Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    “Jurnalistika inkişaf edib yeni uğurlara imza atacaq”
    Dağbəyi İsmayılov: «İstərdim ki, Azərbaycan mətbuatı, jurnalisti mövcud sağlam ənənələr üzərində daha da inkişaf etsin»

    Ötən həftə milli mətbuatımızın 135 illik yubileyi qeyd olundu. Prezident İlham Əliyevin yubiley ərəfəsində verdiyi sərəncamlar mətbuat işçilərinin böyük sevincinə səbəb oldu. Dövlət başçısının sərəncamı ilə Azərbaycan milli mətbuatının inkişafındakı xidmətlərinə görə “Əməkdar jurnalist” fəxri adına layiq görülən AzərTAc Dövlət İnformasiya Agentliyinin baş direktor müavini Dağbəyi İsmayılovla müsahibəmiz milli mətbuatımızın keçdiyi yol və hazırkı durumu barədədir.

    Etimad 

    - Azərbaycanda mətbuata dövlət dəstəyi ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan ənənədir. Çünki mətbuatımızın inkişafı daim onun diqqət mərkəzində olub. Bu ənənə indi də prezident İlham Əliyev tərəfindən davam etdirilir. Azərbaycan milli mətbuatının 135 illiyi ilə bağlı keçirilən silsilə tədbirlər bunun əyani təsdiqidir. Bu qayğının yekun zirvəsi prezidentin milli mətbuatın 135 illik yubileyi ərəfəsində imzaladığı çox dəyərli sərəncamlardır. Bu sənəddə Azərbaycan mətbuatının maddi-texniki bazasının inkişaf etdirilməsi, qəzetlərə və informasiya agentliklərinə birdəfəlik yardımların edilməsi, həmçinin KİV sahəsində işləyən və siyasi yönümündən asılı olmayaraq çalışan jurnalistlərin əməyinin qiymətləndirilməsi dövlət tərəfindən göstərilən qayğının bariz nümunəsidir. Bu sərəncamlar içərisində çox önəmlisi mətbuat işçiləri üçün yaşayış binasının tikilməsindən ötrü Prezidentin Ehtiyat Fondundan ayrılan böyük məbləğdə vəsaitdir.

    Bu, hər bir mətbuat işçisini ürəkdən sevindirir. Mən deyərdim ki, belə bir qərar müasir dünyanın heç bir ölkəsində verilməyib. Bu, Azərbaycanda sözə, mətbuata, fikir azadlığına göstərilən dəstəyin əyani təzahürüdür. Mükafat alanlar arasında mən də varam. Cənab prezident mənim də əməyimi qiymətləndirib. Bu qayğıya görə minnətdarlığımı bildirirəm! Əminəm ki, mətbuatımızda çalışan media işçiləri dövlətimizin onlara göstərdiyi qayğıya, Azərbaycan həqiqətlərinin dünya miqyasında, beynəlxalq aləmdə daha geniş yaymaq və təbliğ etmək işi ilə cavab verəcəklər. Təbii ki, mükafat etimaddır, əlavə məsuliyyətdir. Mən də öz üzərimə düşən vəzifənin öhdəsindən bundan sonra da layiqincə gəlməyə çalışacağam.

    - Peşəkar bir jurnalist olaraq şəxsən sizin üçün 135 illik yubiley nə deməkdir?

    - Bu yubiley 135 ildə keçilmiş bir yoldur. Bu yol həm məsuliyyətli, həm çətin, eyni zamanda, şərəfli bir yoldur. “Əkinçi” ilə təməli qoyulmuş Azərbaycan mətbuatı 135 ildə çox keşməkeşli yol keçərək bu zirvəyə gəlib çatıb. Müxtəlif dövrlərdə və quruluşlarda fəaliyyət göstərməsinə baxmayaraq, milli mətbuatımız mədəni dəyərlər, ənənələr əsasında inkişaf edib, daim xalqımızın tərəqqiyə çatması, maariflənməsi, inkişafı üçün çox böyük işlər görüb. İndi cümhuriyyət dövründə, totalitar rejim dövründə və eyni zamanda müstəqillik dövründəki mətbuatımızın vəziyyəti ilə bağlı müqayisələr aparmaq olar. Bu paralelləri aparsaq görərik ki, doğurdan da Azərbaycan mətbuatı o sıxıntılara, əziyyətlərə baxmayaraq, daim inkişaf, xalqın tərəqqisi, vətənimizin tanınması uğrunda mübarizə aparıb. Hətta çətin informasiya blokadası dövründə Azərbaycan mətbuatı ümummilli lider Heydər Əliyevin ən kəsərli silahlarından birinə çevrilib. Əminəm ki, bu ənənələr daha da inkişaf etdiriləcək və zənginləşdiriləcək. 


    Vahid məqsəd uğrunda

    - Siz ölkənin rəsmi dövlət agentliyində işləyirsiniz. Təmsil etdiyiniz agentliyin beynəlxalq informasiya məkanında və öz ölkəmizdə hansı mövqe tutduğunu necə dəyərləndirirsiniz?

    - AzərTAc Asiya və Sakit Okean Ölkələrinin İnkişafı İnformasiya Agentlikləri Alyansına (OANA) və Avropa Xəbər Agentlikləri Alyansına (İANA) üzv qəbul olunub. OANA-nın üzvü olaraq AzərTAc hər gün bu qurumun internet saytında ölkəmiz haqqında 25-30 xəbər yerləşdirir. Həmin xəbərlərin yarıdan çoxu daim bu saytın baş səhifəsində yerləşir. AzərTAc həmçinin dünyanın 90-dan çox ölkəsi ilə birbaşa informasiya mübadiləsi aparır. Azərbaycan haqqında həqiqətləri dünyanın informasiya məkanında və həmin coğrafiyada oxuculara çatdırır. Avropa alyansı ilə əlaqələrimiz çox inkişaf edir. Bu qurumun 31-ci üzvü AzərTAc-dır. Həmin ölkələrlə  birbaşa informasiya mübadiləsi aparırıq. Həmçinin OANA-nın üzvü olan 33 ölkənin milli informasiya agentlikləri ilə bərabər AzərTAc da orada fəaliyyət göstərir. AzərTAc Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin milli informasiya agentlikləri assosiasiyasının (PANİA) təsisçilərindən biridir. Həmçinin AzərTAc Türkdilli Ölkələrin Xəbər Agentlikləri Alyansının (TKA) sədridir. Onların da saytında hər gün ölkəmiz haqqında 30-35 informasiya yerləşir. Bu informasiyaların 20-25-i daim əsas səhifədə olur. AzərTAc-ın həmçinin foto informasiyaları da OANA-nın saytında yer alır. Cənab prezidentin qəbulları, səfərləri, keçirdiyi tədbirlər barədə informasiyalar həmin saytda daim yer alır. Bu saytdan 33 ölkənin 39 informasiya agentliyi istifadə edir. AzərTAc həmçinin MDB ölkələrinin Milli İnformasiya Agentlikləri Assosiasiyasının (ANİA) üzvüdür. Biz onların saytından istifadə edərək ölkəmiz haqqında informasiyaları bu coğrafiyada yayırıq. AzərTAc-ın əlaqələri get-gedə inkişaf edir. Onu da qeyd edim ki, bu ilin mart ayının 1-də AzərTAc-ın 90 illik yubileyi qeyd olundu. Dövlət başçısı agentliyin fəaliyyətini yüksək qiymətləndirdi. Onun maddi-texniki bazasının inkişafı, xaricdə müxbir şəbəkəsinin genişləndirilməsi üçün sərəncam imzaladı. Sənədə əsasən Azərbaycan informasiya coğrafiyası genişləndiriləcək. Eyni zamanda, görüntülü, səsli xəbərlər, multimedia sisteminin tətbiqinə hazırlıq görülür. Artıq saytımıza səsli, görüntülü xəbərlər yerləşdirilməyə başlanılıb. Amma bu xəbərlər daha mükəmməl formada və geniş coğrafiyada yayılacaq. 

    - Hazırda ölkəmizdə bir çox müstəqil informasiya agentlikləri fəaliyyət göstərir. Xəbərin daha tez əldə edilməsi və çatdırılması, operativlik və s. rəqabətdə onlarla iş metodlarınız arasında hansısa fərqlər varmı?

    - Bu rəqabət həmişə olub və həmişə də olacaq. Hər bir agentlik çalışır ki, xəbəri oxucusuna birinci çatdırsın. Bu rəqabətə davam gətirmək və birinci olmaq üçün daim axtarış lazımdır. Bəzən deyirlər ki, Azərbaycan kiçik ölkədir və bu qədər informasiya agentliyi nəyə lazımdır? Amma biz belə düşünmürük. İnformasiya agentliklərinin çox olması Azərbaycan həqiqətlərinin daha geniş məkanda yayılmasına, ölkəmizin daha çox təbliğinə kömək edə bilər. Təbii ki, burada jurnalistin peşəkarlığından söhbət gedə bilər. O jurnalistlər ki, xəbəri birinci növbədə və dərhal çatdıra bilir, onlar peşəkardırlar. Mən fərqi yalnız peşəkarlıqda görürəm. Texniki imkanlar hər bir agentlikdə var və hamısı ondan bərabər surətdə yararlana bilir. Peşəkarlıqla bərabər fakta məsuliyyət ən vacib şərtdir. Fərq yalnız jurnalistin faktı görə bilməsində, xəbəri dəqiq, düzgün və operativ çatdırmasında ola bilər. Jurnalistlik peşədir və hər bir jurnalist çalışır ki, yaxşı işləsin.  Mən bütün həmkarlarıma arzulayıram ki, onların əldə etdikləri informasiya siyasi cəhətdən sağlam olsun, Azərbaycanın milli maraqlarına, ölkəmizin daha geniş coğrafiyada tanınmasına xidmət etsin. Onda elə bilərəm ki, ölkəmizdəki agentliklərin hamısı bir vahid məqsədə və amala xidmət edir.


    Etibarlı əllər

    - Söz düşmüşkən, jurnalistikamızda peşəkarlıq məsələsinə toxunaq. Bu sahədə vəziyyət sizi qane edirmi?

    - Jurnalistin peşəkar olması üçün illərin təcrübəsi lazımdır. Mətbuata gənc nəsil gəlir, bunu çox alqışlayıram. Bəzən onların peşəkarlığı, təcrübəsi çatışmır. Onlar təcrübəli həmkarlarından öyrənə-öyrənə yetişəcək və Azərbaycanı dünyada layiqincə təmsil edəcəklər. Düşünürəm ki, jurnalistika istedadı olan, peşəkarlığa meyli olan insanların meydanıdır. Bunlar təbii ki, gələcəklər və saf-çürük olacaqlar. Bacarmayanlar, işi bilməyənlər bu sahədən uzaqlaşacaq, layiqlilər isə davam edəcəklər. Peşəkarlıq təcrübə ilə, həyatın öyrətdiyi dərslə bağlı  məsələdir. Ali məktəblərin auditoriyalarında nəzəri cəhətdən biliklərə yiyələnsən də, təcrübə həyatda, istehsalatda qazanılır. Güman edirəm ki, Azərbaycan mətbuatının gələcəyi etibarlı əllərdədir.

    - Bu yaxınlarda jurnalistika fakültəsinin müəllimlərindən biri qəzetimizə müsahibəsində dedi ki, bu gün jurnalistika aləminin qapısı açıqdır, hər gələn daxil ola bilir. Sizcə bu aləmin qapısını bağlamaqla nəyə nail olmaq və ya nəyi itirmək olar?

    - Güman eləmirəm ki, jurnalistikanın qapısı açıqdır və hər gəlib keçən ora daxil olur. Düzdür, jurnalistikada naşı olan və bu sənətin nə olduğunu bilməyən, xəbəri yazmaq feli  ilə qarışdıran insanlar var. Ancaq bu, müvəqqəti haldır. Yadınıza gəlirsə, müstəqilliyimizin ilk illərində Azərbaycanda bir mətbuat bumu yaranmışdı. Hər yetən qəzet çıxarırdı. Bu da ondan irəli gəlir ki, dövlət mətbuatı hər bir qadağalardan, məsuliyyətdən azad etmişdi. Ancaq o zaman da suallar yaranırdı: bu vəziyyət hara gedəcək, kiçik bir ölkədə bu qədər mətbu orqan kimə və nəyə lazımdır? Ancaq deyilirdi ki, vaxt gələcək, bunlar hamısı ələnəcək, yaxşılar qalacaq, pislər sıradan çıxacaq. Təbii ki, mətbuata axın da bundan irəli gəlir. Jurnalistika da ilğım kimi bir şeydir. Kənardan baxanların hamısına çox rahat, uyğun gəlir. Ancaq bundan qorxmaq lazım deyil. Qoy gəlsinlər. Onların içərisindən çox layiqlilər də tapılacaq və mətbuatımızın inkişafı üçün xidmətlər göstərəcək.

    - Bilmirəm, bu müqayisəni aparmaq nə qədər doğrudur: bəzən ayrı-ayrı janrın müğənniləri özlərini yeni ampluada sınamaq qərarına gəlirlər. Məsələn, estrada müğənnisi muğam və ya aşıq musiqisi oxumaq istəyir. Bəs jurnalistlərin bütün janrlarda yazmaq istəyinə necə baxırsınız?  Sizə elə gəlmirmi bizdə ixtisaslaşma bir qədər zəifdir?

    - Mən jurnalistikanı şou-aləmlə müqayisə etmək istəməzdim. Çünki jurnalistika çox şərəfli və çətin bir peşədir. Amma onu da deyim ki, hər bir jurnalist jurnalistikanın müxtəlif janrlarında yazmağı bacarmalıdır. Əgər hər hansı jurnalist xəbəri yaza bilmirsə, təbii ki, zarisovkanı, oçerki, reportajı, felyetonu da yaza bilməyəcək. Əgər o, yaxşı bir publisistik yazı hazırlayırsa, bəzən görürsən ki, xəbəri hazırlaya bilmir. Peşəkarlıq deyəndə həmçinin jurnalistikanın bu janrlarının hamısında yazmağı bacaran adamlar nəzərdə tutulur. Peşəkarlıq təkcə o deyil ki, fakt dəqiq olsun. Burada həmçinin üslub, dilin tələbləri nəzərdə tutulmalıdır. Məsələn, yazıçı haqqında demək olmaz ki, o, povest, hekayə yazmalı, roman yazmamalıdır. O bunların hamısını yazmağı bacarmalıdır. Ancaq baxır necə yazmalıdır. Jurnalist də hansı janrda yazırsa-yazsın, peşəkar yazmalı, yazdığına diqqətlə, qayğı ilə yanaşmalıdır. Bu gün mətbuatda o qədər də böyük, sanballı yazılara yol vermirik. Vaxt o qədər sürətlə hərəkət edir ki, oxucunun da onu oxumağa macalı qalmır. İndiki halda daha çox yayılmış janr informasiyadır. Ancaq bunu da necə yazmağı bilmək lazımdır.


    Həyatda inkişaf

    - Sosial qruplar arasında jurnalistlərin durumunu necə qiymətləndirərsiniz? Əksəriyyət jurnalistləri imkansız təbəqə adlandırır.

    - Deməzdim ki, jurnalistlər imkansız təbəqədir. Hər bir redaksiya, hər bir qurum işçilərini əməkhaqqı və qonorarla təmin edir. Bu da baxır redaksiyaların imkanlarına – azdır, çoxdur, bu başqa məsələdir. Kim çox işləyir çox, kim az işləyir az qazanır.

    - Siz bir çox ölkələri gəzirsiniz. Özünüz üçün müqayisə aparanda ölkəmizin mətbuat aləmini necə görmək istəyərdiniz?

    - İstərdim ki, Azərbaycan mətbuatı, jurnalisti mövcud sağlam ənənələr üzərində daha da inkişaf etsin. Azərbaycan həqiqətlərini dünyanın bütün coğrafi məkanlarında yaymağa qadir olsun. Biz dünyanın bir çox ölkələrində olur və redaksiyaların fəaliyyəti ilə tanış olarkən müqayisələr aparırıq. Deyərdim ki, proseslər də, həyat da, insanların hadisələrə münasibəti də hər ölkənin quruluşundan, sistemindən asılı olaraq müxtəlifdir. Amma hər bir ölkədə jurnalistin də, mətbuatın da xəbər, informasiya çatdırmaq və məlumatlandırmaq vəzifəsi eynidir. Müəyyən mənada fərqli cəhət ondan ibarətdir ki, hərə öz milli mentalitetinə, öz xalqının mənafeyinə uyğun olaraq hərəkət edir. Həyatda inkişaf var və jurnalistika da inkişaf edib yeni uğurlara, nailiyyətlərə imza atacaq.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 797
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30