NATO-nun Baş katibi Ermənistanla Azərbaycanı sülh danışıqlarını davam etdirməyə çağırıb
Dağlıq Qarabağda münaqişənin hərbi yolla həlli mümkünsüzdür. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Anders Foq Rasmussen söyləyib.
O, bəyan edib ki, Qarabağda hərbi əməliyyatların bərpası düzgün deyil. NATO-nun münaqişənin həlli prosesinə cəlb olunmadığını xatırladan baş katib alyansın ATƏT-in Minsk Qrupu tərəfindən aparılan sülh prosesini dəstəklədiyini söyləyib. Rasmussen Ermənistanla Azərbaycanı sülh danışıqlarını davam etdirməyə də çağırıb.