Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Politoloq Elman Nəsirov: “Ermənistan qondarma “DQR”da bu cür “seçkiləri” ABŞ-dan aldığı yardımlarla keçirir”
    Separatçı “DQR”də keçirilən “seçkilər” Azərbaycanın kəskin etirazı ilə yanaşı, əksər dünya dövlətləri və beynəlxalq təşkilatların tənqidi ilə qarşılandı. Buna baxmayaraq Ermənistan bu təzyiqləri qulaqardına vuraraq “seçkiləri” keçirdi.

    Azərbaycan Respublikası Prezidenti yanında Geostrateji Araşdırmalar Mərkəzinin direktor müavini, tarix elmlər namizədi, politoloq Elman Nəsirov regionda baş verən bu və ya digər proseslərlə bağlı bizə müsahibə verib. 

    - Elman müəllim, ermənilər qondarma “DQR” “seçkilər” keçirdilər. Bu hadisəni istər münaqişənin həllində, istərsə də regionda siyasi proseslərə təsiri baxımından necə qiymətləndirərdiz?

    - İlk növbədə qondarma respublikada belə “seçkilər”in keçirilməsi faktiki olaraq özü beynəlxalq hüquqa ziddir və heç bir halda Qarabağ münaqişəsinin həlli perspektivinə xidmət etmir. Əslində bu ATƏT-in Minsk Qrupunun üç həmsədr dövlətinin fəaliyyətini kölgə altına alan addımdır. Eyni zamanda bu seçki oyunu həmsədrlərin son irəli sürdükləri yenilənmiş Madrid prinsiplərinin reallaşa biləcək mexanizminin üstündən xətt çəkə biləcək bir hadisədir. Yəni, nəticə etibarı ilə regionda sülhə və sabitliyə xidmət etməyən bir addımdır. Amma, belə “seçkilər”in prinsip etibarı ilə niyə keçirilməsinin, beynəlxalq təzyiqlərdən çəkinmədən belə addımın niyə atılmasının motivlərini başa düşmək mümkündür.

    Məlumdur ki, 2010-cu ilin maliyyə ili üçün ABŞ bu separatçı rejimə 8 mln. dollar həcmində Azərbaycanla məsləhətləşmədən maliyyə vəsaiti ayırıb. ABŞ bunun adını qoydu ki, humanitar məqsədlər üçün edir. Elə məhz “seçkiləri” də separatçı rejim bir humanitar məqsəd kimi həyata keçirir. Nəticə etibarı ilə ABŞ vasitəçi dövlət kimi tərəfsiz mövqedə durmalı olduğu halda, separatçılara belə vəsait ayrırsa, separatçı rejimdə bu vəsaitləri humanitar məqsəd adı altında bu “seçkilər”ə xərcləyir. Bir növ Ermənistan qondarma “DQR”dakı bu cür “seçkiləri” ABŞ-dan aldığı vəsaitlər kimi yardımların nəticəsi olaraq keçirir. Bu da öz növbəsində regionda problemi daha da düyünə salır. Belə “seçkilər”in keçirilməsi də bu prizmada beynəlxalq hüququn özünün işləmədiyini göstərir. Artıq proseslər özü bir daha göstərir ki, müasir dünyamızda beynəlxalq hüquq yox, gücün hüququ işləməkdədir. Bu da çox acı reallıqdır.

    Bu proseslərin fonunda Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı aparılan danışıqlar prosesinin taleyini necə qiymətləndirirsiz?


    - Artıq 18 ildir ki, ATƏT-in Minsk Qrupu bu işlə məşqul olur. Bu müddət ərazində bu qrup müxtəlif versiyalar irəli sürsə də, son nəticədə münaqişə həllini tapa bilməyib və tapa bilməməyinin də səbəbi Ermənistanın tutduğu qeyri-konstruktiv mövqedir. İndiki vəziyyətdə prosesləri necə dəyərləndirmək mümkündür? Mənə elə gəlir ki, indiki halda Ermənistanın tutduğu bu qeyri-konstruktiv mövqenin, bilərəkdən prosesləri uzatmağın, vaxt qazanmağın və ümumilikdə bu taktikanın bir sonu olmalıdır. Elə son çıxışlarının birində Azərbaycan Prezidenti özü də vurğuladı ki, hər şeyin bir sonu olduğu kimi, bu danışıqların da bir zaman baxımından sonu olmalıdır. Belə olan təqdirdə artıq hadisələrin gedişatının üç ssenarisini müəyyənləşdirmək lazımdır: birincisi, danışıqları Ermənistanın vaxt qazanmaq yolunda uzatdığını Azərbaycan bir daha bəyan edir, belə olan halda danışıqlardan imtina edir və təbii olaraq qeyri-dinc məsələ önə keçir. İkincisi, Azərbaycan yenə də danışıqların heç bir əhəmiyyəti olmadığını, ermənilərin yalnız vaxt udmaq niyyətlərini nəzərə alıb danışıqları kəsir. Lakin, müharibəyə başlanmır. Biz güclənirik və konkret “X” anını gözləyirik ki, torpaqlarımızı geri almaq üçün konkret hərbi addımlar ataq. Qeyd edim ki, bu iki varinatda baxmayaraq ki, təcavüzə məruz qalmışıq Azərbaycan beynəlxalq təzyiqlərlə üzləşəcək. Bizi ittiham etməyə başlayacaqlar ki, 1994-cü ildən bəri 16 illik sülh prosesini biz pozduq, aqrsessiv addımlar atdıq və s. Təcavüzə məruz qalan da, ittiham olunan da biz oluruq. Belə olan vəziyyətdə beynəlxalq konyukturanı biz göz altına alıb bu günkü dünyanın öz oyun qaydalrını nəzərə almalıyıq. Yəni, danışıqlardan imtina etmirik, müzakirəni aparırıq və paralel olaraq güclənirik, möhkmələnirik. Danışıqları ona görə aparırıq ki, bizi ittiham etməyə əsas olmasın və eyni zamanda biz güclənirik, hər zaman müharibəyə hazır olmaq səviyyəsinə çatırıq. Bu zaman istənilən halda münaqişəni qeyri-dinc yolla həll etmək üçün bizim əlimizdə də çox ciddi siyasi arqumentlərimiz var. Bu BMT-nin məlum dörd qətnaməsidir, Avropa Şurası Parlament Assambleyası,  İslam Konfransı Təşkilatının Ermənistanı təcavüzkar adlandırmasıdır və eyni zamanda BMT-nin Nizamnaməsinin özünümüdafiə ilə bağlı 51-ci maddəsindən Azərbaycanın istifadə etmək imkanının olmasıdır. Nəhayət BMT Nizamnaməsinin məlum 25-ci maddəsində deyilir ki, BMT Təhlükəsizlik Şurasının qərarlarının yerinə yetirilməsi icbari xarakter daşıyır. Bu qərarları BMT və Təhlükəsizlik Şurası qəbul edib, lakin, yerinə yetirilmir. Yəni, BMT-nin özünün də 25-ci maddəsi Ermənistan tərəfindən tapdanır. Beləliklə, bütün bu siyasi və hüquqi arqumentləri əlimizdə əsas tutub öz torpaqlarımızı geri qaytarmaq üçün qeyri-diplomatik yollara əl ata bilərik.

    DQ-da keçirilən “seçkilər”dən dərhal sonra Rusiya XİN-nin rəsmisi bəyan etdi ki, Moskva keçirilən “seçkilər”i və ümumiyyətlə qondarma “DQR”i tanımır. Necə düşünürsüz, bu Rusiyanın növbəti hiyləsidir, yoxsa rəsmi Moskva mövqeyində dəyişiklik edir?


    - Bilirsiniz, bu Rusiyanın ənənəvi yoludur. Rusiya bu məsələdə vasitəçi ölkə olduğundan, bu ona imkan vermir ki, o bu və ya digər məsələdə konkret birtərəfli mövqe göstərsin. Ona görə, Rusiyanın bu mövqe ilə çıxış etməsi anlaşılandır. Amma, məsələ ondan ibarətdir ki, təcavüzkar ölkə kimi Ermənistanın Rusiya ilə hərbi və təhlükəsizlik müqaviləsi var. Hər iki dövlət Kollektiv Təhlükəsiz Müqaviləsinin üzvüdür və Ermənistanın hava məkanını qorumaq barədə Rusiya öhdəlik götürüb. Eyni zamanda Ermənistan ərazisində Rusiyanın hərbi bazası var. Yəni, bunlar hamısı ona dəlalət edir ki, Rusiya istənilən halda Ermənistanın tərəfindədir. Amma, belə bir reallıq da var ki, dünyada daimi dostlar yox, daimi maraqlar var.
    Son dövrdə Rusiya ilə Türkiyənin də münasibətləri çox dinamik inkişaf edir. Təkcə bir faktı demək kifayətdir ki, Türkiyənin xarici ticarət balansında artıq Rusiya birinci yeri tutur. Əgər bu iki dövlətin çox ciddi iqtisadi təmasları varsa və bu inkişaf edirsə, mütləq o siyasi müstəvidə də özünü göstərəcək. Biz də hesab edirik ki, Ankara-Moskva münasibətlərinin inkişafı müəyyən mənada Rusiyanın Ermənistana təzyiqlərinin yaranmasına gətirib çıxaracaq. Belə proseslərin özü də Qarabağ probleminin həllində müsbət dönüşə gətirib çıxara bilər.

    Bir az əvvəl Türkiyənin Minsk Qrupunun həmsədri kimi münaqişənin həllində həmsədrliyə cəlb edilməsi gündəmdə idi. Fikrinizcə, bundan sonra bu mümkündür?


    - Nəzəri baxımdan mümkündür. Bilirsiz ki, Türkiyə ATƏT-in Minsk Qrupunun 11 üzvündən biridir. Lakin, həmsədr deyil. Amma, problem ondadır ki, əgər Türkiyə ATƏT-in Minsk Qrupunun həmsdri olarsa buna iştirakçı dövlətlərin razılığı olmalıdır. İndiki zamanda Türkiyənin çox fəal siyasəti, dünya meridianında çox fəal diplomatik addımları bir çox böyük dövlətləri də qıcıqlandırır. Hətta Türkiyənin Braziliyanın iştirakı ilə İranla nüvə sahəsində əməkdaşlıqda ciddi nailiyyət əldə etməsi həmin böyük dövlətləri narahat etdi və bu anlaşmanın sabahısı günü bunun pozulması ilə bağlı addımlar atmağa başaldılar. Belə olan təqdirdə, ATƏT-in Minsk Qrupuna Türkiyənin həmsədr olması məsələsi nəzəri baxımdan mümkün olsa da, praktiki baxımdan hesab edirəm bu böyük dövlətlərin və Ermənistanın narazılığı ilə qarşılanacaq. Yəni, bu bir qədər real görünmür.

    Son zamanlar İranın siyasi dairələrində nüfuzlu din xadimlərinin Azərbaycan əleyhinə ittihamlarla çıxış etməsi nəyə hesablanıb? Türkiyənin İranla yaxınlığı fonunda rəsmi Tehranın Azərbaycana qarşı mövqeyində dəyişiklik ola bilərmi?


    - İstənilən halda Türkiyənin xarici siyasətində iki istiqamət önəmlidir. Birincisi, qonşularla sıfır problemi, ikincisi də çoxvektorlu xarici siyasətdir. Bu nöqteyi-nəzərdən Türkiyənin İranın mövqeyini müdafiə etməsi, İrana qarşı sanksiyanın əleyhinə bir mövqe bildirməsi şübhəsiz ki, rəsmi Tehranı xeyli məmnun etdi. Rəsmi Tehran da fərqindədir ki, Türkiyə ilə Azərbaycan çox sıx tərəfdaşdırlar və bu baxımdan da İranın Azərbaycan əleyhinə hansısa addım atması ağlabatan deyil. Bəli, istisna deyildir ki, İranda rəsmi şəxslər deyil, nüfuza malik din xadimləri tərəfindən Azərbaycan əleyhinə ittihamların səsləndirilməsi bir gediş idi. Amma, istənilən halda Türkiyənin İranla münasibətinin indiki səviyyəsi ona gətirib çıxarır ki, İranın Azərbaycanla münasibəti daha da yaxşılaşsın və gərginlik elementləri aradan qalxsın. Məlumdur ki, ölkə prezidenti cənab İlham Əliyev dəfələrlə qeyd edib ki, Azərbaycan ərazisindən üçüncü dövlətin qoşunlarının İran əleyhinə istifadəsinə icazə verilməyəcək və Azərbaycanın bu dəyişməz mövqeyidir. Bu da təbii ki, rəsmi Tehranı məmnun eləyən bir mövqedir. Ona görə də Azərbaycanın bu mövqedə qalması, eyni zamanda qardaş Türkiyənin İranla məlum münasibəti nəticə etibarı ilə İran-Azərbaycan münasibətinin ziyanına deyil, xeyrinə işləyən prosesdir.

    Türkiyənin regionda bu kimi siyasətlə uğur qazanacağı ümüdvericidirmi?


    - Türkiyə məlum siyasətilə regionda artıq uğur qazanmağa başlayıb. Hətta nəinki regionda, dünya siyasətində Türkiyə artıq özünü göstərməyə başlayır. Artıq Avropa mətbuatının nüfuzlu orqanları da  “türk diplomatlar dünyanı fəth edir” başlıqlı yazılar dərc etməyə başlayır. Burada açıq şəkildə qeyd olunur ki, müsəlman dünyasında Səudiyyə Ərəbistanı və Misirin mövqelərinin getdikcə zəifləməsini dərk eləyən türk diplomatiyası çox fəal siyasətə başlayıb. Nəticə etibarı ilə bütün qonşuları ilə münasibətləri normallaşdırır, bu proseslə bərabər Rusiya və bütün Şərqi Avropa ilə əməkdaşlığı gücləndirir. Bu prosesin özü heç də Türkiyənin NATO və Avropa İttifaqı ilə münasibətlərini korlamır, əksinə onu möhkəmləndirir. Eyni zamanda Türkiyə Afrika qitəsində “hücum” siyasətini həyata keçirir. Ümumilikdə Türkiyə nəticə etibarı ilə artıq regionun bir mayakına çevrilib. Avropa mediasında artıq bu şəkildə Türkiyəyə qiymət verilməyə başlanılıb. Bir sözlə Türkiyə çox fəal oyunçudur və hətta bir çox hallarda Minsk Qrupunun həmsədri olmasa belə, təkbaşına bu qurumun görmədiyi işi görür. Bu baxımdan Türkiyə fəaldır və onun apardığı diplomatiya ümüdvericidir.

    Necə fikirləşirsiniz dünyanı fəth edən türk diplomatiyası Azərbaycanı doğma torpağı olan Qarabağa nə qədər yaxınlaşdıra bilər? Nəzərə alsaq ki, münaqişənin nizamlanma prosesinin ləngiməsinin arxasında elə məhz iri dövlətlər dayanır.


    - Türkiyə təbii ki, bu addımları təkbaşına atmır. O çoxvektorlu siysət həyata keçirir. Onu da demək yerinə düşər ki, Türkiyə Qarabağ probleminin həllində çox böyük addımlar atır. Mən nəyi nəzərdə tuturam? Təsəvvür edin ki, Vaşnqtonda nüvə konfransı keçiriləndə Azərbaycanın bütün problemi ilə yanaşı, Qarabağ problemini də ən yüksək səviyyədə çatdıran Türkiyə oldu. Bundan qabaq 2009-cu ilin dekabrın 7-də Türkiyənin baş naziri R.T.Ərdoğanın Vaşnqtona məlum səfəri oldu və o zaman Azərbaycanın problemi ilə bağlı bütün həqiqətləri ABŞ-a bir daha çatdırdı. Bundan başqa Rusiya prezidenti ilə bu yaxınlarda keçirilən görüşdə də eyni vəziyyəti müşahidə etdik. Türkiyə böyük dövlət olduğu üçün ən yüksək tribunalarda belə Azərbaycanın həqiqətlərini dünyaya çatdırmaq imkanı əldə edib.
    Təbii ki, bu iki qardaş ölkə arasında yaxınlığın bariz nümunəsidir. İyun ayında ölkə prezidenti cənab İlham Əliyevin Türkiyəyə səfərində də növbəti dəfə ikitərəfli inkişafa yeni təkan veriləcək. Bu da istər-istəməz Qarabağ probleminin həllinə təsirsiz qalmayacaq. Demək istəyirəm ki, diplomatiya kifayət qədər güclü işləyir.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 878
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30