Dini icmaların təkrar dövlət qeydiyyatından keçməsi prosesi davam edir
Bu günə qədər 365 dini icma təkrar dövlət qeydiyyatından keçib və onlara müvafiq şəhadətnamələr verilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) mətbuat xidmətindən veriblər.
İcmaların təkrar dövlət qeydiyyatından keçməsi prosesi davam edir.
Hazırda Komitədə 800-dən artıq müracət var. Həmin müraciətlər qurumun müvafiq şöbəsi tərəfindən araşdırılır.
Qeydiyyatdan keçən icmaların böyük əksəriyyəti İslam təmayüllüdür.