Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Məktəb harayı
    Azərbaycan Respublikası “2009-2013-cü illər regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası yerlərdə davam etdirilir. Bütün sahələrdə olduğu kimi təhsillə, xüsusilə məktəb tikintisi və təmiri ilə bağlı regionda görülən işlərin bəzisi artıq başa çatdırılıb. Tikilən məktəblər arasında Azərbaycanın subtropik iqlim qurşağına malik cənub bölgəsi də var. Bildiymiz kimi, təhsil sektorunun qarşısında duran əsas məsələ müxtəlif ailələrdən olan uşaqlar üçün bərabər təhsil imkanlarının, o cümlədən regionlar üzrə bərabər keyfiyyətli təhsil xidmətlərinin təmin edilməsindən ibarətdir. Belə ki, təhsil almaq imkanları və onun keyfiyyətində olan fərqlər müxtəlif amillərlə bağlıdır. Təhsil almaq imkanlarına təsir edən əsas amillərdən biri valideynlərin tədris materiallarını ala bilməməsi, digəri isə bəzi regionlarda məktəb binalarının yararsız vəziyyətdə olmasıdır. Belə məktəblərdən biri də Cəlilabadda şəhid Nahid Qurbanov adına 9 illik Uzuntəpə kənd orta məktəbidir.

    Cəlilabadda da bir sıra kəndlərdə məktəb tikintisi və təmiri davam etdirilsə də rayon mərkəzinə 5-6 km məsafədə yerələş şəhid Nahid Qurbanov adına 9 illik Uzuntəpə kənd orta məktəbinə baxan yoxdur. 1962-ci ildən istifadədə olan bu məktəbdə 270-dən çox hagird təhsil alır, 17 müəllim işləyir. Ümumilikdə 12 otaqdan ibarət olan məktəb demək olar ki, yararsız haldadır. Qış aylarında, xüsusən də yağışlı-qarlı havalarda siniflərdə oturmaq mümkün deyil. Məktəbin nə zaman əsaslı şəkildə təmir olunacağı isə bəlli deyil.
    Xatırladaq ki, cari tədris ilində Astara rayonunun Valladi kəndində 84 yerlik ibtidai məktəb, Rina kəndində 360 yerlik, Pəlkəş kəndində 220 yerlik, Qakimazdə kəndində 180 yerlik əsas məktəb yenidən tikilib, Kişbə qəsəbəsindəki məktəb isə əsaslı təmirdən sonra istifadəyə verilib.  Gələn il Astara rayonunun Boladi kəndində 180 yerlik və 5 saylı şəhər məktəblərinin tikintisi nəzərdə tutulub.
    Masallı rayonunun Bambaşı kəndində 480 yerlik, Sığdaş kəndində 480 yerlik məktəb istifadəyə verilib. Digah qəsəbəsində isə 4 saylı 640 yerlik məktəbin tikintisinə başlanılıb və 2010-cu ildə təhvil verilməsi planlaşdırılıb. Masallının Bədrli kəndində 480 yerlik məktəbin tikintisi, Ərkivan qəsəbəsindəki Cəfər Cabbarlı adına məktəbin isə təmiri nəzərdə tulub.
    Lənkəran rayonunun Rvo kəndində 360 yerlik məktəb istifadəyə verilib. Lənkəranın Qulumba kəndində də 180 yerlik məktəbin inşası planlaşdırılıb.
    Lerik rayonunun Çayrud kəndində isə 220 yerlik məktəb şagirdlərin istifadəsinə verilib. Lerik rayonunun Barzabu kəndində 180 yerlik məktəbin yenidən qurulmsı və Günəşli kənində fəaliyyət göstərən məktəbin isə təmiri nəzərdə tutulub.
    Yardımlının Aruz kəndində 360 yerlik məktəbin tikintisinə başlanılıb və növbəti ildə başa çatdırılması nəzərdə tutulub.

    Elçin TURAN

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 629
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30