Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Yaşil dünya və biz
    Reyhan Əliyeva: “Ekoloji durumla bağlı ümidə məsələlər dünya birliyi qarşısında da çox kəskin şəkildə dayanıb”

    Bu gün Azərbaycanda gənclərin cəmiyyətin inkişafında, problemlərinin həllində rolunu artırmaq, ölkənin inkişafında iştirakını və məsuliyyətini yüksəltmək, paytaxt və regionlarda yaşayan gənclərin fikir mübadiləsinə şərait yaratmaq, gənclər və dövlət qurumları, hökumət nümayəndələri ilə açıq ünsiyyəti asanlaşdırmaq məqsədilə bir sıra müsbət tədbirlər həyata keçirilir. Bu istiqamətdə işlərin aparılmasında  Qeyri Hökumət Təşikalatlarının (QHT) da rolu danılmazdır. Onların fəaliyyətinin gənclər siyasətinin məqsəd və prinsiplərinin reallaşdırılması üçün yönəldilməsi müsbət qarşılanan bir işdir. Bu baxımdan “Evrika” İstedadlı Gənclərə Yardım İctimai Birliyinin də (İGYİB) fəaliyyətini uğurlu saymaq olar.

    Belə ki, Qeyri-Hökumət təşkilatı olaraq “Evrika” İGYİB müvafiq istiqamətlərdə öz fəaliyyətini qurub. Təşkilatın fəaliyyətinin əsas istiqamətini gənc nəslin maarifçilik, ziyalılıq, vətənrərvərlik prinsirləri üzrə düzgün formalaşdırılması, onlarda intellektual səviyyənin qaldırılması ilə ziyalılıq meyllərinin artırılması, istedadlı gənclərimizin üzə çıxarılması, onların inkişafına kömək edilməsi, Azərbaycanın milli mədəni sərvətləri, tanınmış elm xadimləri və incəsənət adamları haqqında elmi biliklərinin artırılması, gənclərin təlim və tərbiyəsi ilə bağlı məsələlərin həllində humanitar məsələlərin və xeyriyyəçilik  işlərinin təşkili, gənclərimizin ekoloji durum haqqında biliklərinin genişləndirilməsi, xarici dillər öyrənməsində istiqamətləndirilməsi, elm, təhsil və mədəniyyətin inkişafına dair təşəbbüslərdə gənclərimizin fəallığının artırılması və bu sahələrdə müvafiq işlərin ararılması təşkil edir. İGYİB əsas fəaliyyəti istedadlı gənclərlə bağlıdır. Elm, təhsil, mədəniyyət, texnika, idman və digər sahələrdə istedadlı uşaqların və gənclərin aşkara çıxarılması məsələsi dinamik şəkildə öz aktuallığını saxlayan problemlərdən biridir.
    İGYİB-nin  direktoru, k.e.n., dosent Reyhan Əliyeva bizimlə söhbətində dedi ki, hər bir millətin siması və gücü onun intellektual səviyyəsi ilə bilavasitə bağlıdır: Həm QHT sədri, həm də ixtisasca kimyaçı kimi ekoloji problemlər məni daha çox düşündürür və narahat edir. Məlumat üçün qeyd etmək istəyirəm ki, ekoloji durumla bağlı ümidə məsələlər dünya birliyi qarşısında da çox kəskin şəkildə dayanıb. Təbiət və cəmiyyətin qarşılıqlı münasibətləri və bu münasibətlərin təsiri nəticəsində meydana çıxan qlobal ekoloji problemlərin səbəblərinin öyrənilməsi günümüzün, insanların sağlamlığına mənfi təsir edən qlobal ekoloji problemlərin aradan qaldırılması və onların həlli yollarının öyrənilməsi çox vacibdir. 1992-ci ildə Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə Rio-de-Janeyro şəhərində keçirilmiş beynəlxalq konfransda, 2002-ci ildə Yoxannesburq şəhərində keçirilmiş Dünya sammitində qeyd edildiyi kimi, dünyanın gələcək inkişafı ilk növbədə ekoloji problemlərin necə həll olunmasından asılı olacaqdır. Ətraf mühitlə bağlı vəziyyət hər bir ölkəni ekoloji problemləri ümumbəşəri kontekstə çıxarmağa məcbur edib. Respublikamızda da bu dövrdə ekoloji siyasətə dair ilk sənəd kimi “Dayanıqlı inkişaf” prinsirlərinə əsaslanan “Azərbaycan Respublikasının ekoloji Konsepsiyası”nı qeyd etmək olar. Bu konsepsiyada respublikamız üçün ətraf mühitin mühafizəsi baxımından üstün əhəmiyyətli olan problemlərin həlli üzrə əsas prinsirlər öz əksini tapıb”.
    O, bununla bağlı kimya elminin və kimyaçıların üzərinə də həlli kənara qoyula bilmyən bir sıra vəzifələr qoyulduğunu bildirdi: “Belə ki, “Green Chemistry” (Yaşıl Kimya) adlanan konsepsiya qəbul edilib və müddəaları müəyyən olunub. Hal-hazırda kimyaçı alimlər bu müddəalardan irəli gələn vəzifələrə uyğun öz elmi-tədqiqat fəaliyyətlərini qurmağa çalışırlar. 2008-ci ilin 14-19 sentyabar tarixində  Moskva və Sankt-Peterburq şəhərlərində keçirlən “2 International IUPAC Conference on Green Chemistry” Beynəlxalq Konfransında da bu barədə məsələlər işıqlandırılıb. 2007-ci ildə iştirakçısı olduğum “XVIII Mendeleevskiy Scezd po obhey i prikladnoy ximii” Qurultayında da  “Zelenaə Ximiə” adlı Simpozium keçirilib”. 
    Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının bu il elan etdiyi müsabiqədə İGYB-nin də ekologiya ilə bağlı “Yaşıl dünya və biz” adlı layihəsi qalib olub. Həmsöhbətimiz bu layihədə bir sıra ekoloji məsələlərin həlli ilə bağlı işlərin nəzərdə tutulduğunu qeyd etdi: “Burada istedadlı gənclərimizlə əlaqədar fəaliyyət də diqqətdən kənarda qalmayıb. Layihəyə uyğun olaraq onların ekoloji maarifləndirilməsi, ekologiya üzrə bu il keçirilən tədbir və olimpiadalarda iştirakına kömək göstəririk. Artıq İNEPO Olimpiadasında qalib gələn uşaqlardan 2 nəfərini Türkiyəyə göndərmişik. Onlar orada iştirak edərək Azərbaycanı təmsil ediblər. Oradan qayıdandan sonra öz təəssüratlarını bizimlə bölüşüblər”.
     Qeyd edək ki, 6 aylıq bu layihəyə apreilin 15-dən start verilib. Təşkilat sədrinin sözlərinə görə, layihə çərçivəsində məktəblərdə və universitetlərdə əsasən ekoloji maarifləndirmə nəzərdə tutulub. “Sonra bizdə gənclərimizlə əlaqədar sıx işlər görüləcək ki, onlar ekoloji problemləri dərindən başa düşsünlər və onun həlli yollarını axtarsınlar. Hazırda Avropa Litseyində biz ekoloji referatların yazılması ilə məşğuluq. Referatların mövzusu yanacaq porblemidir. Bu dəqiqə işlənən yanacaqlar havaya külli miqdarda ziyan verir. Biz bunları həm kimyəvi, həm də məişət nöqteyi-nəzərindən başa salır və qarşısının alınması yollarını izah edirik”. 
    O, ekologiya sahəsində həm Azərbaycan, hən də dünya üzrə məlumatları toplayıb sonda bukletlər hazırlayacaqlarını da vurğuladı. “Hazırda işlərimizi  davam etdiririk. Ali və orta təhsil müəssisələrində ekoloji sorğular keçiririk. Yəni işlərimizi tək layihə müddətində  deyil, ondan sonra da davam edəcəyik”, deyə direktor əlavə etdi.
    R.Əliyevanın fikrincə bir sıra məsələlər var ki, onlar əhaliyə mütləq çatdırılmalıdır: “Məsələn hal-hazırda qlobal ekoloji problemlər nədən ibarətdir, bu nəyə gətirib çıxara bilər, onların həlli yolları hansı istiqamətdə formalaşmalıdır. Biz nə etməliyik, bizi nə gözləyir. Yəni bunları sırf kimya dili ilə yox, əhalinin başa düşdüyü sadə dildə cəmiyyətə çatdırmaq istəyirik. Digər tərəfdən biz müharibə şəraitində yaşayırıq və torpaqlarımzın işğalı ilə əlaqədar işgal olunan ərazilərdə məqsədli şəkildə ekoloji problemlər yaradılıb; meşələr qırılıb, su və hava hövzələri nəzarətdən kənarda qalıb. Biz tədbirlərimizdə bunları da şagird və tələbələrə başa salırıq və onlarda vətənpərvərlik hisslərinin gücləndirilməsinə çalışırıq. Gənclər bizim gələcəyimiz, sabahımızın qurucuları, müstəqilliyimizi qoruyan, demokratiyanı inkişaf etdirən əsas qüvvəmizdir. Onların ekolgiya və digər sahələrdə normal inkişafı, düzgün istaqamətləndirilməsi və formalaşdırılması ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx bağlı bir məsələdir”.


    Fuad Hüseynzadə

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 535
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30