Dövlət Kamera Orkestri “Expo -2010” beynəlxalq musiqi festivalında iştirak edəcək
Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri Şanxayda keçiriləcək “Expo -2010” beynəlxalq musiqi festivalında iştirak edəcək. KƏLAMİNFO xəbər verir ki, bu barədə orkestrin bədii rəhbəri Teymur Göyçayev məlumat verib.
O bildirib ki, cari ilin oktyabr ayında keçiriləcək festivala Azərbaycanın Kamera Orkestri Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə qatılacaq. Festivalda iştirak etmək üçün orkestrin 20 nəfərdən ibarət heyəti Şanxaya səfər edəcək. T.Göyçayevin sözlərinə görə, festival üçün xüsusi proqram hazırlanır.