Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Şuşa məscidi bərpa olunacaqmı?
    Şuşadakı Azərbaycan məscidi bərpa olunanda mütləq Azərbaycan mütəxəssislərinin rəyi nəzərə alınmalı, bununla bağlı Azərbaycana müraciət olunmalıdır. Bu barədə açıqlamanı jurnalistlərə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Hidayət Orucov Dünya Dini Liderlərinin ümumdünya sammitində iştirak etmək üçün Bakıya gələn bütün ermənilərin katalikosu II Qareginin Şuşa məscidinin bərpası ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib.
    O bildirib ki, sırf Azərbaycana məxsus Şuşa məscidinin saxtalaşdırılmasının qarşısını almaq üçün azərbaycanlı mütəxəssislərin rəyi nəzərə alınmalıdır.

    “Mən o məscidi çox yaxşı xatırlayıram. Məscid sırf Azərbaycan memarlığı üslubundadır. Onu başqa müsəlman ölkəsinin üslubuna oxşatmaq və ya təhrif etmək olmaz”,-deyən H.Orucov əlavə edib ki, ermənilər təkcə Dağlıq Qarabağ ərazisində deyil, işğal etdikləri bütün 20 faiz torpaqlarda milli, dini abidələrin hamısını məhv edib, qədim alban abidələrini isə qriqoryanlaşdırıblar. “Bu gün Ermənistan adlandırılan qədim Azərbaycan torpaqlarında məzarlıqlardan tutmuş məscidlərə, türbələrə, ziyarətgahlara qədər bütün milli və dini abidələrin hamısı məhv edilib. Şübhəsiz ki, Şuşa məscidinin bərpası ideyasının ermənilər tərəfindən gerçəkləşməsinə sadəcə görüntü kimi baxıla bilər. Çünki ölkə prezidenti bu barədə hər yerdə açıq danışır. Azərbaycan abidələrinə qarşı ermənilər tərəfindən soyqırımı və vandalizm törədildiyi beynəlxalq təşkilatlar tərəfindən artıq qəbul olunub. Bəlkə buna görə onlar sadəcə görüntü yaratmaq istəyirlər”,-deyən Komitə sədri bildirib ki, ermənilərin törətdiyi bütün vandallıqlara baxmayaraq, Bakıda, şəhərin mərkəzində erməni kilsəsi fəaliyyət göstərir. “Mən bu barədə II Qareginin özünə də dedim. Azərbaycan xalqı bu kilsəni hətta ən ağır günlərdə də qoruyub saxlayıb. Orada şəhərin böyük kitabxanalarından birinin kitab fondu yerləşir. Amma burada hər şey yüksək səviyyədə, səliqə-sahmanlıdır, yəni kilsədə ibadət də etmək olar. Qaregin mənə dedi ki, İrəvanda məscid bərpa olunub, lakin bu məscid İrandan müvəqqəti işləməyə gələnlər üçündür. Hətta Qaregin Bakıdakı həmin kilsədə keşiş kimi xidmət edib. O mənə Bakının tanınmaz olduğunu dedi və çox dərin fikrə getdi. Bu yəqin ki, yeni Bakının, Azərbaycanın inkişafının təsiri idi”,-deyə H.Orucov məsələyə münasibət bildirib.

    350-yə yaxın dini icma qeydiyyatına alınıb

    Ötən ilin payızından bu günə kimi 350-yə yaxın dini icma dövlət qeydiyyatına alınıb. Hidayət Orucov qeyd edib ki, 10-dan artıq dini icmanın qeydiyyatından imtina edilib. Qeydiyyatdan imtina olunan dini icmaların İslam və qeyri-islam təmayüllü olduğunu diqqətə çatdıran H.Orucov əlavə edib ki, imtinanın səbəbi onların  sənədlərinin qanunauyğun tərtib olunmamasıdır.
    H.Orucov Azərbaycanda qanunsuz dini fəaliyyətlə məşğul olanlara da münasibətini açıqlayıb. “Qanundankənar hərəkət edənlərə qarşı qanun çərçivəsində münasibət bildirilib və bildiriləcək. Dövlət Komissiyasının öz funksiyaları, hüquq-mühafizə orqanlarının isə öz səlahiyyətləri var. Bu, daha çox hüquq-mühafizə orqanlarının səlahiyyətlərinə aid olan məsələdir”,-deyə H.Orucov əlavə edib.

    Hidayət Orucov təltif edilib

    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Hidayət Orucov Rusiyanın Ali Ruhani İdarəsinin “III  dərəcəli Şöhrət və Şərəf” ordeni ilə təltif edilib. DQİDK-dən verilən məlumata görə, H.Orucov bu mükafata Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasına müntəzəm kömək göstərdiyinə görə layiq görülüb.
    Qeyd edək ki, dinlərarası sülhün möhkəmləndirilməsində xidmətlərinə görə və anadan olmasının 80 illiyi münasibətilə Rusiya İncəsənət Akademiyasının vitse-prezidenti Tahir Salahov və anadan olmasının 75 illiyi münasibətilə Azərbaycanın Respublikası Əsilzadələr Məclisinin sədri, yazıçı Maqsud İbrahimbəyov da “III dərəcəli Şöhrət və Şərəf” ordeni ilə təltif olunb.
    Moskva və  Bütün Rusiyanın Patriarxı Kirill Azərbaycanda rəsmi səfərdə olarkən ordeni Hidayət Orucov, Tahir Salahov və Maqsud İbrahimbəyova təqdim edib.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 608
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30