Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Dubay: Bu şəhəri ancaq görməklə kəşf etmək olar. II yazı
    Səfərimizin ikinci günü qrupa rəhbərlik edən Tatyana Mikayılova və Tarıyel Cəlallı proqramda nəzərdə tutulduğu kimi bizi “Playnation” Mərkəzi, “Mirdiff City center” Ticarət Mərkəzi və “I-FLY Dubai”-də maraqlı əyləncənin gözlədiyini bildirdi. 

    Qeyd olunan əraziyə yollanarkən yol boyu Dubayın digər gözəlliklərinin də şahidi oluruq. Şəhərdəki göydələnləri görəndə heyrətlənməyə bilmirsən. Müasir üslubda tikilən hündür və göz oxşayan binalar, rahat yollar, yol kənarında, səhrada yaradılan yaşıllıq zolaqları Dubayı turistlər üçün daha da cəlbedici edir. Təsadüfü deyil ki, məhz bu gözəllikləri seyr etmək üçün gün ərzində Dubaya 1 milyona yaxın turist gəlir. Dünyanın ən hündür binası olan “Bürc Xəlifə” (826 metr. bu barədə bir qədər sonra) və Fars körfəzində əsrarəngiz bir guşədə salınmış yelkənli qayığı xatırladan "Bürc əl-Ərəbi" oteli isə Dubayın simvolları hesab olunur.  Qısası qaldığımız oteldən “Mirdiff City center”ə necə çatdığımızı hiss etmədik. 




    Dubay uşaqlarına həsəd aparmaya bilmirsən…
    “Playnation” Mərkəzi uşaqların istirahəti və əyləncəsi üçün nəzərdə tutulub. Mərkəzdə müxtəlif növ atraksionlar, oyun kabinləri, uşaqların məntiqi təfəkkürlərinin formalaşması və biliklərinin artması üçün növbə-növ aparatlar quraşdırılıb. “Playnation” Mərkəzinin meneceri Yuliya Diboş bizi mərkəzlə tanış edərək bildirdi ki, buranın yaradılması ideyası onun özünə məxsusdur. Y.Diboş mərkəzin 2-7 yaş arası uşaqların istirahət etməsi üçün nəzərdə tutulduğunu söylədi. Mərkəzdə uşaqların əyləncəsinin məhdudiyyətsiz olduğunu və bunun üçün valideynlərin onlarla bir yerdə olmasının vacib olmadığını diqqətə çatdıran Y.Diboş “Playnation”də uşaqların bir günlük əylənməsinin qiymətinin isə 1300 dirhəm (təxminən 400 ABŞ dolları) olduğunu bildirdi. 
    “Playnation”da əylənən yerli və xarici uşaqları görəndə yadıma öz uşaqlığım düşür. Uşaqlıq dövrüm Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ müharibəsi dövrünə tuş gəldiyindən burada əylənən balacaları baxanda yaxşı mənada həsəd aparmaya bilmirdim. Kaş ki, məndə uşaq olaydım?..   
    “I-FLY Dubai”: Uçmaq bəşər övladının həmişə arzusu olub və min illər boyu bu xəyal ilə yaşayıb. İnsan oğlu uçmaq üçün müxtəlif vasitələrdən istifadə edib və nəhayət XX əsrdə təyyarə, helikopter, paraşut və digər vasitələrin köməyi ilə bu arzusunu gerçəkləşdirib. Bakıdan gələn media qrupu isə bu arzusunu “flydubai” şirkətinin dəstəyi ilə “I-FLY Dubai”-də gerçəkləşdirdi.
    Ümumiyyətlə dörd günlük Dubay səfərimiz zamanı  “I-FLY”-də uçmaq şəxsən mənim üçün ən maraqlı əyləncə oldu.
    “Mirdiff City center” Ticarət Mərkəzində isə məşhur brendlərin məhsullarını əldə etmək olar. Ticarət Mərkəzi o qədər böyükdür ki, azmamaq üçün xəritədən istifadə etməli olursan.

    Sözlə ifadə olunmayan Dubay gecələri…

    Həmin gün axşam isə bizi "Bice mare" restoranında “flydubai” şirkətinin Baş direktoru Qeyt Əl Qeytlə möhtəşəm şam yeməyi gözləyirdi. Restoran dünyanın ən hündür binası olan “Burc Xəlifə”nın yaxınlığında yerləşən nəhəng və məşhur binada - “Souk Al Bahar”da yerləşir. “Souk Al Bahar”da məşhur restoranla yanaşı, ticarət mərkəzi, otel və s. obyektlər mövcuddur. “Souk Al Bahar”la “Burc Xəlifə” arasında süni olaraq yaradılmış nəhəng bir göl var. Göldə musiqili fəvvarə quraşdırılıb. Burdakı “Musiqili fəvvarə”ni görəndə Bakıdakı fəvvarələr yadıma düşdü. Bu anda isə istər-istəməz Bakıdakı fəvvarələrə dodaq büzməyə bilmirsən. Əsrarəngiz gözəlliyi və füsunkarlığı ilə insanın ruhunu oxşayan fəvvarə həm də suyun çox hündürə qalxmasıyla diqqəti çəkir. Fəvvarə təxminən 10-15 dəqiqədən bir işə salınır, fəvvarənin suları isə sankı ərəb rəqqasələrinin ritmlərini xatırladır. 
    Dubay gecələrini isə sözlə ifadə etmək mümkün deyil, bu gözləlliyi ancaq görmək və yaşamaqla hiss etmək olur.

    Qeyt əl Qeyt Azərbaycana hər səfərində yüksək inkişafın şahidi olur…

    "Bice mare" restoranında şam süfrəsinə əyləşmədən öncə səfərimizə maliyyə dəstəyi verən “flydubai” aviaşirkətinin Baş direktoru Qeyt Əl Qeyt azərbaycanlı jurnalistlərlə görüşdü. O, rəhbəri olduğu aviaşirkətin əsas məqsədinin daha çox insanı səyahətə cəlb etmək olduğunu bildirdi.  “Məqsədimiz Dubayı bütün dünyada daha çox tanıtmaq və bura turistlərin marağını cəlb etməkdir. Son illər dünyada hökm sürən maliyyə böhranına baxmayaraq, fəaliyyətimizdə müəyyən irəliləyiş var, bazardakı payımızı 15-20 faiz artırmağa nail olmuşuq. Bu isə yeni yaranan şirkət üçün böyük uğur hesab olunmaldır”,-deyən Qeyt əl Qeyt “flydubai” şirkətinin yeniliklərinin davam edəcəyini söylədi. Qeyt əl Qeyt Azərbaycana bir neçə dəfə gəldiyini, hər səfərində də yüksək inkişafın şahidi olduğunu vurğuladı.
    Bəndənizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sualına cavabında Qeyt Əl Qeyt məsələdən məlumatlı olmadığını bildirdi və  nədənsə danışmaq istəmədi.

    Dubaylılar Ermənistanı Azərbaycandan yaxşı tanıyır…

    Dubayda Azərbaycanla bağlı çox az məlumat var. Azərbaycan barədə bir neçə Dubay sakini və elə orada yaşayıb işləyən miqrantlardan bir-iki kəlmə nəsə bildiklərini öyrənmək cəhdlərimiz uğursuz oldu. Etiraf edək ki, Azərbaycan adını eşidəndə fikirə gedən Dubay sakinləri işğalçı Ermənistanı çox yaxşı tanıyırlar. Bax, bunun sirrini öyrənə bilmədik. 
    "Bice mare" restoranında şam yeməyi yeyərkən bizə xidmət edənin türk olduğunu öyrənib çox sevindik.  Nə də olsa Dubayda doğma dildə danışa biləcəyimiz birinə rast gəlmişik. Öyrəndik ki, Akın Dubayda 3 ildir çalışır, yaxşı da pul qazanır  - 2500-3000 dollar. Akın qardaşının Azərbaycanda tanınmış otelərdən birinin (adını reklam olmasın deyə yazmıram) işlətməçisi olduğunu bildirdi. 

    (Ardı var)


    Bayram Niftəliyev
    Bakı-Dubay-Bakı

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 504
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30