BQXK-nin Ermənistan nümayəndəliyinin əməkdaşları əsir əsgərlərə baş çəkiblər
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Ermənistan nümayəndəliyinin əməkdaşları bu ölkədə əsirlikdə saxlanılan Azərbaycan Ordusunun əsgərləri Rafiq Rəhman oğlu Həsənova və Anar Xanbaba oğlu Hacıyevə baş çəkiblər. Bu barədə məlumatı KƏLAMİNFO-ya BQXK-nın Azərbaycan nümayəndəliyin mətbuat katibi Gülnaz Quliyeva verib.
G.Quliyeva bildirib ki, görüş zamanı BQXK təmsilçiləri əsirlərin saxlanma şəraitinin monitorinqini keçiriblər və onlarla təkbətək söhbət aparıblar.