Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Özümüz
    Axı biz meymun deyilik…

    Hər bir insan özünü ağıllı hesab edir. Bu təbii prossesdir. Heç kim özünə dəli demir və yaxud da kimsənin onun haqqında bu cür mənfi ifadələr işlətməsilə qətiyyən razılaşmır. Amma təvazökar insanlar və daha çox ağıllı olanlar bu barədə danışmaqdan ümumiyyətlə  çəkinirlər. Çünki, onları ağılları idarə edir, bəzilərini isə hissləri…

    Azərbaycan teleməkanı bərbad durumdadır. Bu virus ölkədə mövcud olan 11 radio kanalı, 8 ümumrespublika, 14 regional və 13 kabel televiziya kanalının demək olar ki, hamısına keçib. Təbii ki, hamısı deyəndə ümumi mənzərə nəzərdə tutular. Ancaq bəzi proqramlar da var ki, necə deyərlər, baxmağa dəyər.
    Son illər efir məkanımızı izləyən hər bir ağılı başında olan tamaşaçı bunu açıq-aydın hiss edə bilər. Gün ərzində efirə gedən təkrar xəbərlər, bayağı şou verilişləri, milli-mənəvi dəyərlərimizə - ailə mentalitetimizə təcavüz edən gicgicə müəllif proqramları, milli mətbəximizə yad olan yemək-içmək qonaqlıqlarını seyr etdikcə yazılı mətbuatın varlığına şükür edirsən.
    Konkret televiziya adı çəkmək istəmirəm. Nədən ki, hamısı bir gündədir, oxşar müəllif proqramlarına baxıb xəcalət çəkmək əvəzinə, yeni bir ideyanı gerçəkləşdirən dahilər kimi ətrafa poz verirlər.  
    Əlbəttə, mətbuat cəmiyyətin güzgüsüdür. Elektron media isə bu güzgünün daha böyük ölçüsüdür. Təəssüf ki, biz bu güzgüdə özümüzü görə bilmirik. Daha doğrusu özümüzü göstərmirlər. Bəlkə elə Allah eləməmişkən həqiqətən də millət etibari ilə bu qədər cılızlaşmışıq, mental dəyərlərimizdən uzaqlaşmışıq? 
    Yazılı mətbuatdan fərqli olaraq, elektron mediya hər evə daxil ola bilir. Necə daxil olur?
    Bu bir acı həqiqətdir ki, televiziyalarımız haqqında müsbət fikir söyləmək çox çətindir. İstər yaradıcı heyyət, istər aparıcılar, istərsə də onları istiqamətləndirən başbilənləri bu işi vicdanla yerinə yetirə bilmirlər. Baxmayaraq ki, vicdanlı, obyektiv, qərəzsiz olduqlarını iddia edirlər. 
    Bizə xəbər deyil, dərd daşıyırlar, sosial problemlərimizi qabartmırlar, əksinə onları yaradırlar. Belə olan təqdirdə niyə bu güzgüyə baxmaq zorundayıq. Əlbəttə, kimsə bunu bizə məcbur etmir. Amma vətəndaş-tamaşaçı olaraq televiziyalara baxmaq istəyirik. Baxanda isə dəli oluruq, iyrənirik. Bəlkə də bu cür bəd düşünməyim kimlərinsə xoşuna gəlməyə bilər, onlara hörmətlə yanaşıram. Reallıq isə bəndənizin nə qədər haqlı olduğunu göstərir.  
    Bəli, axı biz meymun deyilik. Bəs onda telemaqnatlar niyə bizi meymun yerinə qoyurlar?! 
    Professor Şahlar Əsgərovun bir xeyli əvvəl oxuduğum “Düşüncə Tərzi” kitabında (Bakı, 2008) belə bir maraqlı fikirlə qarşılaşmışdım: “Yaxşı vərdişlər çətinliklə əldə olunur, ancaq onlarla yaşamaq asandır. Pis vərdişlər, əksinə asan öyrənilir, ancaq onlarla yaşamaq çətindir”.
    Görünür, telekontingentimiz asan yolla öyrəndikləri pis vərdişlərlə yaşamağa məhkumdurlar. Üç dayazın yaxşı gələn avazı… Zaman yaxşı mənada artist, pis mənada isə təlxəklərin zamanıdır. Bunu müasir dünyamızda görməyən yoxdur. İnsanlar bir çox hallarda nəyinsə xatirinə özünü bərbad hala salır. Bəlkə də bu ona heç lazım da deyil, əlavə gəlir də gətirmir, amma danışmaq, boş yerə də olsa söz demək, daim gündəmdə qalmaq xatirinə özlərini insan cildindən belə çıxarmaqdan çəkinmirlər. Niyə belə edirldər? Görəsən onların qazancı nədir?
    Müasir həyatda biz hər an bu həqiqətin şahid oluruq. Həyalı adamlar özlərindən böyüklərlə danışanda belə qızarır, həyadan pörtürlər. Amma tamahkar adamlar heç narahat da olmur, bütün istəklərini ifadə edir və istəyirlər.
    Bu günlərdə ATV-də yayımlanan “El içində” verilişinə baxırdım. Verilişin mövzusu kitab oxumaq barədə idi. Verilişin qonaqları da cəmiyyətdə kifayət qədər tanınan, ölkəyə fayda verən ziyalılar və fəaliyyətləri boyu yalnız özlərinə, qohum-əqrabalarına fayda verən oxuyançılar idi.
    Ziyalılar kitab işi – onun çapı, satışı ilə məşğul olan qonaqlardan ibarət idi. Onlar oxuyançılara başa salmağa çalışırdılar ki, hər gün müxtəlif telekanallarda özünüzü, mətbəxinizi, yataq otağınızı, dəst-dəst alt və üst paltarlarınızı, maşınlarınızı, it-pişiklərinizi reklam etdirərkən, heç olmasa kitab rəfinizi də nümayiş etdirin. Bununla da sizi sevən elə siz səviyyəli pərəstişkarlarınızın kitaba qarşı marağı oyansın. Əgər kitab rəfiniz yoxdursa, ziyanın yarısından da qayıtmaq olar, evinizdə, şəxsi ofislərinizdə onu yaratmağa çalışın. Heç olmasa evdə, ofisdə sağa-sola şütüyündə oxumasanızda o kitablar diqqətinizi çəksin. Oxuyançılar isə nə yazıq ki, ziyalıların bu göydəndüşmə təklifini təpki ilə qarşıladılar.
    Bəli, veriliş boyu insanı heyrətə gətirən söz-söhbətlərə şahidlik etdik. Azərbaycan oxuyançılarının hansı səviyyədə olduqlarına bir daha şahid olduq. Onların özlərini sənətçi adlandıraraq millətin genefonduna, müsiqi duyumuna necə təcavüz etdiklərini gözlərimizlə gördük. Acı həqiqətdir, elə deyilmi?
    Təbii ki, ziyalıların ağıllı təkliflərinin təpki ilə qarşılanması gözlənilən idi. Onlardan yalnız birini – Şahbaz Xuduoğlunun oxuyanlarla aralarında baş verən mübahisə məni bu məsələyə münasibət bildirməyə məcbur etdi. Məqsədim Şahbaz bəyi müdafiə etmək deyil. Düşünürəm ki, buna ehtiyac da yoxdur. Amma ziyalının, haqqın, ölkənin mənafeylərinin müdfiəsi hamımızın borcudur. Biz danışmasaq təlxəklər söz haqqımızı belə əlimizdən alacaqlar. Necə ki, musiqimizi əlimizdən alıblar. 
    Mən onları müğənni və yaxud da xanəndə adlandırmadığım üçün oxuyanlar deyə müraciət edirəm. Çünki Elarizi, Xatirəni və Elzanı xanəndə adlandırmaq, məni (müəllifi) Həsən bəy Zərdabi ilə müqayisə etməyə bənzəyəcək. Ona görə nə onları xanəndə adlandırıram, nə də özümü ustadımız, böyük ədib, Azərbaycan mətbuatının banisi Həsən bəyə bənzədirəm. Onlar nə karədir ki, müğənni, xanəndə ola, mən də kiməm ki, Həsən bəy Zərdabi…
    Yuxarıda qeyd etdiymi kimi, ziyalı tərəf Elariz, Xatirə və Elza üçlüyünə kitab almağın, bununla da kifayətlənməyərək aldığın kitabın oxumağın fəlsəfəsini, əhəmiyyətini izah etməyə çalışırdılar. Abunə mədəniyyətinin bütün ölkələrdə, xüsusən də Türkiyədə artist təbəqəsi arasında çox güclü inkişaf etdiyini xatırladaraq bizdə də bu sistemə keçidin zəruriliyini anlatmaq istəyirdilər. Amma ziyalıların bu istəyi oxuyanlar üçlüyünə çatmırdı. Onlar ümumiyyətlə abunənin nə olduğunu bilmirdilər.
    Hətta Elza Seyidcahan adlı oxuyan veriliş boyu danışmaqdan yorulmayaraq danışa-danışa da özünü rüsvay edirdi. Gaha qəzetlərə abunə olduğunu bəyan edir, amma hansı qəzetə onun adını çəkə bilmir, gah maşında belə kitab oxuduğunu iddia edir, amma hansı kitab, onu deyə bilmirdi. Beləliklə, həm tamaşaçıları aldadır, həm də yalan danışaraq özünü biabır edirdi. Mənə və bəlkədə çox minli tamaşaçılara maraqlısı odur ki, bu xanım oxuyanı yalan danışmağa hansı qüvvə vadar edirdi. Bəlkə bu xanımı yalan danışmağa məcbur edirdilər. Çox maraqlıdır, hadisədən bir neçə gün keçməsinə baxmayaraq bənbəniz bu mənfur ağ yalanı həzm edə bilmir. Axı, Elza Seyidcahan niyə məni aldatmalıdır. Bir tamaşaçı olaraq öz yalanları ilə niyə məni təhqir etməlidir?
    Nəhayət uzun-uzadı fikirləşəndən sonra belə qənaətə gəldim ki, Elza Seyidcahan yalan danışmağa öyrəncəlidir. Əgər belə olmasaydı axı niyə efirdə yalan danışırdı?
    Elza xanımla bağlı digər bir nüans isə onun veriliş boyu toxunulan bütün məsələlərə yersiz münasibət bildirmək cəhdində bulunması idi. Bəlkə də bununla oxuyançı xanım hər şeyi hamıdan daha yaxşı bildiyini iddia etməsindən qaynaqlanırdı. Yəni insanda bu qədər özündən müştəbehlik ola bilərmi? Deməli, ola bilər və biz bunu Elza Seyidcahanın timsalında bir daha yaşadıq. Bu xanım oxuyançı nədənsə fikirlərini qəzəblə, hikkə ilə qarşı tərəfə yeritməyə çalışırdı. Bu isə onu daha da uçuruma aparırdı.
    Bəli, qəzəblənərkən insan ağlını demək olar ki, itirir. Elə bu zaman da böyük faciələr başlayır. Qəzəb (hirs) zamanı insan hər cür hadisə törədə bilər. Fəqət, hirsi soyuyandan sonra peşmançılıq çəkir. Sonrakı peşmançılıq isə artıq heç bir fayda vermir.
    Xatirə xanım hiss olunurdu ki, Elza və Elarizdən daha ağıllı görünürdü. O, məlumatı olmadığı məsələlərə münasibət bildirməməyə çalışırdı. Amma Elza Seyidcahan bunu hiss edir və ara-sıra onu da təxribata çəkməyə cəhd göstərirdi.        
    Elariz isə artıq bu təxribatın içində idi. O Şahbaz bəyə dayaz təxəllüsü qoşamaqdan belə çəkinmədi. Dünyanın işinə bax, təlxək bir oxuyançı ölkənin ziyalısına dayaz deyir. Dağılasan a dünya!
    Bəli, dağılmalı dünyadır. O dünyadakı Elarizə çəpik çalan tamaşaçı var, onun oxuduğu mahnıları dinləyən gənclik var, bu dünya dığılsa, altı-üstünə çevrilsə  yaxşıdır. Nədən ki, Elarizin oxuduğu mahnıları dinləyən gənclikdən bu məmləkət hansı faydanı götürəcək, onun ifasında müasir gəncliymizdə vətənə məhəbbət necə formalaşacaq? 
    Bax, bu sual hamımızı düşündürməlidir. Ən azı ona görə ki, hər birimizin evində gənclik var və yaxud da sabahın gənclik statusunu alacaq fidanlarımız böyüyür…

    Niyaz NİFTİYEV

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 1185
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30