Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Mətbuat Şurası Prezident Administrasiyasına siyahı təqdim edib
    Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bizə müsahibə verib.

    - Jurnalistlərə dövlət tərəfindən fəxri adların verilməsi ilə bağlı müraciət edənlərin siyahısı hazırdırmı?

    - Jurnalistlər, redaksiyalar Mətbuat Şurasına bu sahədə xidmətləri olan insanların adlarını təqdim ediblər. Prezidentin Milli Mətbuatın 135 illik yubileyi ilə bağlı müvafiq Sərəncamında nəzərdə tutulub ki, Mətbuat Şurası mətbuatın inkişafında xidmətləri olan insanları müəyyənləşdirib onların siyahısını Prezident Administrasiyasına  təqdim etsin. Yəni, bu Sərəncam Mətbuat Şurasına da aid olduğundan Mətbuat Şurası da daxil olan müraciət əsasında siyahı hazırlayaraq Prezident Administrasiyasına təqdim edib. Müraciət edənlərin sayı barədə dəqiq heç nə deyə bilmərəm.

    - Prezident Administrasiyasına təqdim olunan siyahında əyalət mətbuatında çalışan həmkarlarımızın çəkisi nə qədərdir?

    - Prezident Administrasiyasına ünvanladığımız məktubda demək olar ki, əksəriyyət əyalət mətbuatının nümayəndələridir.



    -  Ali Media Mükafatı ilə təltif olunmaq üçün redaksiyalardan daxil olan təqdimatlarla bağlı nə deyə bilərsiniz? 

    - Ali Media Mükafatı Mətbuat Şurasına məxsusdur. Bu mükafatın qaliblərini də Mətbuat Şurasının İdarə Heyəti müəyyənləşdirir. Mükafat üç pilləlidir. Birinci, ikinci və üçüncü dərəcəli mükafat. Birinci Ali mükafatdır. 2-ci dərəcəli mükafat 3 nəfər üçün, üçüncü dərəcəli mükafat isə  5 nəfər üçün nəzərdə tutulub. Beləliklə, Azərbaycan mətbuatının inkişafına fayda verən 9 nəfər seçilərək həmin mükafatla təltif olunacaq.
    Bunun verilmə prinsipi tamamilə başqa formadadır. Yaradılan komissiya Azərbaycan mətbuatının inkişafında xidmətləri olan insanları müəyyənləşdirəcək və Ali Media Mükafatı ilə təltif edəcək. 

    - Əflatun müəllim, jurnalistlərin mənzil problem hələ də öz müsbət həllini tapmayıb. Yubiley ərəfəsində bu problemin həllində yenilik gözləmək olarmı?  

    - Düşünürəm ki, jurnalistlərin mənzil problemi yubileydə qaldırıla və müzakirə oluna bilər. Ancaq bu, kompleks məsələdir. Bir müddət əvvəl Mətbuat Şurası jurnalistələr üçün güzəştli əsaslarla binaların tikilməsinə cəhd etdi. Hesab edirəm ki, bu məsələni gündəmə gətirib, məlum sahədə görülən işləri ümumiləşdirib problemi həll etmək mümkündür. Mənzil məsələsi Mətbuat Şurasının da diqqət mərkəzindədir.

    - Bir neçə ay əvvəl jurnalistlərin ictimai nəqliyyatdan pulsuz istifadəsi gündəmdə idi. Yubiley ərəfəsində bu kimi güzəştlərin tətbiqi müzakirə mövzusu ola bilərmi?

    - Bu dəqiqə dediyiniz məsələni həyata keçirmək mümkün deyil. Bu, obyektiv və subyektiv səbəblərlə bağlıdır. Birincisi, hələ bu vaxta qədər Azərbaycanda nə qədər jurnalistin olması müəyyən deyil. Əksər qəzetlərdə jurnalistlərlə əmək müqaviləsi bağlanmayıb. Onlar rəsmi olaraq qəzet əməkdaşları hesab olunmurlar.

    - Yəni bu məsələ sadəcə arzudur?

    - Bəli, jurnalistlərin rəsmi olaraq güzəştlərdən istifadəsini gündəmə gətirmək mümkün deyil. Eyni zamanda bu, başqa ölkələrdə redaksiyaların özlərinin hesabına olur. Yəni redakisiyanın iqtisadi gücü varsa, həmin redaksiya öz əməkdaşına nəinki ictimai nəqliyyatdan pulsuz istifadə etmək üçün şərait yaradır, eləcə də onun avtomobillə, mənzillə təmin edir və digər problemlərin həll edir. Çox təəssüf ki, Azərbaycanda bunları hələ tətbiq etmək mümkün deyil.

    - Əyalət mətbuatının inkişafı ilə bağlı bölgələrdə mətbələrin açılması gözlənilirmi?

    - Hələlik gözlənilmir. Yəqin ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu gücləndikcə, onun büdcəsində pul artdıqca, əyalət mətbuatı da bu yardıma cəlb olunacaq. Yəni, müəyyən bölgələrdə nəşriyyatların yaradılmasını həyata keçirmək mümkün olacaq. Ancaq çox təəssüf ki, hələlik Fondun büdcəsi azdır. Onu da əlavə edim ki, yerli iş adamaları da əyalət mətbuatının inkişafında müəyyən rol oynaya bilərlər. Nəşriyyat-poliqrafiya mərkəzi aça və özlərinin bizneslərini qura bilərlər.

    - Azərbaycanda fəaliyyət göstərən banklar jurnalistlərə kredit vermirlər. Bu barədə hansısa təklifiniz ola bilərmi?

    - Bəli, banklar jurnalistlərə kredit vermirlər. Hətta jurnalistlər ipoteka kreditlərindən də kənardadırlar. Ancaq bəzi jurnalistlər alırlar. Bunlar redaksiyada rəsmi işləyən, redaksiyanın təminat verdiyi, sənədləri, maaşları  rəsmiləşdirilən jurnalistlərdir. Jurnalistikada olan xaotik vəziyyət də kreditlərin alınmasına mane olan səbəbdir. Jurnalistlərin az əmək haqqı alması, onların müqaviləsiz işləməsi də banklarda istər-istəməz narahatçılıq yaradır.

    - Güzəştlərin tətbiqi ilə bağlı Mətbuat Şurası danışıqlar aparırmı, hər hansı bir təşəbbüslə çıxış etmisinizmi?

    - Xeyr. Ancaq biz də istərdik ki, bu güzəştlərdən jurnalistlər də faydalansın. Hətta müəyyən jurnalistlərə kömək etmişik ki, onlar da kreditlərdən faydalansınlar.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 620
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30