Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    “Azərbaycan hər zaman mənim qəlbimdə olacaq”
    Əbdülqadir Sabir Mənsur: «Azərbaycanı, onun mehriban və qonaqpərvər insanlarını daim böyük sevgi və ən xoş hisslərlə xatırlayacağam»

    Bəşəriyyətin ilkinliyi ilə dünənini, bu gününü özündə əks etdirən Misir Ərəb Respublikası… Sivilizasiyanın ünvanı sayılan və bu gün bütün sahələrdə uğurlu inkişaf yolu tutan qədim, bənzərsiz və tarixən qüdrətli dövləti görmək misirli olmayan hər bir insanın istəyidir. Min illərin o tayından, dünyanın yaranışından xəbər verən, gerçək möcüzələri ilə dünyanı heyrətdə qoyan, bitib-tükənməyən Misir… Erkən sivilizasiyalar, hələ də insanlar üçün sirr olaraq qalan dünya möcüzələri, piramidalar, sfinks, mumiya, ilk dövlətlər…Bütün bunları Misirin tarixindən öyrənirik. Əgər tarixə nəzər salsaq, Azərbaycanla Misirin qədim dövrlərdən bir sıra ortaq dəyərləri paylaşdığını görmək olar. Bunlardan ən başlıcası ortaq İslam mədəniyyətidir. Hər iki ölkə İslam mədəniyyəti tarixinə və ümumilikdə dünya mədəniyyətinə özünəməxsus töhfələr verib. Bu ölkələrin münasibətləri, o cümlədən mədəniyyət sahəsində əməkdaşlığı da mühüm tarixi köklər üzərində qurulub.
    Misir Ərəb Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Əbdülqadir Sabir Mənsur ilə söhbətimizdə iki dövlət arasındakı münasibətlərin ən müxtəlif məqamlarına toxunduq. Səfir söhbətə Azərbaycan-Misir münasibətlərinin tarixindən başladı:

    - Azərbaycanla Misir arasında əlaqələrin tarixi çox qədimdir. Bildiyiniz kimi, Misir bəşər sivilizasiyasının beşiyidir. Azərbaycan da qədim sivilizasiyaların, qədim insan məskənlərinin olduğu məkandır. Əgər diqqət yetirsək, azərbaycanlılarla misirlilər arasında çoxlu bənzərlik tapmaq mümkündür. Bu isə o deməkdir ki, qədimdə bizi aramızda tarixi bağlılıq mövcud olub. Tarixin gedişində tayfalar bir yerdən digərinə axın ediblər.

    Azərbaycana da müxtəlif ərazilərdən – Orta Asiyadan, Misirdən insanlar gəliblər. Misir Osmanlı imperiyasının tərkibinə daxil olduğu dövrdə də bu coğrafiya ilə əlaqələrimiz olub, xalqların mədəniyyəti belə demək mümkünsə, bir-birinə sintez edilib. Hər iki ölkənin insanları arasında ünsiyyət, müəyyən dərəcədə qaynayıb-qarışma baş verib. Hətta bizim insanlarımızın sifət cizgiləri də sizlərə bənzəyir. Demək, yeganə fərq dillərdədir. Amma deyim ki, burada da müəyyən bənzərlik tapmaq olar. Çünki Azərbaycan dilində ərəb dilindən alınma sözlər var. İslam mədəniyyətinə mənsubluq da xalqlarımız arasında bir çox bənzərlikləri üzə çıxarır.
    Ölkələrarası münasibətlərin tarixinə gəlincə, hələ sovet dövründə Misirlə Azərbaycan arasında mehriban dostluq əlaqələri olub. 1958-ci ildə Misir Ərəb Respublikasının lideri Camal Əbdül Nasir Sovet İttifaqına, Moskvaya gəlib, sonra da xüsusi olaraq Azərbaycana səfər edib. Azərbaycanlılar hava limanına gedib onu çox böyük qonaqpərvərlik və səmimiyyətlə qarşılayıblar.
    Ölkəniz müstəqillik əldə etdikdən sonra xalqınızın ümummilli lideri, möhtərəm prezidentiniz Heydər Əliyev Azərbaycanla Misir arasında əlaqələrin inkişafına böyük önəm verib. Bu əlaqələr cənab İlham Əliyevin prezidentliyi dövründə də inkişaf etməkdədir. Ölkələrimiz arasında sıx əlaqələr, əməkdaşlıq, xalqlarımız arasında tarixi qədim dövrlərə gedib çıxan münasibətlərin davamıdır.


    - Azərbaycana gələnədək ölkəmiz, xalqımız, mədəniyyətimiz haqqında geniş məlumatınız vardımı?

    - Etiraf edim ki, buraya gələnədək Azərbaycan haqqında ətraflı məlumata malik deyildim. Azərbaycan haqqında tarix kitablarından, televiziya proqramlarından müəyyən informasiya almışdım. Əldə etdiyim məlumatlarda Azərbaycanın zəngin tarixə, böyük keçmişə, mədəniyyətə malik bir ölkə olduğunu təsəvvür edirdim. İnsanlarınız istiqanlıdır, adama tez qaynayıb-qarışandırlar. İnanın ki, burada heç özümü yad hiss etmirəm. Gəldiyim qısa müddətdə bu xalqın necə böyük dəyərlərə malik olduğunu öz gözlərimlə gördüm. Xalqınız çox qonaqpərvərdir.


    - Cənab səfir, ölkəmizdə fəaliyyət göstərdiyiniz müddətdə vaxt tapıb Azərbaycanın görməli yerlərinə səfər etmək imkanınız olub?

    - Öncə onu deyim ki, Azərbaycanın gözəl paytaxtını – Bakı və onun ətraf bölgələrini gəzmişəm. Bilirsinizmi, Bakı dünyanın ən gözəl şəhərlərindən biri olmaqla bərabər, həm də dünyanın ən unikal paytaxtlarından biridir. Bakı keçmişlə bu günün, qədimliklə müasirliyi özündə birləşdirən bir şəhərdir. Burada hər şey gözəldir. Bu şəhərdə gəzməkdən, onun qədim tikililərini, abidələrini, tarixi yerlərini görməkdən, eyni zamanda, müasir Bakını seyr etməkdən insan zövq alır. Ötən il Şəkiyə səfər etmişdik. Çox gözəl yerdir. Bu şəhər əsrarəngiz olması ilə bərabər, insanları ilə də çox gözəldir. Eyni zamanda, Şəki bizim yerlərə də çox bənzəyir. Yolüstü başqa bölgələrə də baş çəkdik. Azərbaycanın hər qarışı çox gözəldir. İstər tarixi yerlər, istər təbiəti baxımından. Yenə də təkrar edirəm ki, insanlarınızın istiqanlı, qonaqpərvər olması bu ölkəyə gələn başqa millətlərin Azərbaycan sevgisini daha da artırır.


    - Ölkələrimiz arasında mədəni əlaqələrin bugünkü səviyyəsini necə dəyərləndirirsiniz? Bu əlaqələri daha da inkişaf etdirmək üçün nə etmək lazımdır?

    - Qeyd etdiyim kimi, tarixi qədim dövrlərə gedib çıxan mədəni əlaqələrimiz bu gün dinamik şəkildə inkişaf edir. Bu əlaqələrin bir neçə istiqaməti var. Məsələn, Bakıda Misir Mədəniyyət Mərkəzi fəaliyyət göstərir ki, orada tez-tez müxtəlif tədbirlər keçirilir. Rəsm, folklor, mahnı, film tədbirləri insanları bir araya gətirir. Ötən il Misirdə Azərbaycan Mədəniyyət günləri keçirildi. Bundan əvvəl Azərbaycanda Misir Mədəniyyət günləri keçirilmişdi. Bu, çox böyük hadisə idi. Eyni zamanda, Bakıda Misir folklor qrupunun konsertləri keçirildi. Ölkələrimiz arasında tələbə mübadiləsi də mövcuddur. Azərbaycanlılar Misirə, misirlilər isə Bakıya təhsil almağa gəlirlər. Beləliklə, ölkələrimiz arasında əlaqələr bütün sahələrdə uğurla davam edir.


    - Cənab səfir, tariximiz, mədəniyyətimiz, musiqimiz haqqında fikirlərinizi bilmək də maraqlı olardı.

    - Azərbaycanın muğam musiqisi bütün dünyada məşhurdur. Onu da qeyd edim ki, bizdə də belə bir musiqi var. Misirdə muğam musiqi bəstələmək üçün vasitədir. Bir çox mahnını muğam üzərində bəstələyirlər. Bu baxımdan ölkəmizdə muğamın bir neçə növü mövcuddur. Ötən il Bakıda Beynəlxalq Muğam Festivalı keçirildi və orada bir misirli də iştirak edirdi. O, müsabiqədə üçüncü yeri tutmuşdu. Mən Bakıda gəzərkən və ya maşınla bir yerə gedəndə radioda Misir musiqisi eşidirəm. Disk satılan mağazalarda Misir musiqisi səslənir. Hətta restoranlarda da Misir mahnıları, musiqisi dinlənilir. Görürəm ki, azərbaycanlılar Misir musiqisini həvəslə dinləyirlər. Misir ifaçıları Azərbaycanda çox məşhurdurlar. Misirdə də azərbaycanlı musiqiçiləri məşhurdurlar. Məsələn, Sami Yusifi hər kəs tanıyır. Bizim ölkəmizdə operalarda işləyən azərbaycanlı musiqiçilər var. Azərbaycanın tarixi çox qədimdir və özünün islami kökə bağlılığı ilə çox gözəldir. Azərbaycan mədəniyyəti ərəb mədəniyyətinə çox yaxındır. Adət-ənənələrimizdə də bənzərliklər çoxdur.


    - Siz Bakıda böyük bir dövləti təmsil edirsiniz. Yəqin ki, iş qrafikiniz kifayət qədər sıxdır. Diplomatik fəaliyyətlə yanaşı, opera tamaşalarına, teatrlara, konsertlərə getməyə vaxt tapırsınız?

    - Bəzən gedirəm. Daha çox rəsmi qəbullara, festivallara, müxtəlif mərasimlərə gedirik. Lakin məhdud vaxtdan istifadə edib teatra və konsertə də gedirəm. Mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü münasibətilə keçirilən qəbulda iştirak etdim. O zaman bir neçə opera və baletdən hissələr də nümayiş etdirildi. Bundan başqa, bu yaxınlarda Heydər Əliyev sarayında nümayiş etdirilən «İntizar» operasına tamaşa etdim və onu çox bəyəndim. Mənə elə gəlir ki, dillərin fərqli olması o qədər də önəmli deyil. Yuxarıda qeyd etdiyim kimi, Azərbaycan və Misir xalqlarının minilliklərdən gələn tarixi bir bağlılığı var. Odur ki, adət-ənənələrimizin bənzərliyi, mədəniyyətimiz, musiqimiz, ortaq dəyərlərimiz bizi daha da yaxınlaşdırır və bir-birimizi çox yaxşı başa düşürük.


    - Maraqlıdır, ölkəmizdə fəaliyyət göstərdiyiniz müddətdə Azərbaycan sizdə hansı təəssüratı yaradıb?

    - Yuxarıda qeyd etdiyim kimi, Azərbaycanda özümü heç də yad bir ölkədəki kimi deyil, elə Misirdəki kimi, ikinci vətənimdə hiss edirəm. Digər ölkələrdə çox şey fərqlidir. Amma Azərbaycanda adət-ənənə, həyat tərzi bizimkilərin eynidir. Ailə ənənələri, ailədə olan münasibətlər, ata-ana, övlad-valideyn münasibətləri eyni Misirdə olduğu kimidir. Azərbaycanlıların toy ənənəsi də bizimkinə yaxındır. Ailə üzvləri, qohumlar, dostlar bir yerə toplaşır, mahnı oxuyur, rəqs edirlər. Hətta masalarda demək olar ki, eyni yeməklər düzülür. Bizdə də toy günü gəlini və bəyi aparan maşınlar güllərlə bəzədilir. Ümumiyyətlə, bənzərliklər həddindən çoxdur. Burada olduğum müddətdə iki toy mərasimində iştirak etmişəm. Bu toylardan biri İslam adət-ənənəsinə uyğun keçirilirdi. Amma digər toy mərasimi müasir ənənələrə əsaslanırdı. Məhz ikinci toy eynilə bizimkinə bənzəyirdi. Lakin bizə nisbətən sizin toylarda masalara daha çox yemək qoyulur. Bu ilk növbədə onu göstərir ki, siz çox səxavətli, əliaçıq və qonaqpərvərsiniz. Bilirsiniz, bu həm də ailədən, onun səxavətindən asılıdır. Misir ailəsində də belədir. İnsanlar qonağa qonaqpərvərlik göstərməyi sevirlər. Sən onlara deyə bilməzsən ki, az yemək hazırlayın.


    - Hansı yeməkləri daha çox xoşlayırsınız?

    - Müxtəlif növ kababları xoşlayıram. Plovlarınız da bizimkilərin eynidir. Sizin salatlarınız bizimkindən fərqli olaraq təzə və təravətli olur. Dolma, paxlava bizdə də var. Fərq ondadır ki, siz dolmanı hazırlayarkən çoxlu ət qoyursunuz, biz isə düyüdən daha çox istifadə edirik.


    - Boş vaxtlarınızda Bakıda hansı yerləri gəzməyi daha çox sevirsiniz?

    - Övladlarımla birlikdə gəzintiyə çıxmağı sevirik. Bakının çox yerlərini gəzirik. Fəvvarələr meydanına, Xəzər dənizi sahilindəki gözəl parka gedirik. Ailəvi restorana getməyi də sevirik. Dənizkənarı Milli parkı isə xüsusilə sevirik. Ümumiyyətlə, Bakıda çoxlu gözəl, yaşıl parklar var. Bizdə isə belə yaşıllıqlar, parklar azdır.


    - Azərbaycanı tərk edərkən özünüzlə xatirə olaraq nə götürəcəksiniz?

    - Bizim Azərbaycanda çoxlu dostumuz var. Məsələn, əgər mən toya gedirəmsə, artıq bu, rəsmi tədbir deyil. Bu o deməkdir ki, bizim dostlarımız var. İnsanlar arasındakı yaxşı əlaqələrdən, mehriban münasibətlərdən, dostluqdan gözəl nə ola bilər ki?... Bütün bunlar hər bir səfir üçün xatirə olaraq götürmək üçün yaxşı olardı. Buradakı diplomatik fəaliyyətim başa çatdıqdan sonra harada, hansı ölkədə çalışmağımdan asılı olmayaraq, Azərbaycanı, onun mehriban və qonaqpərvər insanlarını daim böyük sevgi və ən xoş hisslərlə xatırlayacağam. Azərbaycan hər zaman mənim qəlbimdə yaşayacaq.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 672
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30