Bakıda “Sənətşünaslıq və fəlsəfə: fənlərarası metodologiya” mövzusunda ikigünlük beynəlxalq elmi konfrans işə başlayıb
Bu gün Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda “Sənətşünaslıq və fəlsəfə: fənlərarası metodologiya” mövzusunda ikigünlük beynəlxalq elmi konfrans işə başlayıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya müsahibəsində AMEA) Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru İlham Məmmədzadə verib. İ.Məmmədzadə bildirib ki, AMEA-nın Memarlıq və İncəsənət İnstitutu ilə birgə keçirilən konfransın ilk günündə Azərbaycan, Rusiya, İran, Qazaxıstan, Türkmənistan, Misir və digər ölkələrin alimləri mövzu ilə bağlı fikir mübadiləsi aparıblar.
“Mayın 26-sı və 27-si “Fəlsəfə elmi, incəsənət elmi və metodoloji məsələlər” mövzusunda beynəlxalq konfrans keçirəcəyik. Bundan əlavə iyun ayında növbəti beynəlxalq konfrans keçirəcəyik və Rusiyadan tərkibində 4 akademik olan 15 nəfərlik nümayəndə heyəti gələcək”,-deyə İ.Məmmədzadə bildirib.