Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Bu gün YAP-ın qərargahında DSMF-nin sədri Səlim Müslümov mətbuat konfransı keçirdi
    Səlim Müslümov: “Əmək pensiayaları haqqında” qanuna edilən dəyişiklik ölkədə həyata keçirilən pensiya-sığorta islahatlarının növbəti mərhələsidir”. Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov mətbuat konfransı keçirdi. KƏLAMİNFO xəbər verir ki, tədbirdə çıxış edən Fondun sədri S. Müslümov ötən gün “Əmək pensiayaları haqqında” Qanunda edilən əlavə və dəyişikliklər barədə məlumat verib.

    Onun sözlərinə görə, qanuna edilən əlavə və dəyişikliklər ölkədə həyata keçirilən pensiya-sığorta islahatlarının növbəti mərhələsidir. “Bu gün pensiya sistemində atılan bütün addımlar əvvəlcədən planlaşdırılıb və 2015-ci ilədək həyata keçirilməli olan məsələlərdəndir. 2006-cı ildən başlayaraq, ölkədə iki sistem paralel aparılır. Bunlardan biri pensiya-sığorta sistemi, digəri isə dövlətin ünvanlı sosial yardım və müavinətlər sistemidir. Yəni sığorta-pensiya sisteminin inkişaf meyarları başqa, ünvanlı sosial yardım və müavinətlər sistemi isə başqadır. Ona görə də bunları dəqiq və düşünülmüş şəkildə qavramaq çox vacibdir”, - deyən fond sədri qanuna edilən dəyişikliyin ən mühüm elementinin keçmiş sovet dövrdə qazanılmış əmək pensiyasının məbləğinin müəyyənləşməsini nəzərdə tutan dəyişiklik olduğunu bildirib. Onun sözlərinə görə, pensiya yaşının artırılması isə ikinci dərəcəli, sığorta-pensiya sistemi üçün vacib olmayan məsələdir. S.Müslümov qeyd edib ki, ən əsas dəyişiklik qanunun 27-ci maddəsinə edilən dəyişiklikdir ki, bu da keçmiş dövrdə qazanılmış hüquqların yeni qaydada hesablanmasını ortaya qoyur. “Bununla da sığorta-pensiya sistemində köklü dəyişiklik baş verir. Mən düşünürdüm ki, qanunun müzakirəsi zamanı daha çox suallar bu məsələlərin üzərində qurulacaq. Lakin cəmiyyətə düzgün olmayan fikirlər sızdırılır ki, guya bu dəyişikliklərin nəticəsində pensiyalar 30 faiz azalacaq. Əslində isə belə bir təhlükə yoxdur”,-deyə S.Müslümov vurğulayıb. O, yeni sistem fəaliyyətə başlayandan, sonra DSMF-in orqanları tərəfindən 167 min 891 nəfərə yaşa görə pensiya təyin olunduğunu söyləyib. “Bunların 60,4 faizi və ya 101 min 370 nəfəri minimum pensiya, yəni 75 manat alır. Yerdə qalanların 4 faizinin pensiyası 300 manatdan yuxarı, 680 nəfərin pensiyası isə 1000 manatdan çoxdur. Üç yüz manatdan çox pensiya alan həmin 4 faizin təqribən 6700 nəfəri aldığı pensiyanın məbləği ümumi pensiyaçıların aldığı toplam vəsaitin 20 faizini təşkil edir”,-deyən S.Müslümov pensiyaçıların 60,4 faizinin, yəni 75 manat alanların toplam pensiyasının isə ümumi pensiya məbləğinin cəmi 39 faizi həcmində oldğunu nəzərə çatdırıb. Onun szlərinə görə, 40 il müəllim işləyən insan 75 manat pensiya alır, 10-15 il əmək fəaliyyəti olan adam, hansısa daş karxanasının sahibi isə 2004-2005-ci illərdə götürüb özünə yüksək maaş yazır və axırda 2000-3000 manat pensiya alır. Bunun əvvəlki hesablama qaydasının yanlış olmasının nəticəsi olduğunu diqqətə çatdıran fond sədri bu yanlışlığın aradan qaldırılmalı olduğunu və qanunun 27-ci maddəsinə dəyişikliyin də məhz ona görə edildiyini vurğulayıb. S.Müslümov bildirib ki, qanunun 7-ci maddəsinə edilən əlavəyə görə, kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi isə 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-ci ilin yanvarın 1-dək hər il altı ay artırılacaq.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 831
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30