Ali məktəb tələbələrinin XV Respublika fənn olimpiadasının yekun turu keçiriləcək
Sabah Azərbaycan Texniki Universitetində Ali məktəb tələbələrinin XV Respublika fənn olimpiadasının yekun turu keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Təhsil Nazirliyindən veriblər. Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Ali məktəb tələbələrinin XIV Respublika fənn olimpiadası qalibləri və onları hazırlaşdıran müəllimlərin mükafatlandırılması da nəzərdə tutulub.