Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Elçin Babayev: “Ümidləri doğrultmağa çalışırıq”
    Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru  Elçin Babayev müsahibə verib. E.Babayev Elmin İnkişafı Fondunun yaranma zərurəti, məqsədi və qarşıda duran vəzifələri barədə danışıb:

    - Elmin İnkişafı Fondunun yaradılmasında əsas məqsəd elmin inkişafına yeni bir təkan və alimlərin yaradıcılıq imkanlarına əlavə stimul verməkdir. Təbii ki, elm və elmin inkişafı ilk növbədə ölkənin, cəmiyyətin, iqtisadiyyatın inkişafına yardımçı olmalıdır və bu inkişaf  bir deyil, bir neçə istiqamətdə getməlidir və bu istiqamətlər bir-birini tamamlamalıdır. Yəni, biz tək klassik fundamental tədqiqatlarla kifayətlənməməliyik, həmçinin fundamental tədqiqatların nəticələrinin bilavasitə iqtisadiyyatda tətbiqinə nail olmalıyıq. Fond tərəfindən fundamental, tətbiqi və axtarış-innovasiya xarakterli layihələrin qrantlar şəklində maliyyələşdirilməsi nəzərdə tutulub. Elm ümumbəşəri bir anlayışdır. Azərbaycanda yerinə yetirilən elmi-tədqiqat işləri, zaman keçdikcə dünya səviyyəsinə gəlib çatmalıdır. Bu səbəbdən Elmin İnkişafı Fondunun yaradılması irəliyə atılmış  mühüm bir addımdır və ümid edirik ki, öz missiyamızı layiqincə yerinə yetirməklə, bizə göstərilən etimadı tez bir zamanda doğrulda biləcəyik.

    - Bu günlərdə ilk qrant müsabiqəsi elan olundu. Bununla bağlı Fonda nə qədər layihə daxil olub?

    - Elanın verilməsi və ondan sonrakı dövrün yay mövsümünə düşməsinə baxmayaraq, müsabiqəyə maraq böyükdür və kifayət qədər fəallıq müşahidə olunur. Fondun internet səhifəsinə girişlərin sayını göstərən proqram qoyulub.  Məlum olur ki, maraqlananların sayı üç minə çatıb.

    Maraqlananlar sayta daxil olaraq burada lazım olan informasiyanı oxumaq, həmçinin hazırlaşmaq, layihə ərizə və sənədlərini hazırlamaq, onları necə təqdim etmək haqqında istənilən məlumatı əldə edə bilərlər.  Bundan əlavə, qrant müsabiəsi ilə bağlı alimlər və digərləri Fonda çoxsaylı zənglər edirlər, suallarını ünvanlayırlar. Fonda şəxsən gələnlər də var. Fonda ilk qrant ərizələri də daxil olub. Hətta onların içərisində biri çox yüksək peşəkarlıqla hazırlanıb və bu bizi çox sevindirir. Layihələrin qəbulu davam edir və bu proses sentyabrın 15-ə kimi çəkəcək. Bundan başqa, bəzi təşkilatlar çox mütərəqqi yollar seçirlər. Məsələn, Bakı Dövlət Universiteti bizə müraciət etdi və orada müsabiqədə iştirak etmək istəyənlər üçün görüş keçirildi.  İki yüz əlli nəfərlik professor-müəllim heyətinin iştirakı ilə keçirilən seminarda qrant müsabiqəsi ilə bağlı sualları cavablandırdıq. Hesab edirik ki, bu mütərəqqi təcrübədən digər təşkilatlar da istifadə edə bilər. Ancaq biz  nəzərdə tutmuşuq ki, Fondun özündə məsləhət seminarları təşkil edək və ilk məsləhət seminarımız iyulun 26-da baş tutacaq. Sonra isə bu proses hər həftə, qrantların verilmə müddəti bitənə qədər, davam edəcək. Həddən çox müraciətlər var və hətta 4-cü seminara qeydiyyat başlayıb.


    - Fonddan yalnız qrant müsabiqəsində qalib olan alimlər yararlanacaq, yoxsa əlavə hansısa layihələr də ola bilər?

    - Burada söhbət təkcə alimlərdən getmir. Ümumiyyətlə, müsabiqədə   sanballı, əsaslandırılmış  elmi ideyaya malik layihəsi olanlar, hətta magistr dərəcəli və ya  təqaüddə olan alim və fiziki şəxslər də iştirak edə bilər. Burada həm Fondun, həm də elmi yaradıcı insanların fəallığından çox şey asılıdır. Biz ümumiyyətlə müsabiqədə iştirakda elmin inkişafına kömək edə biləcək və ya elmlə məşğul olan hər bir kəsin müsabiqələrdə iştirakını nəzərdə tuturuq. Yəni Fondun qrant müsabiqələrində tək akademiya əməkdaşları deyil, eyni zamanda təhsil sistemində çalışan alimlər, nazirliklərin nəzdindəki elmi-tədqiqat müəssisələrində fəaliyyət göstərən alim və mütəxəssislər,  elmi fəaliyyətlə məşğul olan qeyri-hökumət təşkilatlarının nümayəndələri və digər fiziki şəxslər, elm adından və dərəcəsindən, yaşından, təşkilati tabeçiliyindən və s.  asılı olmayaraq, elm tutumlu layihəsi olanlar iştirak edə bilər.


    - Təqdim olunan layihələr hansı kriteriyalara görə qalib elan olunacaq?

    - Yalnız elmi meyarlara görə. Yəni, seçimdə layihənin yüksək elmi  meyarlara nə dəcərəcədə cavab verməsi, layihədən gözlənilən nəticələr, bu nəticələrin mümkün tətbiqi və istifadə imkanları kimi faktorlara üstünlük veriləcək.  Bu məsələnin sırf elmi tərəfidir. Digər mühüm məsələ isə, bu nəticələrin nə dəcərəcədə regional və beynəlxalq səviyyədə rəqabət apara və onların dünya miqyasında tanıdıla bilməsidir. Onu da əlavə edim ki, sadalanan meyarların qiymətləndirilməsinə subyektiv yanaşma olmayacaq və bu, prinsipcə mümkün deyil. Çünki, elə bir mexanizmin tətbiqi nəzərdə tutulub ki, kənar və subyektiv faktorların təsiri minimuma yendirilsin. Qrant layihələrinin təqdim olunması və ekspertiza işinin özü tezliklə tam avtomatlaşdırılacaq. Bu isə o deməkdir ki, müsabiqələrin keçirilməsi prosesi internet vasitəsilə reallaşdırılacaq və subyektiv faktorların təsirindən qaçmaq üçün qrant ərizəçiləri ilə təmas minimuma endiriləcək. Ekspertiza işi, layihələrin və ekspertlərin adları kodlaşdırılacaq və Fondun icraçı direksiyası daxilində belə məxfi saxlanılacaq. Ümumiyyətlə, nəzərdə tutulub ki, daimi və müvəqqəti fəaliyyət göstərən ekspert qrupları yaradılsın. Onların sırasında yerli və əcnəbi ekspertlər olacaq və onlar haqqında məlumat bazası yaradılacaq. Onu da qeyd edim ki, yerli və əcnəbi ekspertlərin əməyi eyni dərəcədə qiymətləndiriləcək.


    - Alimlərin sosial durumu, eləcə də mənzil təminatı aşağı səviyyədədir. Fond bu problemin aradan qaldırılması istiqamətində hansısa layihə düşünürmü?

    - Elm Fondu digərlərindən məqsəd və vəzifələrinə görə fərqlənir. Elmin İnkişafı Fondu sosial problemlərin həlli üçün yaradılmayıb. Biz, alimlərə və digər fiziki şəxslərə əlavə elmi yaradıcılıq imkanları yaratmaq üçün təsis olunmuşuq. Yəni, sosial və digər oxşar problemlərin həlli Fondun Nizamnaməsində nəzərdə tutulmayıb. Lakin alimlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına kömək edəcək digər mexanizimlər Fondun fəaliyyətində nəzərə alınıb. Məsələn, Fond, layihə çərçivəsində alimlərə stimullaşdırıcı əlavə əmək haqqının verilməsini nəzərdə tutub. Bunun özü, hesab edirik ki, həddindən artıq köməkdir. Baxmayaraq ki, bu kimi məsələlərlə məşğul olmaq Fond üçün əlavə bürokratik çətinliklər yaradır, lakin bu addımın mahiyyətini və köməyin əhəmiyyətini nəzərə almaqla bu mexanizmin reallaşması üçün səylər göstərmişik. Əfsuslar olsun ki, Fonda olan müraciətlərin analizi onu göstərir ki, əksər alimlər daha çox əlavə stimullaşdırıcı əmək haqqında düşünməklə bilavasitə elmi-tədqiqatların aparılması və səmərəliliyinə xidmət edə biləcək məqamları yaddan çıxarırlar. Əslində isə qrant layihələri elə tərtib olunmalıdır ki, sadalanan işlərin hamısı vahid kompleks şəklində çıxış etsin və yalnız elmin inkişafına xidmət etsin. Əgər verilən layihələrdə yalnız sosial tərəflər düşünülərsə, layihənin özü “çökə bilər”. Bir sözlə, layihənin büdcəni tərtib edərkən həm elmi, həm də stimullaşdırıcı tərəflərə balanslaşdırılmış şəkildə yanaşmaqla məsələnin kompleks şəkildə həllinə nail olmaq lazımdır.


    - Başqa ölkələrdə oxşar qurumlar varmı?

    - Əlbəttə, Avropada, Amerikada, Asiya və MDB ölkələrində var. MDB ölkələrində fəaliyyət göstərən və böyük təcrübəyə malik fondlar arasında Rusiya Fundamental Tədqiqatlar Fondu və Belarus Respublika Fundamental Tədqiqatlar Fondunu qeyd etmək olar. Yeri gəlmişkən, Belarus Fondunun icraçı direktoru, akademik V.Orloviç bu günlərdə Azərbaycana səfəri çərçivəsində bizim Fondda da oldu və onunla aparılan fikir mübadiləsi çərçivəsində qərara alındı ki, yaxın zamanlarda əməkdaşlıq haqqında müqavilə imzalayaq. Yaxınlarda bizim Belarusa səfərimiz də gözlənilir və hesab edirik ki, Minskdə bu müqaviləni imzalayacağıq.


    - Fond yeni qurum olduğu  üçün beynəlxalq təcrübənin öyrənilməsinə, əməkdaşlığa ehtiyac var. Siz necə düşünürsüz?

    - Biz bir neçə ölkə ilə əməkdaşlığı qarşımıza məqsəd qoymuşuq. Bunların sırasında adını çəkdiyimiz Rusiya və Belarus fondları, Amerikanın Mülki Tədqiqatlar və İnkişaf  Fondu,  Amerika Milli Elm Fondu, İsrail Elm Fondu, Koreya, Fransa  və digər ölkələrin fondlarıını göstərmək olar. Fond yeni qurumdur, biz isə öyrənməkdən heç də çəkinmirik. Əksinə, hesab edirik ki, qabaqcıl təcrübəni öyrənərək işimizdə tətbiq etməklə tez bir zamanda uğurlara nail ola bilərik. Yeri gəlmişkən qeyd edim ki, bizim fəaliyyət dairəmiz digərlərindən daha əhatəlidir. Məsələn, Rusiyanın Fundamental Tədqiqatlar Fondu daha çox fundamental tədqiqatlara üstünlük verir. Biz isə həm fundamental, həm tətbiqi, həm də axtarış-innovasiya xarakterli elmi tədqiqat layihələrinə qrantlar ayırmağı nəzərdə tutmuşuq. Axtarış-innovasiya xarakterli layihələrin maliyyələşdirilmısi bizim üçün yenilikdir, bəzən bunları riskli layihələr də adlandırırlar.  Birinci müsabiqə üçün 100 min manat məbləğində vəsaiti məhz bu tipli layihələrə ayırmışıq.  Daha bir yenilik isə böyük həcmli pilot layihələrin  maliyyələşdirilməsidir. Birinci müsabiqədə 3 milyon manat pilot layihə üçün nəzərdə tutulub. Burada məqsəd elmi-texniki bazanın köklü şəkildə yenilənməsi, müxtəlif elmi stimullaşdırıcı tədbirlərin həyata keçirilməsidir. Fond tərəfindən məqsədli qrant layihələrinin maliyyələşdirilməsi də nəzərdə tutulub. Cari ilin birinci müsabiqəsi çərçivəsində konkret olaraq Azərbaycanın  qeyri-maddi mədəni irsinin elmi əsaslarla dərindən  öyrənilməsi nəzərdə tutulur. Mədəni irsin yalnız faktlarla deyil, elmi əsaslarla öyrənilməsi daha effektiv olardı.  Müsabiqədə 35 yaşa qədər gənc alimlər üçün xüsusi qrant müsabiqələrin keçirilməsi də nəzərdə tutulub. Biz, alimlərin xaricdə keçirilən beynəlxalq konfransda və simpoziumlardakı iştirakını da müəyyən şərtlərlə maliyyələşdirə bilərik, alimlərin nüfuzlu elmi  nəşrlərinə, onların qısa müddətli təcrübə keçməsinə, Azərbaycanda sanballı elmi tədbirlər keçirilməsinə, ekspedisiya və çol işlərinin təşkilinə və s. qrant vasitəsilə kömək edə bilərik. Bir sözlə, Fondun fəaliyyəti çoxşaxəli nəzərdə tutulub. Əgər fikirlərimiz, ideyalarımız yüksək səviyyədə reallaşarsa, Fond ölkəmizdə elmin inkişafına əlavə təkan vermiş olar və Azərbaycanda  yerinə yetirilən elmi-tədqiqat işlərinin dünya elm məkanına inteqrasiyasına böyük kömək ola bilər.


    - Dünya Bankının Bakıdakı nümayəndəliyi ilə də qarşılıqlı maraq doğuran əməkdaşlıq məsələlərini müzakirə etmisiniz. Nələr
    gözlənilir?
    - Fond yarandığı gündən biz də əməkdaşlıq yolları axtarırıq. Təbiidir ki, bizimlə əməkdaşlıq etmək istəyənlər də var. Məsələn, qeyd etdiyiniz kimi, Dünya Bankının Bakıdakı  nümayəndəliyinin əməkdaşları ilə bu yaxınlarda baş tutmuş görüşdə əməkdaşlıq yolları, müəyyən proqram və layihələrin yerinə yetirilməsində mümkün əməkdaşlıq prinsipləri müzakirə olundu. Ciddi əməkdaşlıq üçün isə tərəflər arasında qarşılıqlı etimad olmalıdır.


    - Bəs, İsrailin  elm və texnologiya  sahəsində fəaliyyət göstərən tanınmış qurumları ilə Fond arasında əlaqələrin qurulması haqqında razılıq əldə olunub. Əməkdaşlıq çərçivəsində hansı yeniliklər gözləmək olar?

    - Hesab edirik ki, biz, İsrailin elm və texnologiya sahəsində olan böyük təcrübəsindən yüksək səviyyədə bəhrələnə bilərik. İsraildə elmi nəticələrin istehsalatda tətbiqi üzrə mövcud olan xüsusi mexanizmlər bizi həddən artıq maraqlandırır. Əməkdaşlıq məsələlərini İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ilə bu günlərdə ətraflı müzakirə etdik. Nəzərdə tutmuşuq ki,  bu təcrübəni yerində öyrənək və ölkəmizdə tətbiqinə nail olaq. Elmi nəticələrin tətbiqi məsələsi bizim zəif yerimizdir və bu məsələnin həllinə nail olsaq, çox böyük uğurlar qazana bilərik. Bunun üçün isə alimlər və istehsalçılar arasında qarşılıqlı etimadın yaranmasına nail olmalıyıq.


    - Rəhbərlik etdiyiniz quruma alimlər böyük ümidlə baxır. Necə düşünürsünüz, bu ümidlər reallaşa bilərmi?

    - Biz ümidləri doğrultmağa çalışırıq. Maraqlıdır ki, Fond internet forumlarında belə müzakirəyə çıxarılır. Yəni, Fonda çox böyük ümidlə yanaşanlar da var, pessimistlər də yox deyildir. Hər iki tərəfi  başa düşürük, pessimistləri isə optimist olmağa çağırırıq. Əvvəlcə işi görmək, nəticəyə nail olmaq, sonra isə onu müzakirəyə çıxarmaq lazımdır. Hesab edirik ki, ümidlər heç də əbəs deyil və elm fədailəri bu məsələdə bizə güvənə bilərlər. Bir məsələni də qeyd edim ki, Fond qrant müsabiqələrində təqdim olunmuş layihələr sırasında yaxşılardan ən yaxşılarını seçməlidir. Hamı müsabiqədə uğur qazana bilməz. Əgər sübut etsək ki, biz işimizi yaxşı qurmuşuq, ölkənin, cəmiyyətin mənafeyini nəzərə almaqla elmin inkişafına xidmət edən bir təşkilatıq, onda alimlərin ümidlərini doğrulmasından söhbət gedə bilər.
    Burada bir məqamı da vurğulamaq lazımdır. Müsabiqədə hamı qalib olmayacağı təqdirdə, təbii ki, burada narazılar da ortaya çıxacaq, uğursuzluğun səbəbini özündə deyil, məhz Fondda axtaranlar da olacaq. Uğur qazana bilməyənlərin lüzumsuz söz-söhbətləri də ola bilər. Amma, biz buna da hazırıq və tövsiyəmiz də budur ki, birinci müsabiqədə uğur qazana biləməyən şəxslər layihələrini daha da təkmilləşdirməklə növbəti müsabiqələrdə israrla iştirak etsinlər.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 846
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30