Bu gün Bundestaq formal olaraq Anhela Merkeli Almaniya Federativ Respublikasının (AFR) kansleri seçib. KƏLAMİNFO xəbər verir ki, A.Merkel artıq ikinci dəfədir ki, seçkilərdə qələbə qazanır. Qeyd edək ki, kansler 2005-ci ildə ölkəsinin birinci xanımı seçilib. AFR-in prezidenti Merkeli və onun kabinetinin üzvlərini bu gün qəbul edəcək.