Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Vətəndaş ekoloji maarifsizlikdən əziyyət çəkir
    Azərbaycan müstəqillik əldə etdikdən sonra, ölkəmizdə ətraf mühitin mühafizəsi sahəsində yeni ekoloji siyasət formalaşmağa başladı. Bu həm də ekoloji məsələlərin ümumbəşəri bir problem kimi qəbul edilməsi ilə də izah edilə bilər. Ümummilli lider Heydər Əliyevin şəxsi iradəsinin nəticəsi olaraq 23 may 2001-ci il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradıldı. 2003-cü ildə  ümummilli lider Heydər Əliyevin müvafiq fərmanı ilə “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” AR Qanunu qəbul edildi.

    Respublikamızda 2003-cü ildə ümmumilli lider Heydər Əliyev tərəfindən tövsiyə edilən ekoloji siyasətə dair ilk sənəd kimi dayanıqlı inkişaf prinsiplərinə əsaslanan “Azərbaycan Respublikasının Ekoloji Konsepsiyası”nı qeyd etmək olar. Bu Konsepsiyada respublikamız üçün ətraf mühitin mühafizəsi baxımından əhəmiyyətli olan problemlərin həlli üzrə əsas prinsiplər öz əksini tapdı. Ümummilli lider Heydər Əliyev deyirdi: “...Respublikamızda ekoloji problemlərin həll edilməsi dövlətin daim diqqət mərkəzində olmuş, ətraf mühitin mühafizəsi üzrə milli fəaliyyət proqramı qəbul edilmiş, beynəlxalq ekoloji proqramların həyata keçirilməsi, təbii sərvətlərin bərpasının təmin edilməsi və mühafizəsi, milli parkların təşkili və ekoloji şəbəkənin yaradılması istiqamətində bir sıra mühüm işlər görülmüşdür”.
    Prezident İlham Əliyevin təşəbbüsü ilə 2010-cu ilin ölkəmizdə “Ekologiya ili” elan edilməsi də ətraf mühitin mühafizəsi və əhalinin sağlamlığı məsələlərinin nə qədər aktual olduğundan xəbər verir. Bu günədək dövlət başçısının müvafiq sərəncamları ilə ölkənin ekologiyası sahəsində bir sıra mühüm sənədlər qəbul edilib. Bu sıradan 2003-2010-cu illəri əhatə edən “Azərbaycan Respublikasında ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair Milli Proqram”, 2003-2008-ci illəri əhatə edən “Azərbaycan Respublikasında meşələrin bərpa edilməsi və artırılmasına dair Milli Proqram", “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı" və s. hazırda icra olunmaqdadır.

    “Ekologiya ili” çərçivəsində görülən işlər


    Prezident İlham Əliyev 2010-cu ili ölkəmizdə “Ekologiya ili” elan edib. “Ekologiya ili” çərçivəsində Bakıda və Abşeron yarımadasında 3 milyondan çox ağacın əkilməsi, havanın çirkləndirilməsi və meşələrin qorunmasının qarşısının alınması, Bakı buxtası və neftlə çirklənmiş ərazilərin təmizlənməsi, paytaxtın kanalizasiya və içməli su probleminin həlli, məişət tullantılarının utilizasiyası və digər bu kimi tədbirlərin görülməsi nəzərdə tutulub. Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov qeyd edib ki, prezident İlham Əliyevin çağırışı ilə ölkədə yaşıllaşdırma kampaniyası başlayıb, yüz minlərlə ağac əkilib. Onun sözlərinə görə, Azərbaycanın ekoloji cəhətdən ən təmiz ölkələrdən birinə çevrilməsi üçün bundan sonra da qəti addımlar atılacaq.
    “Ekologi ili” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi xüsusi Tədbirlər Planını hazırlayıb. Cari ilin sonuna kimi 2 milyon ağacın əkiləcəyi gözlənilir. Ağacların əkilməsi ilə işlər məhdudlaşmır. Vacib məsələlərdən biri də əkilən ağaclara qulluq edilməsi və onların qırılmasının qarşısının alınmasıdır.
    Ekologiya və Təbii Sərvətlər Nazirliyi yarandığı gündən etibarən fəaliyyətində ətraf mühitin mühafizəsi sahəsində ictimaiyyətin maarifləndirilməsi və məlumatlandırılması kimi məsələlər prioritet istiqamətlərdən biri olub. Əhalinin ekoloji təhsili və maarifləndirilməsini təmin etmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində Ekoloji Təbliğat şöbəsi yaradılıb. Şöbənin tərkibində olan İctimaiyyətlə əlaqələr və təbliğat sektoru nazirliyin təbliğat siyasətinin formalaşmasında iştirak etmək və ətraf mühitin mühafizəsi və təbii mühitlə əlaqədar tərbiyə, təbliğat və təşviqat işlərini aparılması yolları haqqında təkliflər vermək, əhali arasında ekoloji maarifçiliyin, ekoloji təhsilin və təbiətə humanist münasibətin təbliğini təşkil etmək, ətraf mühitin mühafizəsinə həsr edilmiş plakat və bukletlərin hazırlanması üçün təkliflər vermək, ekologiya və təbii sərvətlər sahəsində fəaliyyət göstərən qeyri hökumət təşkilatları ilə informasiya mübadiləsinin aparılmasını təşkil etmək məqsədilə təsis edilib.
    Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ötən il mütəmadi olaraq əhalinin ekoloji maarifləndirilməsi, onların bu sahədə məlumatlılığının artırılmasına xidmət edən 800-dən artıq müxtəlif tədbirlər, o cümlədən seminar, məşğələ, bilik yarışı, müsabiqə, treninq, eyni zamanda KİV və QHT nümayəndələri üçün seminarlar təşkil olunub, 30-dan artıq QHT-nin iştirakı ilə ekoloji problemlərin həlli istiqamətində təklif və sorğular müzakirə edilib.
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin gördüyü işlər barəsində təbliğat xarakterli məlumatlar, o cümlədən 232 press-reliz internet saytda yerləşdirilməklə ictimaiyyətə çatdırılıb, jurnalistlər tərəfindən daxil olmuş 1151 sorğu cavablandırılıb.

    Ekoloji terroru dayandıraq!


    Bu gün dünyanın hər yerində olduğu kimi Azərbaycanda da ekologiya sahəsində müəyyən problemlər var. Ölkənin hazırda üzləşdiyi ekoloji problemlərin əksəriyyəti iqtisadi inkişaf proseslərində ətraf mühitin davamlılığı məsələlərinin nəzərə alınmaması ilə bağlıdır. Ölkə ərazisinin xeyli hissəsinin işğal edilməsi və insanların öz daimi yaşayış yerlərindən didərgin düşməsi nəticəsində əkin üçün yararlı torpaqların, suvarma və tullantıların idarə edilməsi sistemlərinin həddən artıq yüklənməsi ətraf mühitin mühafizəsi problemlərini daha da ağırlaşdırıb.
    Dövlət tərəfindən qəbul edilən proqramların mahiyyəti, fəlsəfəsi, onlardan faydalanacaq subyektlərin əhatə dairəsi, ictimai əhəmiyyətliliyi barədə cəmiyyətdə kifayət qədər məlumat yoxdur. Bir sözlə vətəndaş ekoloji maarifsizlikdən əziyyət çəkir. Müvafiq təşkilatlar gördükləri işlər barədə vaxtaşırı hesabat xarakterli çıxışlar edirlər. Amma etiraf edək ki, bu çıxışlar yalnız hesabat xarakteri daşıyır, daha geniş auditoriyaya gedib çatmır. Bunun üçün mətbuatın QHT-lərin üzərinə böyük məsuliyyət düşür. Kütləvi İnformasiya Vasitələri və QHT-lərin auditoriyası geniş və rəngarəng olduğundan, ekoloji maarifçiliyin həyata keçirilməsində böyük rol oynaya bilərlər. Çünki, ətraf mühitin vəziyyəti əhalinin rifahına birbaşa və dolayı yolla təsir edir. Bunun üçün də maarifçilik işini genişləndirməklə həm əhalinin sağlamlığının qaydına qala, həm də ekoloji problemlərin qismən də olsa aradan qaldırılmasına nail ola bilərik.
    İnsanlar arasında ekoloji mədəniyyətin, təfəkkürün, təhsilin formalaşması mövcud vəziyyətin qarşısının alınması istiqamətində atılan addım kimi dəryərləndirilir. Müxtəlif ekspertlərin əksəriyyətinin qənatinə görə, insan təfəkküründə ekoloji maarifçiliyin formalaşdırılması üçün bu prosesə uşaqlıqdan başlamaq lazımdır. Burada ailənin, daha sonra isə müəllimlərin üzərinə böyük məsuliyyət düşür.
    Ölkəmizdə ekologiyaya aid yeni dərsliklərin, dərs vəsaitlərinin hazırlanmasına xüsusi ehtiyac var. Qiymətli dərsliklərin nəşri üçün müsabiqələr keçirilməli, görkəmli alimlər bu işə cəlb olunmalıdırlar. Eyni zamanda, onlara lazımi şərait yaradılmalı, alimlər həvəsləndirilməlidir. Unutmamalıyıq ki, hazırkı dövrdə əhali və ictimaiyyət arasında ekoloji təbliğatın aparılmasının çox böyük əhəmiyyəti var. Əgər əhali bilsə ki, meşələrin, ağacların qırılması, yaşıllıqların məhv edilməsi hansı neqativ ekoloji böhranlarla nəticələnir, zənnimizcə, onda heç kim əlinə balta, mişar alıb meşəyə qənim kəsilməz. Meşə atmosferin oksigen "fabrik"idir, onun qırılması havada oksigen aclığı - hipoksiya törədir, nəticədə ozon təbəqəsi zədələnir, torpaq eroziyaya, deflyasiyaya, deqradasiyaya uğrayır, nəmliyini itirir, sürüşmələr, uçqunlar, kəskin iqlim dəyişkənlikləri, güclü küləklər, qasırğalar, tufanlar, quraqlıq, səhralaşma, təbii və ekoloji fəlakətlər baş verir. Bir hektar meşə, kol və yaşıllıq sahəsi ildə 4,6-6,5 ton karbon qazı udur, 3,5-5,0 ton oksigen ixrac edir. Meşə və yaşıllıqlar həm də atmosfer havasında olan tozları və zəhərli qazları udaraq onu təmizləyir və havanı saflaşdırır, müxtəlif fauna növlərinin, xüsusilə, quşların çoxalmasını, populyasiyasını, inkişafını təmin edir.

    QHT-lərin ekoloji problemlərin həllində rolu


    Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra qarşılaşdığı ən mühüm məsələlərdən biri də ətraf mühitin mühafizəsi ilə bağlı problemlərə ictimaiyyətin cəlb edilməsi olub. Keçmiş SSRİ dövründə insanların təbiətə dərk edilməmiş münasibəti iqtisadi böhrandan çıxmağa və iqtisadiyyatda sürətli inkişafa nail olmağa imkan vermirdi. Məhz bu problemlərin aradan qaldırılması məqsədilə ümummilli lider Heydər Əliyevin şəxsi iradəsinin nəticəsi olaraq bir sıra mühüm addımlar atıldı. Onlardan biri də vətəndaş cəmiyyətinin formalaşması və onların bu kimi problemlərin həllində dövlətə dəstək göstərməsidir. Bu gün onlarla QHT ekoloji layihələr həyata keçirməklə cəmiyyətin maarifləndirilməsinə və təbiətlə mülayim rəftara çağırırlar. Onlardan da bir Azərbaycan Gənclər Mərkəzi İctimai Birliyinin təşəbbüsü ilə yaradılan “Eko-2010” Gənclər Koalisiyasıdır. Koalisiyanın əsas məqsədi prezident İlham Əliyevin ekoloji siyasətin davamı olaraq təşəbbüsünə dəstək olmaqdır. Koalisiyanın digər əsas məqsədi ayrı-ayrı dövlət, Qeyri-Hökumət Təşkilatları, Gənclər Təşkilatları, KİV vasitələri, ümumiyyətlə, müvafiq təsir imkanları olan hüquqi və fiziki şəxsləri ekoloji problemlərin həllinə yönəlmiş layihələrin həyata keçirilməsinə cəlb etmək, əhali arasında marifləndirmə tədbirləri və aksiyaları təşkil etməkdir.
    Amid İSBƏNDƏROV

    Bu məqalə “Eko-2010” Gənclər Koalisiyasının elan etdiyi müsabiqəyə təqdim edilir

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 510
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30