Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    İslam həmrəyliyi
    İmam Xomeyninin ictimai-siyasi düşüncələrində…

    2007-ci il iyunun 3-də İran İslam Respublikasının Culfa şəhərində - Azad Araz Zonasında İmam Xomeyninin mənəvi baxış və düşüncələrində beynəlxalq Qədir seminarı keçirilirdi. Seminarda İran, Azərbaycan, Gürcüstan və Dağıstandan alimlər, KİV nümayəndələri iştirak edirdilər. Tədbirdə çıxış edən natiqləri dinləyərkən belə nəticəyə gəldim ki, hər bir xalqı çətinliklərdən xilas edən bir lideri olub. Şərqdə biz bunu Türkiyədə Mustafa Kamalın, İranda İmam Xomeyninin, Azərbaycanda isə ümummilli lider Heydər Əliyevin nümunəsində görə bilərik.



    İmamı yetişdirən İslam mühiti idi…
    İranda İmam Xomeyninin 2500 illik şahlıq üsul-idarəsinə sinə gərməsi, elə məhz bu səbəbdən də bir neçə illik sürgün həyatı yaşaması və nəticədə xalqının istiqlalına imza atması fövqəladə bir hadisə idi. Təbii ki, İmam Xomeyni və silahdaşları bütün bunlara qısa bir zaman kəsiyində nail ola bilməzdi. Çünki hakimiyyəti qəsb edən Rza şahın arxasında bütün dövrlərin imperalist siyasətini həyata keçirən Qərbin güc mərkəzləri və İsrail kəşfiyyatı dayanırdı. İmperalist-sionist cütlüyü ciddi-cəhdlə bütün güclərini İranda Rza şahın hakimiyyətinin qorunub saxlanılmasına sərf edirdilər. Qərbin və onun Şərqdəki müttəfiqlərinin İrana bu qədər marağı regionda nüfuzu artmaqda olan İslam dövlətinin inkişafını nəzarət altında saxlamaqdan ibarət idi. Məzlum kütlənin isə baş verənlərin yalnız bir qismindən xəbəri var idi. Amma xalqın - kütlənin içindən çıxan İmam Xomeyni istilaçıların İranın maddi-mənəvi dəyərlərinin təcavüzünə izn verə bilməzdi. Çünki İmamı yetişdirən və tərbiyə edən İslam mühiti onu gələcək fəaliyyətində xalqının azadlığı uğrunda mübarizəyə ruhlandırırdı. 
    60-cı illərdən başlayaraq İran xalqı zülmə qarşı haqqı müdafiə edən şəxsin şüar və moizələri ilə yeni rəhbərin gəlişini hiss etdi. Şah rejiminə qarşı mübarizə onun fəaliyyətinin əsas qayəsini təşkil edirdi. Şah rejiminin xalqın əsarətə sürüklədiyini və  imperialistlərin girovuna çevrildiyini görən Xomeyni moizələrini və çıxışlarını daha çox xalqı oyandırmaq ruhunda kökləyirdi.
    Əlbəttə, şah rejiminin imperialist güclərə qucaq açması və ard-arda təkrarladığı səhvlər İran inqilabının gerçəkləşməsini sürətləndirən amillərdən idi. Bunlardan da ən əsası şahın kaputulyasiya Sazişinə qol çəkməsi oldu. Bu Sazişin imzalanması İmam Xomeyni hərəkatına bir növ stimul verdi. İmam Xomeyni şahı İran xalqını təhqir edən bu Sazişi ləğv etməyə çağırdı: ”Ey Şah, bu qanunu ləğv etməsən səni İrandan qovmağa qərar verəcəyəm!”
    Şah rejiminin gücü və represiya siyasəti zamanında bu kimi cəsarətli çıxışlar  Xomeyni tərəfdarlarının sayını genişləndirirdi: ”İzzətimiz tapdalandı, İranın əzəməti aradan getdi…” Xomeyni İran ordusuna, siyasətçilərinə, İslam başçılarına, Nəcəf, Qum alimlərinə müraciət edir və onları təkcə İranın deyil, bütövlükdə İslamın müdafiəsinə səsləyir, Allaha fəryad etməyən hər bir kəsin günahkar olduğunu bəyan edirdi. İmam Xomeyninin müraciət etdiyi auditoriya təkcə zənginliyi və rəngarəngliyi ilə fərqlənmirdi. Onun müraciətindəki ünvanlar həm də İran ictimai-siyasi həyatının nəbzini tutan insanlardan ibarət idi. İmam Xomeyni məhz bu kateqoriyadan olan insanları oyandırmaqla xalqın - kütlənin nəbzini tutmağa çalışırdı.

    Bənzərsiz ictimai-siyasi xadim…

    Bildiyimiz kimi, lider üçün vacib keyfiyyət müxtəlif siyasi qüvvələri bir istiqamətə yönəltməyi bacarmaq məharətidir. Bunun üçün lider ilk növbədə yüksək insani keyfiyyətlərə malik olmalıdır. Elə məhz bu keyfiyyətlər səbəbindən də İmam Xomeyninin şəxsiyyət kimi formalaşmasında kütlə və mühitin rolu böyük oldu.  Xomeyni bir şəxsiyyət kimi kütlədən seçilib çıxdığı üçün, toplum da öz növbəsində heç bir tərəddüd etmədən onu lider olaraq qəbul etdi. 
    İranın Azərbaycandakı səfiri Məhəmməd Bagir Bəhrami mətbuata müsahibələrinin birində İmam Xomeynini haqlı olaraq tarixdə nümunəvi bir şəxsiyyət kimi xarakterizə edib: “O bütün insanları sevirdi, insanlar arasında ədalətin bərpa olmasının tərəfdarı idi. Mən elə bilirəm ki onun haqqında lazımı qədər tanıtım xarakterli işlər görülməyib. Mərhum İmam Xomeyni insanların şərəf və ləyaqətinin qorunmasında çox həssas idi. O deyirdi ki, insan Allahın yer üzərində nümayəndəsidir. İnsanlar arasında heç bir fərq yoxdur. İnsanlar yalnız elminə, imanına və bir-birindən bacarığına görə seçilirlər”.
    İmam Xomeyni həm də bənzərsiz siyasi xadim idi. Biz onun bu istedadını sovetlər birliyinin parçalanmasında “möhtəşəm xidmətləri” olan M.S.Qorboçova ünvanladığı məktubunu varaqlayarkən daha aydın görürük. İmam siyasi notlar üzərində hazırladığı bu məktubunda dini çalarlara daha çox üstünlük verərək M.S.Qorboçovu Allah-Təalanın vəhdaniyyətinə, İslamın əbədiliyinə, Həzrət Peyğəmbərin (s) bəşəriliyinə inandırmağa çalışırdı. Bəli, budur İmam Xomeynini xalqa - müsəlmanlara sevdirən, onu ölümündən sonra da xatırladan ən ali keyfiyyətləri...
    İmam Xomeyni deyirdi ki, biz güclənsək bütün zalımları məhv edəcəyik. Burada “biz” deyəndə İmam təkcə İran xalqını nəzərdə tutmurdu, onun çağrışı bütün Mühəmməd (s) ümmətinə idi. İmam Xomeyni haqlı olaraq dünyanın sülh və sakitliyini zalımların məhv olmasında görürdü. “Allaha arxalanan xalq məğlub olmaz”,-deyən İmam haqq yolda olduqları üçün heç nədən qorxmadıqlarını bəyan edirdi. Azadlığı böyük İlahi nemət adlandıran İmam Xomeyni xalqın azadlığı və istiqlaliyyəti üçün bütün çətinliklərə dözməyi zərurət bilirdi. 
    İmam Xomeyninin uzaqgörənliyinin digər bir nümunəsini də yaşadığımız əsrin əvvəllərində gördük. Hələ 30 il əvvəl İmam Xomeyninin tənqid etdiyi və qınadığı imperializmi (ABŞ) və sionizmi (İsrail) bu günlərdə bütün dünya qınamaq zorunda qaldı. Söhbət Qəzzaya yardım aparan gəmilərin Aralıq dənizi sahillərində İsrailin terroruna məruz qalması və dünya dövlətlərinin sözdə təpkisindən gedir. İran İslam İnqilabının rəhbəri, İmam Xomeyninin silahdaşı Ayətullah Xameneyi də hadisədən dərhal sonra açıqladığı bəyanatında gəmi karvanına qəddarcasına hücum faktını böyük cinayətlər zəncirinin bir halqası olduğunu bəyan etdi.
    İmam Xomeyni zamanında təkcə şah rejimindən deyil, eləcə də, onu himayə edən Qərbdən çəkinmir, açıq-aşkar onların zülmlərini ifşa edirdi. Bu barədə çıxış edərək onların iyrənc siyasətini pisləyir, Pəhləvi rejimi və onları himayə edənləri rüsvay edirdi.
    1979-cu ildən sonra monarxiyanın devrilməsi və formasına görə yeganə olan İslam respublikasının yaradılması böyük tarixi hadisə idi. Daha sonra qeyri-stabil və İraqla səkkizillik qanlı müharibə dövrü gəldi. Bu da vaxtilə zəngin neft ehtiyatları sayəsində yüksək olan həyat səviyyəsinə çox pis təsir göstərdi. Amma İran xalqı dözdü və inkişafını tez bir zamanda təmin etməyə çalışdı.
     


    Onun ali məqsədi - İslam həmrəyliyi…

    Bildiyimiz kimi, İmam Xomeyni 1989-cu ilin iyunun 3-də vəfat edib. Bu tarix İran xalqı tərəfindən az qala hər gün, hər dəqiqə xatırlanır. İmam Xomeyni azadlığı təkcə İran xalqına arzulamırdı. Baxmayaraq ki, məhz İranın müstəqilliyi və azadlığı uğrunda gərgin, çətin, amma şərəfli bir ömür yaşadı. Sanki, tale də bu insanı seçərkən, onun həyat çətinlikləriylə mübarizəsindən bir növ ləzzət alır, onunla böyük bir oyuna girişmişdi. O, hər dəfə ciddi sınaqlarla üz-üzə qalır və bununla da hər dəfə onun daha bir yeni və müsbət keyfiyyəti açılır, üzə çıxırdı. Onun ali məqsədi bütün İslam ümmətinin azadlığı və istiqlalına tez bir zamanda nail olmaq idi. İmam çıxışlarının birində deyirdi: “Ey məzlum kütlələr, İslam ölkələri və dünya müsəlmanları, ayağa qalxın, öz haqqınızı geri alın! Hegemon qüvvələrin, onların sadiq nökərlərinin təbliğat hay-küylərindən qorxmayın… Hamınız İslam bayrağı altında birləşin, İslamın, dünya məzlumlarının düşmənlərinə qarşı mübarizəyə qalxın! Azad və müstəqil dövlətlər yaratmaqla vahid İslam birliyinə doğru irəliləyin!..”
    İranın Azərbaycandakı Mədəniyyət Mərkəzinin rəhbəri Hüccətul İslam Əli Əkbər Ocaq Nejad Bakıda keçirilən konfransların birindəki çıxışı zamanı deyirdi: “İmam Xomeyni İslamın həqiqətini məna və məfhumunu tam surətdə dünyaya tanıtdı və təbliğ etdi. O, İslamı ictimaiyyət halına gətirdi. İmam Xomeyni İslamı qaranlıq zirzəmilərdən işıqlı otaqlara çıxardı. İnstitutlarda, akademiyalarda, simpoziumlarda və s. yerlərdə İslam barədə danışılmağa başlanılıdı”.
    Əlbəttə, tarix varlıları yox, mənəviyyatı zəngin olanları yaddaşlarda saxlayır. Təqribən 6 milyrad ABŞ dolları var-dövləti olan İran şahı dünyasını dəyişən zaman doğma torpağı onu qəbul etmədi. Amma elə həmin torpaqda yaşayan insanlar İmam Xomeynini bu gün də anır, onu qəlblərdə yaşadır. 
    İmam Xomeyni hələ sağlığında buyururdu ki, Şərq özünü itirib, Şərq özünü tapmalıdır. Təbii ki, İmam fikirlərində haqlı idi. Təəssüf ki, Şərq özünü hələ də tapmayıb. Amma itirdiyi günlər bəllidir. Bunun səbəbi Şərqi idarə edən liderlərin Qərbə yarınmaları, yarımçıq ideoloji, siyasi iradə nümayiş etdirmələridir. Qərb təcavüz etməyi, Şərq isə sanki bu təcavüzə qurban getməyə meyillidir. Nədən ki, Şərqdə İslam, din qardaşlığı, əqidə birliyi yalnız sözdə var, əməldə yoxdur. Səudiyyə Ərəbistanı, Qətər, Kuveyt müsəlman ölkələrinə vəhabi ixrac etməklə məşğuldur. Onlar müsəlman ölkələrində baş verən müharibələrə, acılığa, zəlalətə heç vaxt hay verməyiblər.
    Əslində İmam Xomeyninin qələbəsinin arxasında İslam həmrəyliyi fəlsəfəsi dururdu desək, heç də yanılmarıq. Xalq – kütlə bu qələbənin yalnız görünən tərəfi idi. Xalqın içində - qəlbində olan imanı isə hər kəs görə bilməzdi. Bu səadət məhz İmam Xomeyniyə nəsib oldu. Xomeyni də bu fürsəti məqamında dəyərləndirdi, xalqın içində yatmış imanı oyatdı. O iman isə İranın əbədi istiqlalının təminatına çevrildi. 

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 1199
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30