Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Yeni körpülərin tikintisi yollarda tıxac problemini həll edir
    Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Cəmşid Hənifəyev: «Yeni körpülərin tikintisi başa çatdıqdan və yolların genişləndirilməsi prosesi tamamlandıqdan sonra paytaxtda tıxac problemi tamamilə aradan qaldırılacaq»

    Bu gün Azərbaycan Respublikasında dövlət müstəqilliyinin möhkəmləndirilməsi naminə mühüm tədbirlər həyata keçirilir. Dövlətimizin ümumi inkişafı və mövcud problemlərin aradan qaldırılması yolunda daim səylə çalışan strukturlar arasında Daxili İşlər Nazirliyinin ayrılmaz hissəsi olan Bakı şəhər Dövlət Yol Polisi İdarəsi fərqlənir. Göstərilən strukturun əməkdaşları yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və ictimai asayişin qorunması sahəsində vaxtaşırı iş aparırlar. BDYPİ-nin konkret fəaliyyətinə dair suallarla qəzetimizin əməkdaşları Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Cəmşid Hənifəyevə müraciət etdilər.

    - Ötən ilin nəticələrinə görə, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi istiqamətində hansı işlər görülüb?

    - Ötən ilin nəticələrinə əsasən, deyə bilərik ki, hər il olduğu kimi 2009-cu ildə də yol hərəkəti qaydalarının pozulması halları və yol-nəqliyyat hadisələri baş vermişdir. Əsas işlər xüsusən paytaxtın mərkəzində yolların genişləndirilməsi ilə bağlı olmuşdur. Əlbəttə, yolların genişləndirilməsi zamanı da bəzi müvəqqəti problemlər yaranır, lakin onların hamısı yol polisi əməkdaşları tərəfindən uğurla həll olunur.



    - Zəhmət olmasa, Bakı şəhərinin yollarında tıxac probleminin necə aradan qaldırılması barədə danışardınız.


    - Qeyd etmək istərdim ki, bir sıra yeni körpülərin inşası ilə əlaqədar olaraq bu gün tıxac problemi uğurla öz həllini tapır. Bununla yanaşı, sözügedən problemin həllinə yolların genişləndirilməsi də müsbət təsir göstərir. Beləliklə, güman etmək olar ki, bütün yeni körpülərin tikintisi başa çatdıqdan və yolların genişləndirilməsi prosesi tamamlandıqdan sonra paytaxtda tıxac problemi tamamilə aradan qaldırılacaq.

    - İşıqforların olmadığı yolayrıcı və küçələrdə yol hərəkətinin tənzimlənməsi ilə bağlı işlər nə yerdədir?


    - Demək lazımdır ki, işıqforların olmadığı və avtomobil vasitələrinin hərəkətinin xüsusilə fəal olduğu məntəqələrdə piyadalar üçün yerüstü və yeraltı keçidlər tikilib. Bütün bu keçidlər müasir tələblərə cavab verir. Lakin bu gün həmin keçidlərin istifadəsi ilə bağlı problem hələ də mövcuddur. Çox vaxt piyadalar onlar üçün nəzərdə tutulmuş keçidlərdən istifadə etmək əvəzinə, yolu münasib olmayan yerlərdə keçməyi üstün tuturlar. Bununla da onlar həm öz həyatlarını, həm də sürücünün həyatını təhlükəyə atırlar. Çünki sürücü onlar üzündən avtomobilin idarəsini itirə və nəticədə yol-nəqliyyat hadisəsi baş verə bilər. İnzibati Cəzalar Məcəlləsinin 153 saylı maddəsinə əsasən, həmin piyadalar 10 manat həcmində cərimələnirlər.
    Bununla belə, müsbət məqamlardan biri də bir çox yolayrıcılarda fotokamera və radarların quraşdırılmasıdır ki, onların sayəsində yol hərəkəti qaydalarını pozan sürücüləri müəyyənləşdirmək mümkün olur.

    - Hal-hazırda biz ictimai nəqliyyat sürücüləri tərəfindən yol hərəkəti qaydalarının tez-tez pozulması halları ilə qarşılaşırıq. Ümumiyyətlə, sərnişin və sürücülərin yol hərəkəti qaydalarına əməl etməsi sahəsindəki vəziyyəti necə qiymətləndirirsiniz?


    - Bu suala cavab verərkən, ilk növbədə qeyd etmək istərdim ki, hal-hazırda köhnə ictimai avtobuslar yeni, daha rahat və tutumluları ilə əvəz edilir. Doğrudur, bu gün ictimai nəqliyyat sürücüləri tərəfindən qayda pozuntularına yol verilir. Ən çox yayılmış qayda pozuntusu onların avtobusları avtobus dayanacaqlarında deyil, qanunsuz yerlərdə saxlamasıdır. Bu, tıxacların və qəza vəziyyətlərinin yaradılması, piyadaların vurulması və s. kimi xoşagəlməz nəticələrə gətirib çıxarır. Əlbəttə, ictimai nəqliyyat sürücüləri bu cür qayda pozuntularına görə cərimə olunurlar. Lakin ötən illərin statistik göstəriciləri ilə tanış olduqda belə bir nəticəyə gələ bilərik ki, piyadalarla bağlı yol-nəqliyyat hadisələrinin əksəriyyəti əsasən ona görə baş verir ki, piyadalar yol hərəkəti qaydalarına səhlənkar yanaşırlar. Məsələn, çox vaxt məhz onlar avtobus sürücülərindən ictimai nəqliyyatı qanunsuz yerlərdə saxlamağı tələb edirlər. Piyadalar Azərbaycan Respublikası «Yol hərəkəti haqqında» Qanunun 40-cı maddəsində göstərilmiş vəzifələrini bilməlidirlər. Onlar aşağıdakılardır: piyadalar səki ilə, piyada zolağı ilə, yol çiyinləri ilə, bunlar olmadıqda isə velosipedçilərin hərəkətini çətinləşdirməmək şərti ilə velosiped yolu ilə hərəkət etməli və ya ayırıcı zolağı olan yollarda hərəkət hissəsinin xarici kənarı ilə getməlidirlər. Bu zaman ehtiyatlı olmaq və yol hərəkətinin digər iştirakçılarına mane olmamaq lazımdır.

    - Zəhmət olmasa, 2010-cu ilin birinci yarım ili ərzində yol-nəqliyyat hadisələri sahəsində müşahidə edilən vəziyyət barədə məlumat verərdiniz.


    - 2010-cu ilin birinci rübündə 245 YNH baş vermişdir ki, nəticədə 88 nəfər həlak olmuş, zərərçəkənlərin ümumi sayı isə 231 nəfər təşkil etmişdir. Müqayisə üçün demək lazımdır ki, ötən ilin analoji dövrü ərzində 232 yol-nəqliyyat hadisəsi baş vermiş və nəticədə 76 nəfər həlak olmuş, zərərçəkənlərin ümumi sayı isə 208 nəfər təşkil etmişdir. Yəni ötən ilin birinci yarım ilinin göstəriciləri ilə müqayisədə YNH-lərinin ümumi sayı 13, YNH nəticəsində həlak olanların sayı 12 nəfər, yaralananların sayı isə 23 nəfər çoxalıb. Bu YNH-lərinin əsas səbəblərindən biri avtomobil vasitələri sürücülərinin sürət həddini aşması olub. Bu səbəbdən 134 YNH (54,7%) baş vermiş, həmin hadisələrdə həlak olanların sayı 62 nəfər (70,4%), zərərçəkənlərin sayı isə 101 nəfər (43,7%) təşkil edib. Ötmə qaydalarının pozulması 61 yol-nəqliyyat hadisəsinə (24,9%) səbəb olmuş və nəticədə 18 nəfər (20,5%) həlak olmuş, daha 74 nəfər (32%) yaralanmışdır. Əməkdaşlarımız avtomobil vasitəsinin sürət həddini aşmış 4.437 sürücü və ötmə qaydalarını pozmuş 4.492 sürücü aşkar etmişdir. Bu rəqəmlər bütövlükdə ümumi qayda pozuntularının 7,4%-ni təşkil edir.
    Statistika göstərir ki, cari ilin birinci rübündə baş vermiş yol-nəqliyyat hadisələrinin əksəriyyəti Heydər Əliyev, Ziya Bünyadov, Qara Qarayev, Babək, Nobel prospektlərində, eləcə də Bakı-Astara, Bakı-Şamaxı-Quba magistral yolunda baş verib. Sadalanan yerlərdə baş vermiş YNH-ləri ümumi sayın 30,6%-ni, həlak olanların 33%, yaralananların isə 23,8%-ni təşkil edib.

    - Bu il aprel ayının 15-dən may ayının 15-nə kimi «Yol hərəkəti təhlükəsizliyi aylığı» keçirilib. Bu barədə nə deyə bilərsiniz?


    - Hər il Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən yol hərəkətinin təhlükəsizliyini təmin etmək üçün tədbirlərin gücləndirilməsini nəzərdə tutan «Yol hərəkəti təhlükəsizliyi aylığı» keçirilir. Bu il keçirilən «Yol hərəkəti təhlükəsizliyi aylığı»nın ilk 15 günlük nəticələrinə əsasən, 3078 piyada barəsində protokol tərtib edilmiş və həmin piyadalar yol hərəkəti qaydalarını pozduqlarına görə inzibati məsuliyyətə cəlb olunmuşdur. Müqayisə üçün qeyd etmək lazımdır ki, 2009-cu il ərzində 4.129 piyada inzibati məsuliyyətə cəlb olunub.
    Piyadalar nəqliyyat vasitəsini səkilərdə, dayanacaqlarda, onlar olmadıqda isə yol hərəkətinə maneə yaratmamaq şərti ilə yol kənarlarında gözləməlidirlər. Hərəkətin tənzimləndiyi yerlərdə piyadalar tənzimləyicinin və ya işıqforun işarələrinə əməl etməlidirlər. Piyada yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar olmadıqda yolun hərəkət hissəsində ləngiməməli və dayanmamalıdır. İşartılı mayakları və xüsusi səs siqnalları olan nəqliyyat vasitəsi yaxınlaşan zaman piyadalar yolun hərəkət hissəsinə çıxmamalı və ya dərhal onu tərk etməlidirlər. Piyadalar yalnız qabaqcadan özləri və digər hərəkət iştirakçıları üçün təhlükənin olmadığına əmin olduqda yolun hərəkət hissəsinə çıxa bilərlər. Görünmə zonasında keçid və ya yolayrıcı olmadıqda, ayırıcı zolaq olmayan və sədd çəkilməyən, hər iki tərəfdən yaxşı görünən sahələrdə hərəkət hissəsinin kənarına nisbətən yolu düzbucaq altında keçməyə icazə verilir. Sutkanın qaranlıq vaxtı piyadalar yolun işıqlanmayan hissələrində yalnız görünüş dairəsində nəqliyyat vasitəsi olmadıqda keçməlidirlər. Piyadaların günahı üzündən baş verən YNH-lərinin əksəriyyəti piyadaların yuxarıda sadalanan bəndlərə əməl etməmələri səbəbindən olur.

    - Yol Polisi İdarəsinin əməkdaşları sürücülərin avtomobil vasitələrini səkilərdə saxlamaları ilə necə mübarizə aparırlar?


    - Bu vacib məsələ barədə demək istəyirəm ki, göstərilən amil qaydanı pozan şəxs barəsində inzibati protokol tərtib edilməsi və onun cərimələnməsi ilə nəticələnir. Bununla belə, səkidə saxlanılan avtomobil vasitəsinin sahibi yaxınlıqda olmadıqda, o, evakuator vasitəsilə qaldırılır və cərimə meydançasına aparılır. Sürücü belə pozuntuya görə 40 manat həcmində cərimə olunur.

    - Təmir işləri və ya hava şəraiti ilə əlaqədar olaraq paytaxtın bəzi yolları arabir bağlanır. Sürücülər bu barədə KİV vasitəsilə məlumatlandırıla bilərlər. Sizin radio, televiziya və digər informasiya vasitələri ilə işləriniz hansı səviyyədə qurulub və Sizin nəinki xəbər vermək, həmçinin bu cür xəbərləri nəzarətdə saxlamaq imkanınız varmı?


    - Strukturumuzun əməkdaşları yol hərəkəti iştirakçılarının məlumatlandırılması və àlternativ yollardan istifadə edə bilmələri üçün sürücüləri bu kimi hallar barədə radio və ya televiziya vasitəsi ilə vaxtında xəbərdar etməyə çalışırlar.


    Müsahibəni apardı
    İskəndər Quliyev

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 702
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30