Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Çiçəklənən Azərbaycan
    Mayın 10-u ümmilli lider Heydər Əliyevin doğum günüdür

    Azadlıq, müstəqillik həm ayrıca bir vətəndaş üçün, həm də bütöv xalqlar, millətlər üçün ən müqəddəs, ən şirin nemətdir. Biz azadlığımızın, müstəqilliyimizin yolunu illərlə gözləmişik, mübarizə aparmışıq, bu yolda minlərlə şəhid vermişik. Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq bir o qədər mürəkkəb və ağır məsələdir. Qüdrətli və möhkəm dövlət olmadan azadlıq və müstəqillik də yoxdur.

    Tariximizin 1993-cü ilin 15 iyun günü - onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Vətənini, xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl Qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan bir insan - Heydər Əliyev idi.
    Heydər Əliyev öz gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi dəfələrlə söylədiyi məşhur kəlamına sadiq qaldığını sübut etdi: “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir”. Tarixin, dövrün, zamanın yazıları, əsrlərlə silinməyən, daim xatırlanan yaddaşı olduğu kimi, zaman da tarixin yol yoldaşı, bələdçisidir. Zamanı, bütöv bir dövrü, bəzən bir anı tarixləşdirən, əbədiləşdirən isə qüdrətli, müdrik, dahi şəxsiyyətlərdir. Tarix əbədiliyi, zaman dolğunluğu, keşməkeşliyi, bəşəriyyət isə azad, firavan həyatı üçün belə insanlara, şəxsiyyətlərə borcludur.
    Heydər Əliyevin müstəqil, tarazlı və cəsarətli siyasət yeritməsi bütün Azərbaycan xalqının diqqətini cəlb edir, ona ümidləri artırırdı. Bu gün isə həmin ümidlər onun layiqli davamçısı, Azərbaycanı günü-gündən gücləndirən prezident İlham Əliyevə dikilib. İslamın inkişafına
    çalışan şəxsiyyət… “Qurani-Şərifin bizə verdiyi tövsiyələr, dərs, göstərdiyi yollar paklığa, düzlüyə, doğruluğa, sədaqətə, qəhrəmanlığa, cəsarətə, cəsurluğa dəvət edən tələblərdir, tövsiyələrdir”. Quranı-Kərimin bütün kəlamlar bu gün Azərbaycanda Allahın yolu ilə getməyimiz üçün bir məşəldir.” Bəli, yuxarda qeyd olunan hər iki aforizm xalqımızın ümummilli lideri Heydər Əliyevə məxsusdur.
    Ümummilli lider Heydər Əliyev dinin, xüsusən də İslamın inkişafına çalışan şəxsiyyət idi. Heydər Əliyevin dini-mənəvi dəyərlərə qayğısı bu gün də – yəni onun yoxluğunda da hiss olunmaqdadır.
    Prezident İlham Əliyev bütün sahələrdə xalqın ümummilli liderinin siyasətini davam etdirdiyi kimi, dinlə bağlı problemlərin də həllinə bilavasitə yardımçı olur. Hakimiyyətə gəldikdən sonra ölkə ərazisində mövcud olan dini ocaqlarn, pirlərin, ziyarətgahlarn əsaslı təmiri ilə bağlı göstərişləri, maddi-mənəvi yardımlar prezident İlham Əliyevin dini-mənəvi dəyərlərimizə göstərdiyi qayğının bariz nümunəsidir. İlham Əliyev prezident kimi həm İran, həm də Səudiyyə Ərəbistanına səfərləri çərçivəsində müqəddəs yerləri səmimi qəlbdən, daxili duyğularn əhatəsində ziyarət edən çox nadir dövlət başçılarndandır. 
    Əlbəttə, ailə dövlətin kiçik bir formasıdır. Onu idarə etmək yüksək istedad tələb edir. Dahilərdən biri demişdir: "Ailə bir yumruğa bənzər, éóìðóãëàðû èñÿ áàðìàãëàð òÿøêèë åäèð, ÿýÿð barmaqlardan biri açılûáñà îíó kəsib atmaq lazımdır".
    Bu hədisdən belə məlum olur ki, ailə başçısı ailənin bütün ağırlıqlarını þç çiynində daşımalıdır. O, ailəsini ərsəyə yeòèðìÿê üçün bütün imkanlarından istifadə etməlè, onların ãèäàëàíìàñûíû, ən başlıcası èñÿ ailənin mənəviyyatını - əxlaq normalarını təmin etməli âÿ gələcək övladlarını şəxsiyyət kimi yetişdirməlidir.   Uğurlu neft
    strategiyası 1994-cü ildə Heydər Əliyevin neft strategiyasının reallaşdırılmasını təmin edən “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycan xalqının öz maddi sərvətlərinin, o cümlədən neftinin həqiqi sahibi kimi çıxış etməsinin təntənəsinə çevrilmişdir. Bu müqavilə ölkəmizin tarixində yeni dövr açmış, dinamik inkişafın təməlini təşkil edərək müstəqilliyimizin iqtisadi bünövrəsinin möhkəmlənməsi və Azərbaycanın bu gün dünyada analoqu olmayan templə davamlı inkişafı üçün zəmin yaratmışdır.
    1994-cü il sentyabrın 20-də Bakıdakı “Gülüstan” sarayında “Əsrin müqaviləsi” bağlandı. Dənizin dərinliyində yerləşən “Azəri”, “Çıraq”, “Günəşli”  yataqlarının işlənilməsi və məhsulun pay bölgüsü haqqında olan bu müqavilə 8 ölkədən (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya, Səudiyyə Ərəbistanı) 13 şirkət (Amoko, BP, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak edirdi. Bu müqavilə sonradan 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 26 Sazişin imzalanmasına yol açdı.
    1994-cü il dekabrın 12-də Milli Məclis “Əsrin müqaviləsi”ni ratifikasiya etdi. “Əsrin müqaviləsi” tarixə Heydər Əliyevin hakimiyyəti dövründə neft strategiyasını müəyyən edən ilk iri iqtisadi sənəd oldu. Bu sənəd həm də Azərbaycanı çətin iqtisadi vəziyyətdən çıxardı. Bu mənada “Əsrin müqaviləsi” ayrı-ayrı dövrlərin əlaqəliliyi ideyasını, Heydər Əliyev siyasətinin əsas məqsədinə - ictimai rifaha xidmət edən dəyərləri əks etdirən dünyagörüşü aktına çevrildi.
    Zaman keçdikcə “Əsrin müqaviləsi” Azərbaycanda sosial tədbirlərin  miqyasının genişləndirir, əhalinin sosial rifah halını yaxşılaşdırır, ölkəyə külli məbləğdə pul axınının gəlməsinə şərait yaradırdı.
    Bu gün Azərbaycan öz neftini dünya bazarlarına çıxarmaq üçün regionun ən böyük layihəsinin müəllifinə çevrilib. Dəyəri 4 mlrd. dollardan artıq olan Bakı-Tiflis-Jeyhan Əsas İxrac Boru Kəməri layihəsi dünyanın diqqətini Azərbaycana yönəldib. Uzunluğu 1769 km, məhsuldarlığı isə ildə 50 mln. ton təşkil edən bu kəmər üç dövlətin – Azərbaycan, Gürcüstan və Türkiyənin ərazisindən keçməklə qonşu dövlətlərin büdcəsinə də əlavə vəsaitlər gətirir. Deməli, Azərbaycanın müəllifi olduğu bu layihə həm də qonşu dövlətlərin iqtisadi inkişafına stimul verir. Layihə üzrə işlərin yerinə yetirilməsinə 10 min nəfərə yaxın işçi cəlb olunub. Hazırda Heydər Əliyevin adını daşıyan Bakı-Tiflis-Jeyhan neft kəməri xalqımızın ümummilli liderinin ideyalarının gerçəkləşməsinin parlaq təcəssümüdür.
    Bu gün Azərbaycan yalnız neft və qaz ehtiyatlarına görə deyil, həmçinin Qara və Xəzər dənizləri regionunda tutduğu mövqeyə görə ABŞ, Avropa və Asiya dövlətlərinin belə maraqlarının kəsişdiyi geosiyasi mərkəzə çevrilib. Prezident İlham Əliyevin apardığı uğurlu siyasət, ölkənin neft və qaz ehtiyatlarının işlənməsi, həmçinin onların dünya bazarlarına ixracı üzrə nəhəng layihələrin həyata keçirilməsi sayəsində Xəzər regionu bu gün əhəmiyyətli regionlardan birinə çevrilib.
    Uğurlu neft strategiyasından bəhrələnən ölkəmizdə daxili investisiyaların çoğrafiyasını genişləndirməyə, qeyri-neft sektoru sahələrinin modernizasiyasına və infrastruktur imkanlarını artırmağa ciddi önəm verilməklə yanaşı, dünya təcrübəsində özünü doğrultmuş yeni iqtisadi amillərdən də bəhrələnmək məqsədilə əsaslı tədbirlər görülür.
    Ölkənin iqtisadi və sosial həyatında müşahidə olunan sürətli inkişaf 2008 – ci ildə də saxlanılaraq həm iqtisadi, həm də sosial sahələrdə yeni nailiyyətlərin qazanılması ilə əlamətdar olmuşdur. Əldə olunmuş uğurları əyani nümayiş etdirən makroiqtisadi göstəricilər ölkəmizin inkişaf sürətinə görə dünyada qabaqcıl ölkələr sırasında olduğunu göstərir. Regionlar
    inkişaf edir Təsadüfi deyil ki, bu gün Azərbaycanda neft sektoru ilə yanaşı, qeyri-neft sektoru da sürətlə inkişaf edir. Paytaxt Bakı ilə yanaşı, Azərbaycanın böyük şəhərləri tikinti meydançalarını xatırladır. Artıq Bakı ətrafı kəndlərdə belə hündürmərtəbəli binaların tikintisinə start verilib, yeni şəhərciklər, ticarət yarmarkaları salınır.
    Kənd təsərrüfatında aparılan ciddi struktur islahatları nəticəsində dövlət mülkiyyətində saxlanılan az sayda damazlıq, toxumçuluq və digər bu kimi təsərrüfatlar istisna olmaqla, bütün kənd təsərrüfatı müəssisələri, o cümlədən sovxozlar və kolxozllar ləğv edilərək onların əmlakı təsərrüfat üzvləri arasında bölüşdürüldü. Kənddə yeni mülkiyyətin - kəndli-fermerlərin formalaşmasının sürətləndirilməsi kənd təsərrüfatında işlərin daha yaxşı təşkili və aqrar bölmənin inkişafı üçün möhkəm zəmin yaratdı.
    Kənd təsərrüfatında daha yüksək artıma nail olmaq üçün əhaliyə yanacaq və kübrələrin alınmasından ötrü əlavə subsidiyaların ayrılması dövlətin bütün sahələrə olan maraq və diqqətinin göstəricisdir.
    Aqrar bölmədəki islahatlar öz radikallığı və sürəti ilə nəinki Azərbaycan iqtisadiyyatının digər sahələrində aparılan islahatlardan, hətta Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələrdəki islahatlardan əsaslı surətdə fərqlənərək ölkədə özəl mülkiyyətin formalaşmasında və sahibkarlığın inkişafında xüsusi rol oynamışdır.
    Paytaxtda yol ötürücülərinin və keçidlərin salınması, əyalətlərə qədər uzanan yolların yenidən qurulması da dövlətin iqtisadi inkişafnın göstəricisidir. İndi Bakının demək olar ki, bütün küçə və meydanlarında tikinti işləri aparılır, yeni yollar salınır, körpülər tikilir, köhnələri bərpa olunur və s. 
    Bu gün ölkəyə daxil olan xarici sərmayələrin də həcmi gündən-günə artır. Azərbaycanda sahibkarlığın inkişafına yaradılan münbit şərait dünyanın əksər ölkələri iş adamlarının Azərbaycana sərmayə qoymağa vadar edib. Artıq bu sərmayələrin bir hissəsi yerli kapitala birləşərək Milli sahibkarlığın da inkişafına təkan verib. 
    Müstəqil dövlətçiliyimizin Heydər Əliyev tərəfindən formalaşdırılan mənəvi-ideolci əsası dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsində həlledici rol oynamışdır. Azərbaycan ziyalısını son əsrlərdə ciddi düşündürən milli dirçəliş problemləri bütöv şəkildə Heydər Əliyevin fəaliyyəti sayəsində strateci dövlət siyasətinə, əməli siyasi müstəviyə keçmiş və nəticədə azərbaycançılıq məfkurəsi şüurlara hakim kəsilmişdir. İki əsrin və iki minilliyin qovuşuğunda xalqımız məhz onun sayəsində milli-mənəvi dəyərləri layiqincə qoruyaraq, üçüncü minilliyə inamla qədəm qoymuşdur. Heydər Əliyevin adı bu gün bölgədə və dünyada layiqli mövqe qazanmış Azərbaycan dövlətinin rəmzi kimi səslənir.
    Çoxəsrlik dövlətçiliyimiz tarixində xüsusi yeri olan Heydər Əliyevin fəaliyyəti öz əhəmiyyəti etibarilə Azərbaycanın hüdudlarından çox-çox kənara çıxır. Beynəlxalq aləmdə cərəyan edən proseslərə təsiri baxımından həmişə seçilən və qlobal dünyanın ən aktual çağırışlarına cavab verən Azərbaycan rəhbəri zəmanəmizin tanınmış siyasi xadimləri sırasında şərəfli yer tutmuşdur.
    İndii bu yeri onun layiqli davamçısı İlham Əliyev doldurur. Prezidentin Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı Azərbaycanı qısa müddətdə dünyanın ən sürətlə inkişaf edən dövlətlərdən birinə çevirib. Dövlət başçısı şəxsən bölgələrə gedir, görülən işlərlə yerində tanış olur yeni obyektlərin açılışını edir və s.
    Prezident İlham Əliyev bu məsuliyyətli vəzifəni daşıdığı müddətdə bütün fəaliyyətini insana qayğı və diqqət prinsipi üzərində qurmuş, sosialyönümlü siyasət strategiyası həyata keçirmişdir. Dövlət başçısının ötən dövr ərzində inamla davam etdirdiyi sosial-iqtisadi inkişaf strategiyası, böyük həvəslə həyata keçirdiyi islahatlar həm də onun yüksək idarəçilik qabiliyyətinin, mükəmməl iş təcrübəsinin əyani təzahürü kimi dəyərləndirilə bilər. Jəmiyyətin ümumi inkişaf qanunauyğunluqlarını dəqiq şəkildə qiymətləndirməyi bacaran, eyni zamanda ictimai həyatın müxtəlif sahələrindəki çətinliklər və nöqsanlar haqqında aydın təsəvvürə malik olan prezident İlham Əliyev məhz bu keyfiyyətləri sayəsində yeni dövr üçün qarşıda duran prioritet vəzifələri dəqiq şəkildə müəyyənləşdirməyə müvəffəq olmuşdur.
    Son illər milli dövlət, iqtisadi quruculuq sahəsində tariximizdə çox uğurlu illər olmuşdur. Qazanılan uğurlu inkişafın təmin edilməsində ortamüddətli və uzunmüddətli perspektivlərin görünməsi və onların adekvat olması hökumət qarşısında ən vacib məsələlərdəndir və onun səmərəli fəaliyyətinin əsasını təşkil edir.
    M.Seyidzadə

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 1012
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30