Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Dəyişikliklər Azərbaycanda pensiyaların məbləğinin artımına səbəb olacaq
    Milli Məclisdə “Əmək pensiyaları haqqında” Qanuna edilən əlavə və dəyişikliklər Azərbaycanda pensiyaların məbləğinin artımına, ayrı-ayrı sosial qruplar arasında narazılığın aradan qalxmasına və sosial ədalətin bərpa olunmasına gətirib cıxaracaq. Bu barədə məlumatı Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr sektorundan veriblər. Bu dəyişikliklər ölkədə həyata keçirilən sığorta-pensiya islahatlarının növbəti mərhələsidir və bu mərhələdə atılan addımlar “2009-2015-ci illərdə Azərbaycanda sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”nda da yer alıb. Qanuna edilən əlavə və dəyişikliklərin ən mühüm cəhəti keçmiş dövrdə qazanılan əmək pensiyası hüququnun məbləğinin müəyyənləşdirilməsi ilə bağlıdır. Bu dəyişiklik pensiya təyinatında yanlış hesablama qaydasını aradan qaldıracaq, bununla həm də sistemdə böyük bir şəffaflıq təmin olunacaq.

    Bu qayda 01.01.2010-cu il tarixdən sonra pensiyaya çıxanlara şamil ediləcək ki, bu da yeni təyin olunan pensiya məbləğlərinin artımı deməkdir. Təklif olunan qaydanın tətbiqi nəticəsində minimum məbləğlə pensiya təyinatı aradan qaldırılacaq. Yeni qaydaya görə, pensiyaya cıxan hər bir şəxsin əmək kitabçası üzrə 2006-cı ilə qədər əmək stajının hər ilinə 170 manat pensiya kapitalı veriləcək. Alınan məbləğin üzərinə son 4 ilin inflyasiya faizləri gəlinərək 144-ə bölünəcək. Bundan sonra şəxsin son 4 ildə fərdi hesabına yığılan sığorta kapitalı da 144-ə bölünərək, alınan məbləğlər toplanacaq. Bununla pensiyanın sığorta hissəsi müəyyən olunacaq. Pensiyanın sığorta hissəsinin üzərinə baza pensiyası əlavə olunacaq və cəmi pensiya məbləği müəyyənləşəcək. Burada 170 manat “Əmək pensiyaları haqqında” Qanunun qəbul olunduğu 01.01.2006-cı ilə qədər olan ən yüksək orta aylıq əməkhaqqına görə fərdi hesaba toplanmalı olan illik sosial sığorta məbləği (pensiya kapialı), 144 isə gözlənilən pensiya ödənişi müddətidir (12 il, yəni 144 ay). Bu hesabla 2006-cı ilə qədər 12 il iş stajı olan şəxs azı 90 manatdan yuxarı pensiya ala biləcək. Məsələn, 2010-cu ildə pensiyaya cıxacaq 40 il stajı olan şəxsin pensiyasını hesablasaq, bunun 36 ili 2006-cı ilə qədər olan köhnə, 4 ili yeni sistemə düşür. Bu zaman 36 il 170-ə vurulur, üzərinə gəlinir 2006, 2007, 2008-ci illərin inflyasiya faizləri, yəni- 8,3%, 16,7%, 20,8%. Alınan 9434 manat 144-ə bölünür. Alınır 65 manat. Şəxsin son 4 ildə 300 manat maaşına tətbiq olunan sosial sığorta haqları əsas götürməklə fərdi hesabında yığilan sığorta kapitalına görə sıgorta hissəsini də hesablasaq, bu 20 manat edir. Beləliklə, cəmi sığorta hissəsi 65+20=85 manat edir. Üzərinə gəlinir pensiyanın baza hissəsi, yəni 75 manat. Cəmi edir 160 manat. Xatırladaq ki, statistik göstəricilərin təhlilinə əsasən yüksək əmək stajlarının olmasına baxmayaraq, son illər təyin olunmuş pensiyaların 60,8%-i minimum məbləğdə (yəni 75 manat) təyin olunub.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 740
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30