Mədəniyyət və Turizm Nazirliyində kadr dəyişikliyi olub
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin əmri ilə Çingiz Əbdülməcid oğlu Fərzəliyev Azərbaycan Dövlət İncəsənət Muzeyinin direktoru vəzifəsinə təyin edilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər. Muzeyinin direktoru vəzifəsində işləmiş İsrafil Ramazan oğlu İsrafilov isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru vəzifəsinə keçirilib.