Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Peşəkar təhsil əqli səviyyəni yüksəldən vasitədir
    Son vaxtlar Azərbaycanın iqtisadiyyatı kimi, təhsili də inteqrasiya proseslərinə cəlb olunub. Bu proseslərdən biri də təhsil kurslarının meydana gəlməsidir. Bu gün “Təhsil Mərkəzi” adı ilə fəaliyyət göstərən xeyli sayda özəl qurumlar var. Bu tədris mərkəzlərinin bəziləri ali məktəblərə abituriyent hazırlığı ilə məşğul olur. Təhsil sahəsində özəl sektor kimi fəaliyyət göstərən bu qurumların iş prinsipi kifayət qədər maraq oyadır. “Kaspi” Təhsil Mərkəzinin eksperti Elşən Əliyev mövzu ilə bağlı fikirlərini bildirib. 

    - Elşən müəllim, hazırda inkişaf edən ölkəmizin təhsil sistemində özəl təhsil mərkəzləri orta məktəblərin funksiyasını zəiflətmir ki? 

    - Son zamanlar Azərbaycan təhsilində baş verən islahatlar, prezidentimizin təhsilin inkişafına və dünya təhsilinə sürətli inteqrasiyası ilə bağlı mühüm fərmanları, təhsilin aparıcı qərb dövlətlərində olduğu kimi, biznes sahəsinə çevrilməsi üçün zəmin yaradıb. Özəl bağça, məktəb, universitetlərlə yanaşı, abituriyentlərin ali məktəbə hazırlığı ilə məşğul olan tədris mərkəzləri də yaranıb. Adını unutduğum bir alimin tövsiyəsinə əməl etməklə münasibət bildirmək istəyirəm: “Əvvəl anlayış və ya terminologiya barədə razılaşıb, sonra fikir mübadiləsi aparamaq olar”.
    Mənim gördüyüm konteksdə Abituriyent hazırlığı – İxtisas qruplarına əsasən xüsusi təmayüllü bir proqram hazırlığıdır. Mətbuatda oxuduğum məqalələrdə, repetitor, abituriyent hazırlığı ilə məktəblər arasında olan əlaqəni tərs-mütənasib şərh edən təhsil ekspertlərilə razı deyiləm.

    O mənada ki, guya bunlardan birinin inkişafı digərinin maraqlarına cavab vermir. Məktəblərdə təhsilin səviyyəsinin qalxması hər şeydən əvvəl abituriyent hazırlığı ilə məşğul olan müəllimlərin işini asanlaşdırır, təhsil prosesini daha səmərəli, effektli qurmağa imkan verir. Sadəcə olaraq, 9-10 il məktəbdə dərs keçməyib, son 1 ili abituriyent hazırlığı, repetitor yanına getməklə mükəmməl təhsil almaqla bağlı olan yanaşma doğru fikir deyil.

    - Bəs, qısa müddətli abituriyent hazırlığı gənclərə nə verir?

    Qısa müddətli abituriyent hazırlığı hər şeydən əvvəl effektli təkrar prosesidir. Məktəblərdə tədrisin səviyyəsi yüksəldikcə, ali təhsil müəssisələrində biliyə qoyulan tələblər də artır. Say olduğu kimi qalır, tələb dəyişir, bu da öz növbəsində daha çevik, yuxarıda qeyd etdiyim kimi xüsusi təmayüllü bir proqram hazırlığını zəruri edir. Dünyanın qabaqcıl ölkələrində, qardaş Türkiyədə olan abituriyent hazırlığı mərkəzləri onu sübut edir ki, məktəb və abituriyent hazırlığı bir-biri ilə ziddiyyətli proses təşkil etmir. Ona görə də bütün bu məsələlərə daha geniş rakursdan baxmaq lazımdır. Məktəblərin inkişafı ilə yanaşı abituriyent hazırlığı sahəsində də islahatlar, ictimai nəzarətin olması, maarifləndirmə işlərinin getməsi məqsədə uyğundur, nəinki, repetitor hazırlığının məktəblərdə təhsilin inkişafına verdiyi zərərlər barədə ictimaiyyətdə səhv təsəvvür yaratmaq, Ona görə də təhsil ictimaiyyəti bu iş barədə səhv təsəvvür yaradan, heç bir təhsil bazası olmayıb, adını Təhsil Mərkəzi qoyan fırıldaqçı işbazları ifşa edib ictimaiyyətin aldadılmasına yol verməməlidir. Abituriyent Hazırlığı Mərkəzlərinin inkişafı, təhsilin inkişafı ilə yanaşı, yeni iş yerlərinin yaranması deməkdir ki, bu da nəticədə cəmiyyətin qələbəsidir. Sadəcə burada düzgün tətbiqdən və təbliğdən söhbət gedir. Burada da mətbuatın, televiziyanın üzərinə böyük məsuliyyət düşür. Bu barədə yazılar yazılmalı, verilişlər hazırlanmalıdır ki, maarifləndirmə işləri öz səmərəsini versin.
      


    - Keçən illərdə olduğu kimi bu ildə abituriyent kütləsinin müəyyən hissəsi keçid balını yığa bilmədi. Necə düşünürsüz, bəzi valideynlərin dediyi kimi suallardamı çətinlik mövcud olub?

    - TQDK-nın son qəbul imtahanındakı test tapşırıqlarının çətinliyi ilə bağlı fikirləri bölüşmürəm. Son illər qəbul suallarında şablondan uzaqlaşma tendensiyası müşahidə olunur. TQDK Azərbaycan təhsilinin keyfiyyətini daim irəli aparılmasına çalışan bir qurum kimi həmişə üzdədir. Müşahidə etsək görərik ki, 2-3 ildə şablon sualların sayı azalıb. Bütün dünyada gedən bu prosesi TQDK mərhələ-mərhələ Azərbaycan təhsilinə səmərəli şəkildə tətbiq eləməyə çalışır. Təbii ki, təhsilin səviyyəsi ilə əlaqədar müəyyən problemlər ortaya çıxır. Ümumiyyətlə, tədris prosesi müxtəlif düsturları, təvəllüd illərini və.s əzbərləyib yadda saxlamağa deyil, müstəqil təfəkkür tərzinin inkişafına, analitik düşünmə, məlumatları ümumiləşdirib sintetik təhlil etmə məharəti aşılamağa kömək etməlidir. Bildiyimiz kimi bu ildən qəbul imtahanlarında açıq testlər tətbiq olunacaq, bu da abituriyentlərdən riyazi təfəkkür, məntiqi düşüncə tələb edir. Hazırlıq istiqamətində bu amillər mütləq nəzərə alınmalıdır. Şəxsən təhsildə çalışan bir şəxs kimi, apardığım müşahidələrdə həmişə şahidi olmuşam ki, yalnız riyazi təfəkkürə malik olan abityriyentlər yüksək nəticə göstərir. Humanitar fənnlərdən belə yüksək nəticə almaq tələbədən analitik düşünmə qabiliyyəti tələb edir. Bəzən görürsən ki, tələbə çalışqandır, bilik passiv formada var, lakin tətbiq sahəsində problemləri var. Ona görə də uşaqlarda daha erkən yaşlarda intellekti inkişaf etdirmək üçün valideynlərin və müəllimlərin üzərinə böyük iş düşür.

    - Abituriyent hazırlğı Mərkəzində tədrisin keyfiyyətli olmasının göstəricisi abituriyentin yüksək balla ali məktəbə qəbul olmasıdır. Burada əsas vəzifə kimin üzərinə düşür, repetitor – müəllimin, yoxsa abituriyentin?

    - Nəinki tədrisdə, ümumiyyətlə keyfiyətin müəyyən olunmasında mərhum akademik A.Mirzəcənzadənin irəli sürdüyü tezisi bir çox hallarda qəbul etmək olar. Keyfiyyət intelektuallıqla düz, tənbəllik və qeyri-səmimiliklə tərs mütənasibdir. Bütün bunları nəzərə alaraq abituriyentlərin yüksək nəticə qazanmasında aşağıdakılar əsasdır:
    - Valideyndə uşağı haqda, abituriyentdə isə özü haqda düzgün, şişirdilməmiş təsəvvür yaratmaq uğurun yarısıdır.    
    - Şagirdin potensial imkanı ilə məktəbdə aldığı qiymət, göstərdiyi nəticə arasında mütənasiblik.
    -Təhsilin  düzgün differensiyası (Dəqiqləşdirilməsi, seçilməsi və təbəqələşməsi).
    - Müəllimlərin yaradıcılıq qabiliyyəti ilə şagirdlərin müvəffəqiyəti arasında empirik asılılığın olması. Z.Kodayın təbiri ilə desək: “Hər öyrətmək istəyən müəllim olmur, öyrənmək istəyən müəllim olur”

    - Təhsillə bağlı Azərbaycan Prezidentinin “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” 10 fevral 2010-cı il tarixli Fərmanının əhəmiyyətinə münasibətiniz necədir?

    - Dövlət təhsil müəssisələriylə yanaşı, özəl ali məktəblərə də dövlət sifarişinin verilməsi təhsilin inkişafına,  İstedadlı abituriyentlərin maddi-texniki bazası yüksək olan özəl ali məktəbləri asanlıqla seçməsinə yönəlmiş mütərəqqi bir addımdır. Bu Fərman təhsildə özəl sektorun inkişafına təkan olmaqla yanaşı, əhali arasında özəl universitetlərin statusunun aşağı olması barədə fikirləri heçə endirəcək. Yəni dövlət və ya özəl ali məktəb olmasından asılı olmayaraq keyfiyyət əsas meyardır. O universitetlər, aktual olacaq ki, onlar əmək bazarının tələblərinə daha yüksək səviyyədə cavab verirlər.
      


    - Çalışdığınız “Kaspi” Təhsil Mərkəzinin abituriyent hazırlığında hansı yeniliklər  var?

    - “Kaspi” Təhsil Mərkəzində prioritet istiqamətlərdən biri abituriyent hazırlığıdır. Mərkəz 3 ilə yaxın fəaliyyət göstərməsinə rəğmən bir sıra uğurlara imza atıb. İş prinsipimiz barədə onu deyə bilərəm ki, müəyyən yeniliklərimiz var. Yuxarıda qeyd etdiyim kimi TQDK-nın qəbul imtahanlarında abituriyentlərdən riyazi təfəkkür, məntiqi düşüncə tələb olunur ki, hazırlıq istiqamətində bu amillər mütləq nəzərə alınmalıdır. Buna görə də bizim daxili qəbul imtahanımızda məntiqi təfəkkürü təyin edən suallar üstünlük təşkil edir. Bu sualların cavabı göstərilməməklə təqdim olunur. Bu sistem şagirdlərin potensialını öyrənmək üçün daha münasibdir. Məsələn; bəzən elə abituriyentə rast gəlmək olur ki, mükəmməl təhsil almadığı üçün biliyi qənaətbəxş deyil, lakin analitik düşüncə tərzi normal olduğu üçün təhsil prosesinə tez adaptasiya olunur, təhsildə yüksək nəticələr göstərir. Bu il ki, qəbul imtahanında yüksək nəticə göstərən məhz analitik düşüncə tərzi normal olan abituriyentlər oldu ki, tədrisin əvvəlində onların bilikləri qənaətbəxş deyildi. Bundan başqa tədrisin idarə olunması prosesində “Kaspi” Təhsil Mərkəzində reytinq cədvəli yaradılmışdır ki, təhsildə olan bütün komponentlər (gündəlik qiymət, həftəlik sınaq, daxili sınaq, davamiyyət, nizam-intizam) əhəmiyyətinə görə müəyyən əmsallarla təyin olunmuşdur. Bunların cəmi-tələbənin yekun xalını, reytinq cədvəlində mövqeyini bildirir. Buna əsasən abituriyentlər müvafiq olaraq təqaüd alır, təhsil haqqından azad olunur. Təbii ki, əsas məqsəd yüksək bal toplayıb ali məktəbə qəbul olmaqdır. Sadəcə olaraq bu sistemin üstünlüyü ondan ibarətdir ki, bəzən elə istedadlı abituriyentə rast gəlirsən ki, o, ancaq daxili sınaqlarda yüksək nəticə göstərməklə kifayətlənir, gündəlik öz üzərində işləmir. Ancaq bu sistemdə fərqlənmək istəyi bütün komponentlərə diqqət göstərməyi zəruri edir. Bu baxımdan Anton Rubinştyenin aşağıdakı sözləri nəinki abituriyentlərə, hamıya aiddir: “Əgər bircə gün öyrənmirəmsə - bunu özüm hiss edirəm, əgər iki gün öyrənmirəmsə - bunu mənə yaxın olanlar hiss edirlər, əgər üç gün öyrənmirəmsə - bunu hamı hiss edir”. Bir sözlə, yuxarıda qeyd etdiyimiz tezisin elementləri yüksək intellektuallıq, səmimilik, qeyri tənbəllik – bizim üçün əsas şərtdir.
      


    - “Müasir təhsilin elçiləriyik” devizini əsas tutan mərkəzin eksperti kimi sizin anlamınızda müasir təhsil necə olmalıdır?

    - Qısaca desək nəyi öyrənmək lazımdır?! Elə yiğcam bilik qazanmaq lazımdır ki, onu müxtəlif şəraitlərdə,  qərar qəbul edəndə tətbiq etmək mümkün olsun. Peşəkar təhsil əqli səviyyəni yüksəldən vasitədir. İnsanda qəti inamın, əyilməz iradənin formalaşmasının əsasını təşkil edir. Biz məhz bu təhsilin elçiləriyik.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 716
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30