Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Politoloq: “Məlum güclər hələ də Qarabağla bağlı həlledici razılığa gəlməyiblər”
    Soz zamanlar Qarabağ münaqişəsi ilə bağlı müşahidə olunan danışıqlar və bəyanatlar ümidverici xarakter daşımasına baxmayaraq, məsələ ilə bağlı yanılmaq olmaz. Yəni, bunlara rəğmən yaxın müddət ərzində hadisədə ciddi dəyişikliyin aparılması ilə bağlı hansısa sazişin imzalanmasını gözləmək yanlışlıqdır. Bunları KƏLAMİNFO-ya müsahibəsində politoloq Fikrət Sadıxov söyləyib. Onun sözlərinə görə, son həftələr ərzində baş verən hadisələr ilk növbədə kifayət qədər ümidvericidir. “Bunun üçün ilk növbədə Torontoda “səkkizlik”lərin görüşü çərçivəsində üç böyük dövlətin Dağlıq Qarbağ (DQ) ətrafında işğal olunmuş rayonların boşaldılması ilə bağlı bəyanatını əsas götürmək olar. İkincisi, ABŞ dövlət katibi Azərbaycana səfəri zamanı birmənalı şəkildə bəyan etdi ki, DQ ətrafındakı rayonlar dərhal boşaldılmalıdır. Bunu ATƏT-in Parlament Assambleyası da təsdiq etdi. Eyni zamanda yaxın günlərdə Almata şəhərində Azərbaycan və Ermənistan XİN başçılarının görüşü və iki rayonun da növbəti beş il müddətinə boşaldılması ilə bağlı müzakirələrin olacağı da hadisələrdə canlanma yaradır.

    Ümumilikdə bu və ya digər bu kimi faktlar hadisənin gedişatında müəyyən nöqtələr qoyur və münaqişənin həlli ilə bağlı müəyyən ümüdlər formalaşdırır. Lakin, bunlara baxmayaraq, heç inandırıcı deyil ki, bu bəyanatlardan sonra indiki şəraitdə hadisədə dönüş nöqtəsi yaradacaq böyük saziş imzalansın. Hələ həll olunmayan məsələlər çoxdur. Ermənistan müqvimət göstırir və yenilənmiş Madrid prinsipləri cavabsız qalıb. Ermənistana bu yöndə Qərb ölkələri arasında, Rusiya və ABŞ-da kifayət qədər dəstək verən siyasi və maliyyə qurumları var. Bu ölkələrdəki iri ermənipərəst qruplar hələ razı salınmayıb. Burada pərdəarxası niyyətlər hələ açılmamış qalıb”,-deyə politoloq vurğulayıb. Prezident yanında Geostrateji Araşdırmalar Mərkəzinin direktor müavini, politoloq Elman Nəsirov da iddia edir ki, son zamanlar Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq aləmdə bir intensivlik diqqəti çəksə də, bu sadəcə kəmiyyət xarakteri daşıyır. O, qeyd edib ki, yaxın müddət ərzində hadisə ilə bağlı ciddi keyfiyyət dəyişikliyini gözləmək yersizdir. “Buna səbəb Ermənistanın danışıqlarda mövqesizliyi və ona dəstək verən iri güclərin regionda bir-birinin həyati maraqlarını müdafiə etməsidir. İstər Rusiyanın fəallığı, istərsə də ABŞ-ın yüksək səviyyəli rəsmilərinin Azərbaycana son səfərləri və üç böyük dövlətin işğal olunmuş rayonların qaytarılması ilə bağlı birgə bəyanatı yalnız kəmiyyət xarakteri daşıyır. Hazırkı şəraitdə burada heç bir keyfiyyət dəyişikliyindən söhbət gedə bilməz. Hadisələrin gedişatını izlədikdə yeganə əlverişli aylar yay ayları olardı ki, nəsə ciddi hadisə baş versin. Lakin bu aylarda heç bir sazişin imzalanmamasını müşahidə etdikdə, növbəti ayları da Azərbaycanda keçiriləcək parlament seçkilərini nəzərə alsaq, cari ilin də Qarabağ ili olmayacağı qənaətinə gəlirik. Bu məsələdə həlledci tərəf Rusiya və regionda marağı olan güclü tərəf ABŞ-dır. Bunlar əgər Əfqanıstan, İraq və digər məsələlərdə asan ortaq məxrəcə gələ bilirlərsə, Qarabağ problemi ətrafında da o qədər vaxt itirməzdilər. Çox aydın hiss olunur ki, bu güclər hələ də Qarabağla bağlı həlledici razılığa gəlməyiblər”- deyə, politoloq açıqlayıb.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 421
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30