial müdafiəsini gücləndirmək, dövlət və cəmiyyət üçün prioritet təşkil edən məsələlərin həllində kütləvi informasiya vasitələrinin potensialından səmərəli istifadə etməkdən ibarətdir”,-deyə N.Niftiyev əlavə edib.
    Bu gün Azərbaycanda yönümündən asılı olmayaraq qəzetlərin heç birinin öz dövriyyələrində məhdudiyyətlərlə üzləşmədiklərini diqqətə çatdıran N.Niftiyev onlara ölkə üzrə sərbəst yayım şəraiti də yaradıldığını bildirib.
    “Cənub Xəbərləri” qəzetinin Baş redaktoru Zahir Əmənov ilk dəfə rayonda müstəqil qəzet olaraq “Masallı” qəzetini yaratdıqlarını bildirdi. 1993-cü ildə müstəqil olaraq “Masallı xəbərləri”, 2003-cü ildən sonra isə ətraf rayonları da nəzərə alaraq “Cənub xəbərləri” qəzetini yaratdıqlarını bildirdi. Hazırda “Cənub Xəbərləri” qəzetinin ayda üç dəfə, 4 min tirajla çap olunduğunu diqqətə çatdıran Z.Əmənov mətbu nəşrin cənub bölgəsində yayıldığını, qismən də Rusiya, Orta Asiya və İrana göndərildiyini vurğuladı. Yaxın günlərdə qəzetin www.cenubxeberleri.com saytının faliyyətə başlayacağını diqqətə çatdıran Z.Əmənov hazırda bu istiqamətdə tamamlama işləri aparıldığını bildirdi.
    Regionda mətbuatın problemlərindən danışan Z.Əmənov xüsusən də gənclərin maddi sıxıntılar səbəbindən qəzetçiliklə məşğul olmaq istəmədiklərini vurğuladı. Əyalət qəzetinin başlıca problemlərindən birinin nəqliyyat çatışmazlığı olduğunu qeyd edən Z.Əmənov müəyyən vaxtlarda elektrik, rabitə və s. problemlərinin də olduğunu gizlətmədi.  “Baxmayaraq ki, qəzetimizin binasi əlvreşli yerdə deyil, amma biz insanların qəbulunda və qəzetin uğurlu fəaliyyətində aktiv çalışırıq. Qəzet xüsusən də regionların sosial-iqtisadi inkişafı ilə bağlı Prezidentin sərəncamlarının nə dərəcədə vaxtı-vaxtında həyata keçirilməsini yerli əhaliyə çatdırır. Məsələn, rayon ərazisində nəyin çatışmadığı və nəyin abadlaşdığı dərhal bizim qəzetdə dərc olunur. Qəzetin başlıca prinsiplərindən biri də rayondakı sosial-iqtisadi inkişafın izlənilməsidir. Yerli İcra Hakimiyyəti orqanlarından müxtəlif məsələlərlə bağlı informasiyaların alınması üçün səy göstəririk. Amma çox təəssüf ki, göstərdiymiz səylər bəzən səmərə vermir, bəzi yerli icra orqanları qəzetimizlə əməkdaşlığa maraq göstərmir. Qəzetimiz çalışır ki, uğurlarla yanaşı, rayon ərazisində müxtəlif sosial xidmət əraziləri ilə bağlı da problemləri qabartsın. Amma bütün bunlara baxmayaraq paytaxtda oturanlar region mətbuatını unudublub. Nədənsə region qəzetləri ayrılan yardımların çoğrafiyasına düşməyib”,-deyə Z.Əmənov əlavə edib.

    Fond əyalətlərdə mətbələrin açılmasını nəzərdən keçirsin

     
    Masallı rayon  “Yeni həyat” qəzetində təşkil olunan Dəyirmi masada çıxış edən mətbu nəşrin Baş redaktoru Əyyub Mehdiyev rəhbərlik etdiyi qəzetin regionların sosial-iqtisadi inkişafı çərçivəsində rayonda görülən işlərə geniş yer verdiyini vurğulayıb. Fəaliyyətlərini bütünlükdə rayonda aparılan abadlıq və quruculuq işlərinə, keçirilən tədbirlərə, təhsil, səhiyyənin inkişafı və digər sahələrə yönəltdiklərini diqqətə çatdıran Ə.Mehdiyev yeni yaranan Dövlət Dəstəyi Fondunun əyalət mətbuatına diqqətindən sevindiklərini vurğuladı. Ə.Mehdiyev təklif etdi ki, Fond əyalət mətbuatına yardım nəzərdə tutursa, ilk növbədə qəzetlərin çapı üçün mətbələrin açılmasını nəzərdən keçirsin.  O, birdəfəlik maliyyə yardımlarının əyalət mətbuatının inkişafına heç bir müsbət təsir göstərməyəcəyini vurğulayıb. 

    Bu yazı AZADİNFORM İA-nın Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun
    dəstəyi ilə həyata keçirdiyi “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icra vəziyyətinin işıqlandırılmasında yerli mətbuatın fəaliyyətinin dəstəklənməsi layihəsi çərçivəsində dərc olunur.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 787
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30