Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Dubay: Bu şəhəri ancaq görməklə kəşf etmək olar. III yazı
    Dünyanın ən hündür binasında

    Səhəri gün səfər proqramına uyğun olaraq dünyanın ən hündür binasına - “Burc Xəlifə”yə yollanırıq. Açılışı cari ilin yanvarın 4-də olan binanın hündürlüyü 830 metrə yaxındır. Mərtəbələrin sayı 160-dır. Bina 95 km məsafədən görünür. Binanın inşasına 2004-cü ildə Dubay iqtisadiyyatın çiçəkləndiyi bir vaxtda başlanıb və tikinti işləri 6 il davam edib. Əvvəlcə  "Bürc Dubay" olan bu tikilinin adı açılış günü dəyişdirilərək Birləşmiş Ərəb Əmirliklərinin əmiri Xəlifə Min Zahid əl-Nahyanın şərəfinə "Bürc Xəlifə" adlandırılıb. Smeta dəyəri 4,1 milyard dollar olan binanın tikintisində 330 min kubmetr betondan, 39 min ton armaturdan istifadə olunub. Binanın ərsəyə gəlməsi üçün hər gün 12 min işçi 22 milyon saat çalışılıb.

    Hazırda turistlərə binanın yalnız 124-cü mərtəbəsinə kimi qalxmağa icazə verilir. “Burc Xəlifə”də ofislər, otellər, restoranlar, tamaşa meydanları, hovuzlar v.s mövcuddur. Bina Amerika arxitektoru Adrian Smitin layihəsi əsasında inşa olunub. Bina özündə İslam ənənələri ilə müasir Qərb üslubunu birləşdirib. Binanın dizaynı dünyada yalnız Birləşmiş Ərəb Əmirliklərində Safaridə bitən kali çiçəyindən götürülüb. “Burc Xəlifə”yə yuxarıdan baxdıqda 6 ləçəkli çiçəyi xatırladır. 
    “Burc Xəlifə”yə ziyarətə gələnlər ciddi yoxlandıqdan sonra binaya buraxılırlar. Tursitlər dünyanın ən hündür binasını ziyarət emək üçün isə 400 dirhəm (110 dollar) ödəyir. Ümumiyyətlə “Burc Xəlifə”də olarkən öyrəndik ki, binanı ziyarətə gələnlər o qədər çox olur ki, bunun üçün bir neçə gün öncədən yer sifariş etməlisən. “Burc Xəlifə” ən hündür xidmət lifti və 124-cü mərtəbədə ən hündür müşahidə zonasına görə də fərqlənir. Dünyanın ən hündür məscidi və üzgüçülük hovuzu da məhz “Burc Xəlifə”də (158-ci və 76-cı) yerləşir.
    Bina ilə ümumi tanışlıqdan sonra 124-cü mərtəbəyə, müşahidə zonasına qalxırıq. Bunun üçün isə 40-44 saniyə kifayət edir. “Burc Xəlifə”də quraşdırılan lift 10-12 metr məsafəni 1 saniyədə qət edir. Artıq “Burc Xəlifə”nin 124-cü mərtəbəsindəyik. Burdan aşağı baxanda nəinki Dubay, hətta fars körfəzi insanın ayaqları altında qalır. Şəhərdəki iri göydələnlər buradan çox xırda görünür; küçədən keçən avtomobilləri və insanları isə burada quraşdırılmış xüsusi cihaz vasitəsilə aydın görmək mümkündür.

    “Dubai Mall”ı gəzmək üçün bir neçə gün lazımdır


    “Burc Xəlifə”yə ziyarətimizi başa vurub “Dubai Mall” Ticarət Mərkəzinə yollanırıq.  Ticarət Mərkəzi o qədər böyükdür ki, buranı gəzmək üçün bir neçə gün vaxt lazım gəlir. “Dubai Mall”da buz meydançasından tutmuş nəhəng süni şəlaləyə qədər hər şeyə rast gəlmək olar. Yaxın Şərqin ən böyük ticarət mərkəzi sayılan "Dubay Mall"dakı akvariumda müxtəlif növ balıqların, hətta akulaları seyr etmək belə mümkündür. "Dubay Mall"da həm əylənmək, həm də alış-veriş etmək mümkündür.
    Axşam isə “Sofitel Dubai Jumeirah Beach” otelində şam yeməyi yedik. Dubayın 5 ulduzlu otellərindən sayılan “Sofitel Dubai Jumeirah Beach” dəniz sahilində yerləşir və özünün yüksək səviyyəli xidmətləri ilə seçilir.

    Dubayda qışla yay bir arada


    Dubayda yayla qışı bir arada görəndə təəccüblənməyə bilmirsən. Dubaya getməmişdən əvvəl kimsə mənə burada xizək sürəcəyimizi söyləsəydi, yəqin ki, gülərdim. Ancaq biləndə ki, Dubayda həm Saxara səhrasını görmək, həm də xizək sürmək mümkündür, onda yəqin etdim ki, məhz bu özəlliklərinə görə şəhərə bu qədər turist gəlir.
    "SKI Dubay" hər tərəfi şüşə ilə örtülü olmaqla böyük bir ərazini əhatə edir. Mərkəzdə qışa, qara, buza aid bir çox atributu bir arada görmək olur. Xizək meydanının uzunluğu 400 metrdən çoxdur. "SKI Dubay"da iki saata yaxın əyləndikdən sonra “Mall of the Emirates”də gəzib səfərimizi başa çatdırırıq.
    Etiraf edim ki, dördgünlük səfərimiz şəxsən mənim üçün çox maraqlı oldu. Sonuncu gun isə digərlərindən çox qısa oldu. Zaman əvvəlki günlərdən fərqli olaraq sürətlə gedirdi, biz isə zamanı saxlayaraq Dubayda bir azda qalıb şəhərin digər özəlliklərini kəşf etmək istəyirdik. Amma vaxt tamam idi.
    Beləcə, Dubaya səfərimiz başa çatır və bir qrupp Azərbaycan jurnalistlərinə bu şəraiti yaradan “flydubai” şirkətinin təyyarəsinə minib Bakıya yollanırıq. 


    Bayram Niftəliyev

    Bakı-Dubay-Bakı

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 622
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30