Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi istefaya göndərilir
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi İlker Başbuq istefaya göndəriləcək. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, türk hərbçilərinin rəhbəri avqustun 30-da istefaya göndəriləcək.
Mənbələr bildirir ki, İ.Başbuğun təqaüdə çıxmasında qeyri-adi heç bir şey yoxdur. Onun yerini Türkiyənin Quru Qoşunları komananı İşık Koşaner tutacaq.