ABŞ-ın eks-prezidenti Bill Klinton Türkiyəyə səfər edəcək. B.Klinton İstanbulda keçiriləcək “Bosfor” konfransına qatılacaq. Eks-prezidentdən başqa Almaniyanın eks-kansleri Herard Şreder də tədbirdə iştirak edəcək.
Hər iki siyasətçi konfrans iştirakçılarının qarşısında çıxış edəcək və məşhur türk analitik Əli Brantın siyasətinə münasibət bildirəcək. B.Klintonun CNN-Turk kanalının da qonağı olacağı gözlənilir.