Norveç Dağlıq Qarabağda keçirilən “qondarma parlament seçkiləri”ni tanımır
Norveç Krallığının Azərbaycandakı səfirliyindən Xarici İşlər Nazirliyinə Norveç Krallığının Azərbaycanın işğal olunmuş torpaqlarında keçirilən “qondarma parlament seçkiləri”nə münasibəti haqqında məktub daxil olub. Bu barədə məlumatı KƏLAMİNFO-ya XİN-nin mətbuat xidmətindən veriblər.
Sənəddə Norveç Krallığının Dağlıq Qarabağda keçirilən “qondarma parlament seçkiləri” ilə əlaqədar ölkəmizin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini, münaqişənin sülh yolu ilə ATƏT-in Minsk Qrupu çərçivəsində həll olunmasına inam öz əksini tapıb.