AMEA prezidentinin müavini-işlər müdiri Turab Əhmədov doktorluq dərəcəsi alıb. AMEA-dan KƏLAMİNFO-ya verilən məlumata görə, Ə.Turabov riyazi fizika ixtisası üzrə “Kəsr törəmələrin elektrodinamikanın sərhəd məsələlərinə tətbiqi” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək riyaziyyat üzrə elmləri doktoru alimlik dərəcəsinə sahib olub.