Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Hacı Əbdülrza Musayev: “Binəqədinin toy axşamı adətlərinin bəziləri bu gün də qalır”
    “Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Azərbaycan xalqının unudulmuş və unudulmaqda olan milli adət-ənənələrinin öyrənilməsi və təbliği” layihəsini həyata keçirir. Layihə çərçivəsində Bakı kəndlərində adət-ənənələrin yaşadılması ilə bağlı araşdırma aparılır. Bu kəndlərdən biri də Binəqədidir.

    Binəqədi kəndi orta hesabla 1250 illik tarixə malikdir. Kənddə bir çox tayfalar yaşayıb. Tayfalardan bəziləri köçəri olub. Əhalinin böyük əksəriyyətinin məşğuliyyəti kənd təsərrüfatı sahəsi olub. Bir qism insanlar da hevandarlığı inkişaf etdirib. Sovet dövründə Binəqədidə zavod və fabriklər tikilməyə başlayıb.
    Binəqədi məscid isə 1904-cü ildə tikilib. Kənd camaatının köməyi ilə inşa edilən məscidin  ustaları üç qardaş olub. Sovet hakimiyyəti Azərbaycanda məscidləri sökməyə başlayanda Binəqədi camaatı buranı anbar kimi istifadə etdikləri görüntüsünü yaradıblar. Məscidə taxıl və digər məhsullar yığaraq onun anbar kimi istifadə edilməsini əsas gətirib sökülməsinin qarşısını alıblar. Məscidə baxış keçirilən zaman kənd camaatının buranı anbar kimi istifadə etdikləri təsdiqlənib. 60-cı illərdə məcsid xalça sexi kimi fəaliyyət göstərib. 70-80-ci illərdə məscid naməlum insanlar tərəfindən yandırılıb. Sonradan kənd ağsaqqallarının hesabına məscidi yenidən bərpa edilib.
    Binəqədi qəsəbə məscidi dini icmasının sədri Hacı Əbdülrza Musayevlə söhbətimiz də digərləri ilə heç nə ilə fərqlənmədi.  Mövzu nə qədər aktual olsa da, onun barəsində nəinki gənc, yaşlı nəsildə belə məlumat o qədər də geniş deyil. Ə.Musayev qədim keçmişə tarix Binəqədi kəndi – qəsəbəsi ilə bağlı yadda qalan bəzi adət ənənələrdən danışır.
    Ə.Musayev bildirir ki, Sovet vaxtına qədər digər Bakı kəndlərində olduğu kimi Binəqədidə də bayram adət ənənələri zənginliyi ilə yadda qalıb. Müsahibim  bayram günləri insanların, xüsusən də yaxın-uzaq qohumların bir-birinə paylar aparmalarından ağız dolusu danışır: “Mən özüm uşaq olanda konserva qablarının içinə şam qoyub fanar düzəltmişdik. O fanarı bayram günü götürüb bibi, əmi, dayı və digər qohumlara gedirdik. Bizim kənddə məscidin dalında dəyirman vardı. Həmin dəyirmanın qarşısına bayram vaxtlarında ipəçıxanlar gəlirdilər. Hər il Novruz bayramında səhnəciklər görsədirdilər. Həmin səhnəciklərdə kosa-kosa oyunayardılar. Novruzda rəhmədə gedənlərin qohumları qəbiristanlığa qəbir üstünə xonça gətirirdilər. İndi də bayram günləri qəbr üstə xonçalar gətirirlər. Ancaq qabaq ki, adət ənənələr yoxdur. İndi xonçanı gətirib qəbir üstə tökürlər, amma qabağ uşaqlara paylayardılar”. 
    Ə.Musayev bildirir ki, əvvəllər qız üçün elçi getmək və qızı ərə vermək daha maraqlı, məsuliyyətli adətlərlə olurmuş: “Əvvələr qızla oğlan heç görüşmədən valideynlərin təklifi ilə elçi gedib uşağına qız alardılar. Atanın sözünü oğul yerə salmazdı. Əgər atanın oğlu üçün xoşladığı qız varsa, həmin qızı onun üçün alardılar. Əvvəllər ailələrdən qadınlar birinci növbədə nişan aparmaq istədikləri qızın ailəsinə pay aparardılar. Ev yiyəsi də bu cür adətlərlə his edirdi ki, bunlar hansı məqsəd üçün gəliblər. Qızın ailəsi də bu cür məsələləri eşidəndən sonra oturub fikirləşərdi. Oğlan və yaxud qız adamı bir-birilərinin tərcümeyi-halını  öyrənəndən sonra qohumluq əlaqələrini qururdular. Qızın ailəsi razılıq verdikdən sonra oğlanın və yaxud qızın ailəsindən olan ağsaqqallar şirinçay içərdilər. Qız ailə qurandan sonra əgər ər evində incidilərdisə, qıza elçi gedən ağsaqqaları və yaxud qız adamının ağsaqqalları bir yerə yığışıb məsələni həll edərdilər. Əvəllər toy günü kəbin kağızını verərdilər. İndi isə belə bir şey görmürük. Qızı evdən götürmək istəyəndə kəbin kağızını atasına, əmisinə və yaxud digər yaxınlarına verərdilər. Qızın ailəsi də kəbin kağızını verənə köynək, ayaqqabı və digər hədiyyələr verərdi. Gəlin gətirməyə gedəndə  maşın sürənlərə hədiyyələr verədilər”.
    Ə.Musayev Binəqədinin toy axşamı adətlərinin bəzilərinin bu gün də qaldığını bildirir. Əvvəllər toy gününə 10-15 gün qalmış qohum əqrabanın bir yerə yığışdığını söyləyən Ə.Musayev qohumların toy haqqında bir-birlərinə əvvəlcədən məlumat verdiklərini vurğulayır. Onun sözlərinə görə, indi həmin adət ənənə yoxdur: “Əvvələr toy axşamına ağsaqqallar yığışardı. Binəqədidə toy günləri içki vermirdilər. Sonra başladılar nişanda içki verməməyə. Bir müddət keçdikdən sonra toylarda şərab verdilər. İçənin də, içəməyənin də qabağına içki qoyardılar. Toy axşamında isə mağar qurar, kənd caamatı nərd, cay-cay oynayardılar”.
    Bu gün daha çox toyların şadlıq saraylarında olduğunu diqqətə çatdıran Ə.Musayev mağarların unudulması ilə barışmadığını söylədi. Onun sözlərinə görə, mağar Bakı toylarının etiketi idi, bu tip mərasimlərə xüsusi gözəllik verirdi: “Amma çox təəssüf ki, indi “palatka” toyları az olur. Onlar da əvvəlkindən çox fərqlənir. Məsələn, əvvəllər “palatka”da müğənnilər oturan yerdə çay verirdilər. Bütün qonağlar o çadıra yığışardı. İndi isə “palatka” toylarında şərab içənlər bir “palatka”da, içməyənlər isə digərində otururlar. Belə-belə adət ənənə pozulur. Əvvəllər çadır toylarında kənd soveti gəlib həm ağsaqqal, həm də rəhbər işçi kimi “palatka”nın qarşısında oturardı. Həmən toyda heç kəs şuluğluq sala bilməzdi. İndi isə belə adətlər olmadığı üçün, toylarda oynamaq üçün cavanlar çox şuluğluq salırlar”. 
    Binəqədinin yas mərasimlərindən söhbət açan Ə.Musayev bu gündən fərqli olaraq əvvəllər məclislərin üç gün keçirildiyini söyləyib: “Kəndin bütün insanları üçə, qırxa və ilə dəvət olunardı. İndi yas mərasimləri də müasirləşib. Rəhmətə gedən mərhumun yaxınları nə üçə, nə qırxa, nə də ki ilə çağırmırlar”.


    Amid İsbəndərov

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 721
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30