Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Naxçıvan MR Ali Məclisinin deputatı: “Bəzi qəzetlər Naxçıvan adı altında “alver” edirlər”
    Mətbuat Şurası tərəfindən “reketçilik” fəaliyyətlərinə görə adları “qara siyahıya” düşən mətbu orqanları sırasında “Böyük Naxçıvan”, “Naxçıvan press”, “Müasir Naxçıvan”, “Naxçıvanın səsi” qəzetləri də var. Bu qəzetlərin Naxçıvan Muxtar Respublikası ilə heç bir əlaqəsi olmayıb. Sadəcə bir qrup “mətbuat dəllalı” bu adda qəzetlər təsis etməklə öz çirkin məqsədlərini həyata keçirməyə çalışıblar. Bu barədə açıqlamanı KƏLAMİNFO-ya Naxçıvan MR Ali Məclisinin deputatı, əməkdar jurnalist Məmməd Məmmədov verib. 
    M.Məmmədov bildirib ki, bu günədək Naxçıvan adı ilə bağlı 15-ə yaxın adda qəzet rəsmi qeydiyyatdan keçib, ara-sıra mətbu bazarımızdakı çoxçeşidli məhsullar sırasında  görünə biliblərsə, onda onu necə də qınayasan? Onun sözlərinə görə, “Ulu Naxçıvan”, “Böyük Naxçıvan”, ”Müasir Naxçıvan”, “Yeni Naxçıvan”, “Naxçıvanın səsi”, “Naxçıvan bu gün”, “ Naxçıvan press” və s. adda qəzetlərin hansı amal və məzhəbə qulluq etmələri də heç kəsə aydın olmayıb.

    “Necə deyərlər, “vətən təəsübündən” gen-bol danışmağa cəhd edən “həmkarlarımız” qaş qayırdıqları yerdə göz vurub çıxarmağı da bacarırlar. Elə olmasaydı öz əməlləri ilə iqtisadi blokada şəraitində yaşamasına baxmayaraq, bu gün sürətlə inkişaf edən bölgənin adına xələl gətirməzdilər”,-deyə M.Məmmədov əlavə edib.
    M.Məmmədov bildirib ki, son illər ərzində mətbu sözünün saflığı uğrunda Naxçıvan Muxtar Respublikasında reket qəzetlərə qarşı aparılan mübarizə tədbirləri də diqqəti cəlb edib. “Bu səbəbdən həmin qəzetlərin çoxsaylı əməkdaşları bölgəyə üz tutmağı özlərinə rəva bilmirlər. Çünki burada onlara arxa, dayaq duran tapılmadığından, kor-peşiman geri qayıdırlar. Bu halda isə bəzi mətbuat dəllalları mərkəzdə Naxçıvan adı ilə bağlı öz mətbu orqanlarını yaratmaqla çirkin yollarla yaxşı qazanc əldə etməyə çalışıblar. Onların sonrakı obyektivlikdən uzaq, qərəzli  fəaliyyəti də göz qabağındadır. Gərək əlaqədar qurumlar da bu barədə vacib tədbirlər həyata keçirsin”,-deyə M.Məmmədov əlavə edib.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 448
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30