Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Professor İlham Məmmədzadə: “Tənqid işi həmişə yaxşılığa apara bilər”
    AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru, professor İlham Məmmədzadə bizə müsahibə verib.  

    - İlham müəllim son zamanlar Azərbaycan elminin vəziyyəti aktual mövzuya çevrilib. Bu sahədə mövcud vəziyyət nə səviyyədədir, bir sözlə elmin inkişafı üçün hansı yollar axtarılmalıdır.

    - Mən hesab edirəm ki, elmdə müsbət dəyişikliklər yaratmaq üçün ilk növbədə beynəlxalq elmi münasibətləri qurmaq lazımdır. Nə qədər çox alimimiz Azərbaycanda və xaricdə keçirilən beynəlxalq səviyyəli konfranslarda iştirak etsə, bu, elmdə inkişafa apara bilər. Beynəlaxalq jurnallarda çap olunmaq mütləq lazımdır. Son vaxtlar Akademiya və bizim institut da çalışır ki, alimlərimiz beynəlxalq konfranslarda fəal iştirak etsinlər. Bu konfranslar bir növ ictimai işlərlə də bağlı ola bilər, amma sırf elmi konfranslarda iştirak etmək lazımdır. Məsələn, mən bir-iki məqamı qeyd etmək istərdim. Aprel ayının ortalarında Ukrayna Milli Elmlər Akademiyası Fəlsəfə İnstitu ilə beynəlxalq Dəyirmi masa keçirmişik, həmdə birgə jurnallarda fəal iştirak etmək üçün Saziş imzalamışıq. Bu sənəd həm Ukrayna, həm də Azərbaycan alimləri üçün müəyyən qədər yaxşı haldır. Bilirsiniz ki, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev bir neçə dəfə qeyd edib ki, fəlsəfə elminin müəyyən metodoloji işləri lazımdır ki, o biri ictimai elmlər də inkişaf etsin. Biz də bu göstərişi reallaşdırmaq üçün bu konfransı keçiririk. Mayın 26-sı və 27-si “Fəlsəfə elmi, incəsənət elmi və metodoloji məsələlər” mövzusunda beynəlxalq konfrans keçirəcəyik. Bundan əlavə iyun ayında növbəti beynəlxalq konfrans keçirəcəyik və Rusiyadan tərkibində 4 akademik olan 15 nəfərlik nümayəndə heyəti gələcək. Bu üç konfrans onu göstərir ki, bizim alimlərimiz bu səviyyəli konfranslarda iştirak edəcək, digər ölkələrin tanınmış alimlərini eşidəcəklər və özləri də işlərini göstərəcəklər.



    - İlham müəllim, dissertasiyaların müdafiəsi istiqamətində hansı yeniliklər, dəyişikliklər ola bilər. Çünki bu yaxınlarda institutunuzun bir sıra əməkdaşının dissertasiyaların müdafiəsində köçürmələrə, yumşaq dildə desək, plagiatlığa yol verdikləri məlum oldu. Bununla bağlı nə deyə bilərsiniz?

    - Hesab edirəm ki, müəyyən dəyişikliklər müdafiə işlərində də olmalıdır. Bilirsiniz ki, alimlərimizin zəifləri də, ortababları da var. Əlbəttə, onların dəyişməsi üçün müəyyən işlər görməliyik. Davamiyyəti olmayan, rəqabətə dözməyən elmdən getməlidir. Aydındır ki, bu işçilərin yaşlısı da var. Yaşlıları bu işə yönəltmək çox çətindir. Amma gənclər rəqabətə dözməlidir. Bu işdə nə etməliyik? İlk növbədə müdafiələrin bir ssenarisi olmamalıdır. Azad rəqabət sürətində keçməlidir. Rəylər keyfiyyətli, işgüzar şəraitdə yazılmalıdır. Bilirsiniz ki, çox vaxt rəyi iddialı özü yazır. Bu, xoşagəlməz bir vəziyyətdir. Aydındır ki, alim özü rəy verməlidir və bu rəylərdən çox şeylər asılıdır. O rəylərin axırında müdafiə olunan iş üzrə mütləq bir neçə tənqidi məsələ qaldırılmalıdır. Əgər iddialı namizəd suallara yaxşı cavab verirsə, deməli, yazılan rəylə məqsədə nail olunub. Amma cavab vermirsə, bu, xoşagəlməz haldır. Tənqid işi həmişə yaxşılığa apara bilər. Demək istəyirəm ki, iddiaçı suala yaxşı cavab verirsə, o biri işi yaxşılaşır. Əgər cavab verə bilmirsə, ona fəlsəfə doktoru vermək olmaz. O ki, qaldı plagiatlığa, bu, nə deməkdir? Bu o deməkdir ki, alimlər işi oxuyanda faktiki olaraq ona bir növ diqqət ayırmırlar. Bu da xoşagəlməz bir şeydir. Alimlər, elmi şuralar bu işə diqqətli baxanda onlar görəcəklər ki, iş yaxşı deyil. Ancaq burada bir obyektiv səbəb də var. Bilirsiniz son vaxtlar internet şəraitində əsərlər çoxdur. Olur ki, alimlər çatdırmırlar, nədənsə xəbərləri yoxdur. Bu da ondan xəbər verir ki, bu alim vaxtında yaxşı alim olub, ancaq,  o, yaxşı ədəbiyyat oxumur. Yaxud internetə girməyə imkanı yoxdur. Ona görə də fikirləşirəm ki, biz bir tərəfdən obyektiv səbəbləri aydınlaşdırmalıyıq, digər tərəfdən alimlərdən çox şey tələb olunmalıdır. Heç bir ölkədə ola bilməz ki, alim qapalı şəraitdə formalaşsın. Alimlərimiz təkcə Azərbaycanın deyil, dünya ədəbiyyatını da bilməlidir.

    - Bu məsələlərlə bağlı AMEA-ya hansısa təklif hazırlayıb təqdim etmisinizmi?


    - Təkliflərimiz olub və orada biz fəlsəfə elminin prioritetlərini göstərmişik. Bu prioritetlər hansılardır? Əvvəla, mütləq fənlərarası metodologiyanı işləmək lazımdır. Bəlkə də bu çoxdankı yenilikdir, amma, bu, elmə müsbət inkişaf gətirən metodologiyadır.

    - Fənlərarası metodologiya problemdən çıxış yolu ola bilərmi?


    - Məsələn, filosoflar iş yazır, həm hüquqşünaslar, həm o biri ictimai elmər çalışırlar aydınlaşdırsınlar ki, bu iş yaxşıdır, yoxsa pis. Bilirsiniz, fənlərarası metodologiya bütün ictimai elməri birləşdirir. Onların sanballılığını, yaxud muxtariyyətini etiraz etmir, lakin, çalışır ki, bütün alimlər bir-birlərinin işinə daha diqqət ayırsınlar. Özü də bu, yoxlamadır. Məsələn, bir filosof yazır və filosofdan başqa heç kim onun işini oxumayanda, faktiki olaraq bu iş demək olar ki, özü üçün qalır. Filosoflar üçün fəlsəfə elə bil ki, qapalı bir işdir. Bu yaxşı hal deyil. Həmçinin tarix, şərqşünaslıq, digər ictimai elmlər də özü üçün deyillər. Bunlar bütövlükdə həm fəlsəfə, həm tarixə inkişaf gətirməlidirlər. Mən hesab edirəm ki, fənlərarası metodologiya böyük bir addımdır, bu, fəlsəfənin prioritetindən biridir. Sonra hüquq elmini demək istərdim. Bilirsiniz, biz son vaxtlar öyrənmişik ki, hüquqşünas işi yazanda yalnız onu hüquqşünas yoxlamalıdır. Bu, o qədər də dəqiq deyil. Ölkə başçısı İlham Əliyev cənabları bir neçə dəfə deyib ki, bizdə sosio-mədəni modernləşmə xətti gedir. Bu xətt də o deməkdir ki, hüquqi cəmiyyətdə hüquqi tərəflər çoxalır, onların vacibliyi artır. Yəni hüquq elmi yalnız hüquq üçün deyil, o, cəmiyyət, həm fəlsəfə, həm də bütün elmlər üçün vacibdir. Ona görə də biz çalışmalyıq ki, hüquq elmi birinci növbədə fəlsəfə ilə birgə müəyyən işlər aparsın. Mütləq lazımdır ki, fənlərarası metodologiya fəlsəfə və hüququn müəyyən qədər ümumi işlərini yaratsın.

    - Bu elmə yeni nə gətirə bilər?


    - İlk növbədə hüquqşünasların işlərinin yalnız özləri üçün yox, cəmiyyətə çıxarılmasına şərait yaradar. Bir növ ictimailəşmə gədər. Burada da fəlsəfənin işi var. Son vaxtlar biz çalışırıq ki, hüquqi sosilogiya işləri də sürətlənsin. Bütün dünyada bu var, biz də isə çox azdır. Aydındır ki, hüquqşünas bir işi yazanda onun sosiologiyasını öyrənməlidir. Ola bilər ki, hüquqşünas sosiologiyanı, fəlsəfəni bilir. Onda onun işi daha yaxşı alınar, lakin bu nadir halda, böyük alimlərdə ola bilər. Çox vaxt bizim gənclərimiz elə bilirlər ki, müdafiə etmək alim olmaqdır. Ancaq unudurlar ki, alimliyi hər gün təsdiq etmək lazımdır və bu işdə mütəmadiliyi davam etdirmək zəruridir. İndi biz çalışmalıyıq ki, yeni mikrokollektivlər yaradaq. Məsələn, bir neçə filosof birgə fənlərarası metodologiyanı hüququn və fəlsəfənin arasında necə olmasını yaratmalıdır. Bu da bizim üçün prioritetlərdən biridir. Digər prioritetimiz isə, vətənpərvərlik, azərbaycançılıq ideologiyasını təbliğ etməkdir. Bu o deməkdir ki, elm bir tərəfdən təhlil edir, o biri tərəfdən izah etməlidir və cəmiyyətimizə, gənclərimizə təsiri çoxaltmalıdır. Bizdə isə deməzdim ki, alimlər bu işdə fəaldırlar, lakin, fəallıq son vaxtlar artıb. Yəni alimlərimiz, bir tərəfdən qəzetlərdən elmi məqalələrlə çıxış edir, digər tərəfdən ictimai ideologiyaya da müəyyən diqqət ayırırlar.

    - Azərbaycan elminin gələcəyini necə görürsünüz? Bu barədə hansı əlavə təklifləriniz ola bilər?


    - İlk növbədə elm inkişaf etməlidir. Elmsiz sabah qaranlıqdır. Biz çalışmalıyıq ki, nə qədər çox elmlərimiz beynəlxalq arenada təmsil olunsa, o qədər yaxşıdır. Elmsiz təhsilin də inkişafı yoxdur. Biz çalışmalıyıq ki, Azərbaycanın sabahı mütləq elmlə bağlı olsun. Hesab edirəm ki, hörmətli prezidetimiz İlham Əliyevin məqsədi, məhz bundan ibarətdir ki, Azərbaycanın sosio-mədəni modernləşmə xətti inkişaf etsin.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 867
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30