Məleykə Abbaszadə Belarusun təhsil naziri Aleksandr Radkovla görüşüb
Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Belarusun təhsil naziri Aleksandr Radkovla görüşüb. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər.
M.Abbaszadə Belarusla Azərbaycan arasındakı hərtərəfli əlaqələrdən söz açaraq təhsilin qiymətləndirilməsi sahəsində mövcud olan əməkdaşlıq istiqamətlərindən danışıb. TQDK sədri bildirib ki, tarixi ənənələri olan Azərbaycan-Belarus əlaqələrinin başqa sahələrdə olduğu kimi, təhsil sahəsində də yüksələn xətt üzrə inkişaf etməsi böyük əhəmiyyət daşıyır.