Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Azərbaycan-Türkiyə əlaqələri konteksində Naxçıvan
    Naxçıvan Ali Məclisi sədrinin ötən ayın axırlarında Türkiyənin dövlət, hökumət  başçıları, Türk Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi və digər şəxslərlə səmimi görüşlərini, xoş münasibətlərini müxtəlif telekanallarda izləyəndə, düzü bir vətən övladı kimi qəlbim iftixar hissi ilə doldu. Təkcə o mənada yox ki, Türkiyə-Azərbaycan münasibətləri dərin tarixi köklərdən qaynaqlanır, müasir mərhələdə də daha geniş xarakterli miqyas alıb. Avropanın böyük və qüdrətli dövlətlərindən, səlahiyyətli söz sahiblərindən biri sayılan Tükiyədə məmləkətimizin ayrılmaz bir parçası olan, iyirmi ilə yaxın bir müddətdə məkrli erməni qonşularımızın taqsırları ucbatından iqtisadi blokada şəraitində yaşayan bölgəyə bu qədər sevgi və məhəbbətin olması da qururvericidir. 

    Həm də o mənada ki, Qafqazda geosiyasi proseslərin hələ də səngimədiyi, ermənilərin torpaqlarımıza qarşı iyrənc və məkrli iddialarının gücləndiyi bir vaxtda dünyanın aparıcı  dövlətləri də qədim oğuz-türk yurdu olan Naxçıvanın bu günki varlığından, onun keşməkeşli tarixindən, sosial-iqtisadi durumundan və sabahkı həyatından yeni informasiyalar əldə edə bildilər.
    Ali Məclis sədrininin qardaş və dost Türkiyəyə bu dəfəki rəsmi səfəri mənə nədənsə ötən illəri xatırlatdı. O vaxtları ki, milli zəmində münaqişələr yenicə başlanmışdı, təpədən-dırnağadək silahlanan erməni yaraqlıları öz havadarlarına arxalanaraq  torpaqlarımıza qarşı təzavüzlər edirdilər. Onda  “taleyin ümidinə buraxılmış bir adanı” xatırladan Naxçıvan həqiqətən də ağır və məşəqqətli günlərini yaşayırdı. Ermənilərin yeritdiyi məkrli siyasət nəticəsində Muxtar Respublika ölkəmizin əsas ərazisi ilə birbaşa nəqliyyat-kommunikasiya əlaqələrindən məhrum olmuş, iqtisadi blokadanın ağrı və acıları ilə üz-üzə dayanmışdı. Elektrik enertjisinə olan təlabat təxminən səkkiz-on faiz həcmində ödənilirdi. Təbii qaz xətti kəsilmişdi. Dəmiryol nəqliyyatında qatarların hərəkətinin dayanması vəziyyəti daha da ağırlaşdırmışdı. Qışın sərt şaxtalı günlərində  evləri, mənzilləri qızdırmaq üçün odun, kömür, neft tapılmırdı. Ərzaq məhsulları, xüsusən un sarıdan da ciddi çətinlikər var idi. Bəzən çörək, un müəssisələrində iki-üç günlük ehtiyat da yaratmaq müşkülə dönürdü. Çörək mağazaları qarşısında uzun növbələr dayanırdı. Digər tərəfdən də bu cür ağır iqtisadi durumda erməni yaraqlılarının sərhəd kəndlərinə təcavüzkar hərəkətləri aram vermirdi. Mərkəzdə siyasi qüvvələrin  başı hakimiyyət mübarizəsinə qarışdığından düşmənlərlə üz-üzə dayanan bölgə yada düşmürdü.
    Təbii ki, Muxtar Respublika ağır sınaqlar, mərhumiyyətlər qarşısında idi. Xoşbəxtlik bircə onda idi ki, Heydər Əliyevtək dünya siyasətinin böyük korifeylərindən biri  Naxçıvanda yaşayırdı və Muxtar Respublikaya rəhbərlik edirdi. Bütün ümidlər də yalnız dahi şəxsiyyətə dikilmişdi. Sonralar bununla bağlı o, belə deyəcək idi: “Görünür mənim Naxçıvana gəlişim taleyin işi imiş...”
    Dahi öndər isə Naxçıvanın xilası naminə mübarizəsinə indiyədək bizə həm yaxın-həm də uzaq olan qonşu xarici dövlətlərlə mədəni-iqtisadi əlaqələrin yaradılmasından başladı. Bu əlaqələr bölgəni labüd fəlakətdən xilas etdi. Regionun həyati tələbatlarını ödəmək, kommunikasiya əlaqələrini bərpa emək üçün Türkiyə və İran dövlətlərilə protokollar imzalandı. İctimai-siyasi həyat tədricən normallaşdı. Böyük uzaqgörənliklə həyata keçirilən tədbirlər Muxtar Respublikanın bu günki mövcudluğu və varlığı üçün bəlkə də yeganə vasitə oldu.
    Tarixin ən çətin, mürəkkəb mərhələlərində  Naxçıvana mənəvi, siyasi dayaq olan, onun doğma Azərbaycandan ayrılıb  düşmən əlinə keçməsinin qarşısını alan, bölgənin muxtariyyatının beynəlxalq qarantı olan Türkiyə ilə əlaqələrin yaradılması xüsusi əhəmiyyət kəsb etdi. Türkiyə Cumhuriyyətinin yaradıcısı olan Mustafa Kamal Atatürk də 1918-1920-ci illərdə Naxçıvanın yadelli düşmənlərdən qorunmasında böyük uzaqgörənlik nümunəsi göstərib. “Naxçıvan türk dünyasının qapısıdır” deyən böyük ondər öz ölkəsinin çətin durumunda erməni daşnakları ilə mübarizəyə köməklik məqsədi ilə Kazım Qarabəkir paşanın rəhbərliyi altında Naxçıvana böyük ordu göndərib. Onların köməklikləri ilə cəllad Andronikin rəhbərlik etdiyi daşnaq yaraqlıları qovulub. 1921-ci il oktyabrın 13-də Qarsda Cənubi Qafqazın sovet respublikaları ilə Türkiyə hökuməti arasında, Sovet Rusiyasının iştirakı ilə imzalanan beynəlxalq müqavilədə Naxçıvanın muxtariyyət məsələsi də öz əksini tapıb. Həmin müqavilənin beşinci maddəsində göstərilir ki, “Türkiyə hökuməti, Sovet Ermənistanı və Azərbaycan hökumətləri Naxçıvan vilayətinin hazırkı müqavilənin 3-cü əlavəsində göstərilən sərhəd daxilində Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil etməyə razıdırlar”. Müqavilənin fəaliyyət müddəti də məhdudlaşdırılmayib. O bu gün də qüvvədədir.
    Türkiyənin qüdrətli  dövlət və siyasi xadimlərindən biri olan Süleyman Dəmirəl də Türkiyə-Azərbaycan əlaqələrinin inkişafında Naxçıvan Muxtar Respublikasının rolunu yüksək qiymətləndirib. Onun fikrincə, Heydər Əliyev erməni təcavüzü nəticəsində blokadaya məhkum olunmuş Naxçıvana rəhbərlik etdiyi dövrlərdən  Türkiyə ilə münasibətlərə xüsusi əhəmiyyət vermiş, bu hesaba ölkələrimiz arasında faydalı əməkdaşlığa nail olunmuşdur.
    “Naxçıvan türk-islam dünyasına bir qapıdır”- söyləyən Naxçıvan  Ali Məclisinin sədri Heydər Əliyevin Türkiyə Respublikasına ilk rəsmi səfəri 1992-ci ilin martında həyata keçirilmiş, səfər zamanı Türkiyə prezidenti Turqut Özal, Baş nazir Süleyman Dəmirəl və digər rəsmi şəxslərlə görüşləri olmuşdur. Görüşlərdə əsas müzakirə edilən məsələ isə unudulmaqda olan Qars müqaviləsini yenidən gündəmə gətirilməklə Ermənistanın  Azərbaycana qarşı təcavüzü və Naxçıvanın düşdüyü ağır vəziyyət olmuşdur. Səfərin nəticəsi olaraq Türkiyənin baş naziri ilə Naxçıvan Ali Məclisinin sədri arasında birgə imzalanan protokolda bütün sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi əksini tapmışdır.
    1992-ci ilin may ayı isə, Azərbaycanın, eləcə də Naxçıvanın müasir tarixinin ən mürəkkəb və gərgin dövrünü əhatə edir. Həmin ayda Bakıda siyasi qüvvələr arasında hakimiyyət davası qızışdığından və onların Qarabağı yaddan çıxarmalarından istifadə edən ermənilər ölkəmizə qarşı hücumlarını genişləndirlər. Ermənilər Şuşa və Laçın şəhərlərini ələ keçirməklə Dağlıq Qarabağın işğalını başa çatdırdılar. Məkrli düşmənlərimiz yaranmış şəraitdən istifadə edərək Naxçıvana qarşı hərbi təzavüzləri də  gücləndirdilər. Başlıca niyyətləri də bölgənin işğalına yönəlir, ağır və gərgin döyüşlər gedirdi. Yalnız Heydər Əliyevin gərgin siyasi, diplomatik səyləri nəticəsində məkrli planların qarşısı alınır. Bu dəfə də qardaş Türkiyə dövləti öz sözünü deyir. Mayın 18-də Heydər Əliyev Ermənistanın Naxçıvana təcavüzünün dayandırılması üçün Türkiyədən kömək göstərilməsini xahiş edir. Həmin gecə Türkiyə hökuməti xüsusi bəyanatla çıxış edərək 1921-ci il Qars müqaviəsinə əsasən Naxçıvan haqqında söz sahibi, onun muxtariyyətinin qarantı olduğunu bir daha bütün dünyaya bəyan edir. Məhz bu bəyanatdan sonra dünyanın 57 dövləti  Ermənistanın təcavüzkar hərəkətlərini pisləyir.
    Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında 1992-ci ilin mayın 28-də açılan “Sədərək-Dilucu” körpüsü mühüm rol oynayır. Körpünün rəsmi açılışında iştirak etmək üçün Türkiyənin baş naziri S.Dəmirəlin başçılığı ilə böyük nümayəndə heyəti Naxçıvana gəlmiş, bölgə ilə ətraflı tanış olmuşlar. Muxtar Respublikanın ictimai-iqtisadi həyatında mühüm mərhələ olan, iki qardaş xalqın uzun illər qovuşmaq arzusunu yerinə yetirən “Ümid“ körpüsünün istifadəyə verilməsi böyük təntənə ilə qeyd olunmuşdu. Körpünün açılış mərasimində, - “bu gün burada cərəyan edən hadisə tək bir körpünün açılışı deyildir. Cərəyan edən əsas hadisə 70 il bir-biri ilə qürbətdə, həsrətdə qalmış qardaşlarımızın yenidən görüşməsidir, bu coşğunluğu anlaya bilmək lazımdır. Bu bir birlik, milli coşğunluqdur”,-deyən S.Dəmirəl onu da əlavə edib ki, “qardaşlıq, dostluq bundan sonra daha da sıx olacaq. Türkiyə ilə Azərbaycan, ona bağlı Naxçıvan arasında əlaqələr genişlənəcək, adamlar bir-birləri ilə yaxınlaşacaqlar”.
    Naxçıvan Muxtar Respublikasının Türkiyə ilə əlaqələri Azərbaycan-Türkiyə əlaqələri konteksində sonrakı illərdə də yüksələn xəttlə inkişaf edib. Muxtar Respublika Ali Məclisinin sədri Vasif Talıbovun qardaş və dost ölkəyə ilk rəsmi səfəri isə 1996-ci ilin martın 12-17-si arasında olub. Bu səfər çərçivəsində aparılan danışıqlar da muxtar respublikanın mövcud problemlərinin həlli istiqamətində olub. Ali Məclis sədrinin səfər müddətində Türkiyənin bütün ali rəhbərliyi-prezident, baş nazir, parlamentin spikeri görüş və söhbətləri də bölgəyə olan daimi diqqət və qayğısının sübutu olub.
    2008-ci ilin iyun ayında Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın geniş tərkibli nümayəndə heyəti ilə Naxçıvana səfəri də böyük siyasi məna daşıyıb. Azərbaycan-Türkiyə münasibətlərinin daha da möhkəmlənməsinin regional əməkdaşlığa böyük töhfə olduğunu bildirən Prezident Ilham Əliyev mətbuat üçün bəyanatında Türkiyənin  hökumət başçısının bölgəyə bu səfərini yüksək qiymətləndirərək, “bunun çox böyük siyasi mənası var. Naxçıvan o yerdir, o şəhərdir, o respublikadır ki, Türkiyə ilə Azərbaycan arasında yeganə sərhəd buradadır”,-deyib. Dövlət başçısı onu da əlavə edib ki, Naxçıvanın inkişafında, xüsusilə onun 1990-cı illərin əvvəllərində yaşanan böhranlı vəziyyətdən çıxmasında Türkiyə ilə olan əlaqələr, körpünün tikilməsi və bütövlükdə Türkiyədən alınan dəstək çox mühüm rol oynayıb.
    Türkiyənin Baş naziri isə, bizim bugünkü danışıqlarımızın, görüşümüzün Naxçıvanda olmasının bir anlamı, mahiyyəti var, deyərək bu səfərin həm də  bölgəyə və dünyaya bir mesaj olduğunu bildirib.
    Ötən ilin okytyabr ayının 2-də və 3-də Türkdilli Ölkələrin Dövlət Başçılarının  Doqquzuncu Zirvə görüşünün Naxçıvanda keçirilməsi də Muxtar Respublikanın dünya miqyasında tanıdılmasında önəmli rol oynayıb.
    Naxçıvan Muxtar Respublikası  Ali Məclisinin sədri  Vasif Talıbovun Türkiyəyə son rəsmi səfəri və burada keçirdiyi görüşlər də xarici və yerli mətbuatda geniş müzakirə mövzusuna çevrilib. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun dəvəti ilə reallaşan bu səfərdə Naxçıvan Ali Məclisinin sədri Türkiyənin dövlət və hökumət başçıları, ordu rəhbərliyi və digər rəsmi şəxslərlə görüşüb.
    Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla və xarici işlər naziri ilə görüşlərdə Türkiyə ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında əməkdaşlığın perspektivləri müzakirə olunub. Türkiyə Hava Yollarının Naxçıvana reyslər açması, Qars-Naxçıvan dəmiryolu, İqdır-Naxçıvan magistral qaz kəmərinin çəkilməsi kimi iri iqtisadi layihələrin müzakirəsi regionun gələcək inkişafından xəbər verir. Türkiyə hökuməti regional əməkdaşlığı  gücləndirmək üçün 3 dövləti-Türkiyə, Azərbaycan və İranı əhatə edəcək sərhəd qapisının yaradılması üzrə də iş aparır.
    Türkiyənin xarici siyasət idarəsinin başçısı Əhməd Davudoğlu bildirib ki, Türkiyə- Azərbaycan əlaqələrinin ən çox inkişaf etdiyi bölgələrdən biri Naxçıvandır. Naxçıvanın təhlükəsizliyi və rifahı bizim təhlükəsizliyimiz və rifahımızdır.     
    Türkiyəyə səfərə dəvətə görə təşəkkürünü bildirən Ali Məclisin sədri deyib ki, bu gün aparılan müzakirələr onu deməyə əsas verir ki, tarixi, adəti, dili, dini ilə bir-birinə bağlı olan Azərbaycan-Türkiyə əlaqələri, habelə Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanın Türkiyə ilə əməkdaşlığı bundan sonra da davam edəcək və daha möhkəm təməllər üzərində inkişaf edəcəkdir.
    Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisi, ordu generalı İlkər Başbuğla görüş və hərbi  əməkdaşlıq məsələlərinin  müzakirəsi isə siyasi təhlükəsizliyin təminatı olub.
    Səfərin sonunda isə Çankaya köşkündə Türkiyə Prezidenti Abdullah Gül Naxçıvan Ali Məclisi sədrini qəbul edib. Görüşdə Naxçıvan MR ilə Türkiyə arasında əlaqələrin yüksək səviyyədə olduğu vurğulanmış, əməkdaşlığın perspektivləri müzakirə edilmişdir.
                                                                     ***
    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun Türkiyəyə səfəri indiki ərəfədə dünyaya, o cümlədən Ermənistana mesaj vermək baxımından faydalı qiymətləndirilir. Politoloqların fikrincə, Ali Məclis sədrinin Türkiyə rəhbərliyi ilə görüşdə Qars müqaviləsini yenidən gündəmə gətirməsi faydalı məsələ olub. Onların fikrincə, ötən əsrin 90-cı illərində ulu öndər Heydər Əliyev Türkiyəyə rəsmi səfəri çərçivəsində  Qars müqaviləsini gündəmə gətirməklə erməni təcavüzkarlarını yerlərində otuzdura bilib.
    Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun, “Qars müqaviləsinin keçərliliyi məsələsində heç bir şübhə yoxdur. Bu müqavilə istər beynəlxalq hüquq, istərsə də Türkiyənin öhdəliyinə sadiqliyi baxımından möhkəmdir. Bu sənəddə mühüm maddələrdən biri olan Türkiyənin Naxçıvanın təminatçısı olması da çox açıqdır. Bu, beynəlxalq hüququn təsbit etdiyi kimi, Türkiyənin öhdəliyidir. Bu öhdəlik əbədiyyətə qədər davam edəcəkdir”,- sözləri isə məkrli qonşularımızı  ciddi  narahat edib.
    Bir sözlə, dünənə qədər əyalət mərkəzini xatırladan, iqtisadi blokadanın çətinlikləri ilə üzləşən Naxçıvan indi yalnız regional deyil, dövlətlərarası əməkdaşlıqda da yaxından iştirak edir. Azərbaycan-Türkiyə əlaqələri konteksində Naxçıvan daha aparıcı rola malikdir. Bütün bunlara isə o özünün ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafı ilə nail ola bilib. Təməli xalqımızın ümümmilli lideri Heydər Əliyev tərəfindən qoyulan, bu gün ölkə prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət düşmən mühasirəsində yaşayan Naxçıvanın daha da möhkəmlənməsinə xidmət edir. Artıq Naxçıvan cəlbedici regiona və etibarlı tərəfdaşa çevrilir, dünya dövlətləri tərəfindən də qəbul olunur. Bu gün Muxtar Respublika ilə İran İslam Respublikası, Avstriya arasında da yaxın və sıx əməkdaşlıq əlaqələri hökm sürür.
    M.MƏMMƏDOV
    əməkdar jurnalist

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 769
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30