ABŞ, Böyük Britaniya və Qazaxıstan birgə təlimlərə başlayıb
Bu gün Qazaxıstanda ABŞ, Böyük Britaniya və Qazaxıstan silahlı qüvvələrinin birgə təlimi başlayır. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, 10 gün davam edəcək hərbi təlimlərdə 1000-dən artıq hərbçi iştirak edəcək.
Təlimlər Almatı şəhəri yaxınlığındakı İlinski hərbi paliqonunda keçiriləcək. Hər il keçirilən bu təlimlər NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramının tərkib hissəsidir.