Macarıstan Dağlıq Qarabağda keçirilən seçkiləri tanımır
Azərbaycanın Macarıstandakı səfirliyinə qondarma Dağlıq Qarabağda mayın 23-də keçirilən “parlament seçkiləri”nə Macarıstan Xarici İşlər Nazirliyinin mövqeyini əks etdirən məktub daxil olub. Bu barədə məlumatı KƏLAMİNFO-ya XİN-nin mətbuat xidmətindən veriblər.
Sənəddə Macarıstan Xarici İşlər Nazirliyi Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik siyasəti üzrə yüksək nümayəndəsi K.Aştodun 21 may 2010-cu il tarixində Dağlıq Qarabağda “parlament seçki”ləri ilə bağlı səsləndirdiyi qurumun mövqeyini əsas tutaraq, münaqişənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi nəzərə alınmaqla, sülh və danışıqlar vasitəsilə həll edilməsinin vacibliyini bildirib.