Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Ədəbiyyatın döyüşkən siması
    “Söz ən böyük silah, söz sahibi isə ən güclü əsgərdir”           (Şərq fəlsəfəsi)

    Qüdrətli və lütfikar Ulu Yaradan kainatı və bəşəriyyəti tam harmoniyada yaradıb. Bu ilahi yaradıcılıgın çələngi olan bəşər övladına isə saysız-hesabsız xüsusiyyətlər və duyumlar bəxş edib. Bu xüsusiyyətlər, duyumlar hər bir insanın xarakterindən asılı olaraq özünü biruzə verir. O, insan xoşbəxtdir ki, o yaradıcıdır. Yaradanın ona bəxş etdiyi mənəvi məqamlar onun yaradacılığında özünü göstərir. Yaradıcı şəxsiyyətlər həyatın bütün sevincini istedadın onları məhkum etdiyi ağır zəhmətdən alırlar. Həyat onların ömür tablosunu sanki sonu görünməyən mübarizə boyaları ilə işləyib. Bu onları qəhrəmanlığa aparan şərəfli yoldur.

    Azərbaycan xalqını sözün əsl mənasında xoşbəxt hesab etmək olar. Çünki tarixən onun yetirdiyi insanlar yaradıcı kateqoriyaya mənsub olub. Dəxli yoxdu, istənilən sahədə. Bu xalqın ikinci ordu sayılan ədəbiyyat aləmində də tarixən ortaya çıxan belə əvəzsiz şəxsiyyətlərdən biri də söz-saz ustadı Zəlimxan Yaqubdur. Zəlimxan Yusif oğlu Yaqubov  (Zəlimxan Yaqub) 1950-ci il yanvarın 21-də Azərbaycanın qədim Borçalı mahalının Bolinisi rayonunun Kəpənəkşi kəndində anadan olub. Elə orta təhsilini doğma kəndində başa vurub. 1967-72-ci illərdə Azərbaycan Dövlət Universitetinin (ADU)  Kitabxanaçılıq fakultəsində ali təhsil alıb. 1973-cü ildən 1978-ci ilə qədər “Azərkitab” sistemində, “Kitab pasajı” adlı kitab dükanında satıcı, baş satıcı və şöbə müdiri işləyib. Zəlimxan müəllim 1975-ci ildən 1985-ci ilə qədər Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətində təbliğat şöbəsində redaktor, şöbə müdiri və 1987-ci ildən 1994-cü ilə qədər də “Yazıçı” nəşriyyatında poeziya şöbəsində redaktor, şöbə müdiri vəzifələrində çalışıb.
    Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Zəlimxan Yaqub sənətində və həyat yolunda dəyərli bir yol ayrıcı başlanğıc götürdü. Ölkənin bütün ictimai-siyasi və sosial tədbirləri Zəlimxan Yaqub simasından faydalanmağa başladı. Görkəmli şair 1995-2005-ci illərdə Milli Məclisin deputatı, sözün əsl mənasında millətin vəkili oldu. Özü demişkən, elə indi də xalq onu hər yerdə öz vəkili kimi qəbul edir. Şair 2005-ci ildə ölkə prezidentinin sərəncamı ilə “Xalq şairi” fəxri adına layiq görüldü. Bundan başqa şair H.Z.Tağıyev adına mükafatla (1995), ölkəmizin “Şöhrət ordeni”, “Şərəf” ordeni və Gürcüstan Respublikasının “Şərəf” ordeni ilə təltif edilib.
    Şair 1983-cü ildən Azərbaycan Yazıçılar Birliynin üzvü  və 2008-ci il avqustun 29-dan isə Azərbaycan Aşıqlar Birliyinin sədri seçilib. Zəlimxan müəllim 1994-cü ildən Respublika Prezidenti yanında Əfv Komissiyasının üzvü kimi ictimai fəaliyyət göstərir. O, rəsmi nümayəndə heyətinin tərkibində 1995-2000-ci illərdə Çində, Səudiyya Ərəbistanında, Almaniyada, Amerikada, İsveçdə, İsveçrədə, Qırğızıstanda, Türkiyədə, Fransada və İraqda işgüzar səfərlərdə olub. Şair eyni zamanda Azərbaycan Beynəlxalq Universitetinin professorudur. Z.Yaqub 2009-cu il iyunun 6-da Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının “Türk dünyasına hizmət” mükafatına layiq görülərək həmin Akademiyanın fəxri doktoru da seçilib.
    Anadangəlmə fitri istedada malik olan bu ədəbiyyat vurğununun ilk mətbu əsəri 1966-cı il oktyabrın 4-də Bolnisi rayon qəzeti olan “Qələbə bayrağı”nda nəşr olunub. Daha sonra gənc şairin şeirləri mütamadi olaraq “Azərbaycan gəncləri” qəzetində təqdim olunmağa başlayır. Ümumilikdə şairin indiyədək “Şair harayı”, “Vətən yaralar”, “Sizi qınamıram” və “Ziyarətin qəbul olsun” adlı böyük əks səda doğuracaq kitabları meydana gəlib. Ötən il Zəlimxan müəllimin Türkiyədə “Peyğəmbər” adlı kitabı nəşr edilib. Bundan əlavə, onun ədəbiyyatımızın görkəmli nümayəndələrinin yaradıcılığına həsr etdiyi “Zəlimxanın məqalələr toplusu” kitabı və müasirlərinin onun haqqında yazdıqları 2 cilddən ibarət kitab da elə ötən ildə nəşrə hazırlanıb. Həmin il şairin şeirlər toplusu Moskvanın ”Novosti” nəşriyyatında rus dilində nəşrə buraxılıb. Davamlı olaraq sənətkar bu il oxucularına “Sürgün” poemasını təqdim edib. Bu əsərin şairin yaradıcılığında xüsusi çəkisi var. Əsər vaxtilə Orta Asiyaya sürgün olunmuş həmvətənlərimizdən bəhs edir. Özü demişkən, orada dədə-babasını yadına salan, göz yaşı tökən, Azərbaycan deyiləndə dodağı çatlayan soydaşlara ithaf olunub bu əsər.
    Zəlimxan Yaqub yaradıcılığının Azərbaycan ədəbi tarixinə töhfəsi tək qələmə aldığı poemalar və şeirlərlə bitmir. Zəlimxan müəllim Azərbaycan Aşıq sənətinin müasir dövrdə çiçəklənməsində misilsiz xidməti olan insandır. Bu ilhamın təzahürüdür ki, Zəlimxan müəllim 2008-ci ilin avqust ayında Azərbaycan Aşıqlar Birliyinin V Qurultayında sədr seçilib. Bu qısa müddət ərazində iniyədək Azərbaycan aşıq sənətinin yenidən canlanması nəinki ölkə daxilində, region və hətta beynəlxalq miqyasda da dirçəlməsi diqqəti çəkib. Zəlimxan müəllim daim bu sənətin müqəddəsliyini önə çəkib və həmişə də bu sənəti təsadüfi insanlardan qorumağa çalışıb. Onun Aşıqlar Birliynə üzv olmaq istəyən aşıqlar haqqında maraqlı bir ifadəsi də var; sazı sinəsinə basıb aşığam deyən kəs, ən azı bir dastanı bütöv və əzbər bilməlidir. Məhz Zəlimxan Yaqubun zəhməti idi ki, Heydər Əliyev Fondunun prezidenti, xanım Mehriban Əliyevanın dəstəyi ilə saz sənəti YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil oldu. Artıq bu ölkədə uşaq da, böyük də Zəlimxan Yaqubu sazsız təsəvvür edə bilmir. Bunu daim özü də etiraf edır:
    Təklənib, qəmlənib, yalqız olanda
    Çiçəyim saralıb, gülüm solanda.
    Qəlbim kövrələndə, gözüm dolanda
    Sazdı ümid yerim pənahım mənim.

    Ümumiyyətlə, Zəlimxan Yaqubun yaradıcılığında əski türk-oğuz mədəniyyəti, etno-milli psixologiya, dini dəyərlərə və xalqımızın ədəbi-estetik düşüncə tərzi ilə bağlı bir yanaşma var. Ədəbiyyata vurğun olan bu insan inanılmaz bir ilham sahibidir. Onun şeirlərini oxuyanda, mirvari kimi sıraya düzülmüş say-seçmə kəlmələrin yallı getdiyi çıxışlarını dinləyəndə sözün qüdrətinə, nəhayətsizliyinə, əlçatmazlığına bir daha əmin olursan. Zəlimxan Yaqub qələmin hər məhsulu istər-istəməz insanı düşünməyə vadar edir:
     
    Yaradanım yaxşı bilir,
    Yolum kimlərin yoludu.
    Dünənin söhbəti deyil,
    Lap qədimlərin yoludu.
    Ruhum yollara bələddi,
    Yol çaşanlar xəcalətdi,
    Nuh, İbrahim, Məhəmməddi,
    Yol Adəmlərin yoludu... Əslində Zəlimxan Yaqub poeziyasının nütfəsinə doğru aparan yol məhz buradan başlayır - minillərin o tayından, səsin və sözün məcrasından, ilkin başlanğıcından, bakirəliyindən, Tanrı dərgahından. Şairin şerlərində, misralarında yer alan hər söz, hər kəlmə diridir, canlıdır, hərəkətdədir. Sözlər misra-misra sıralanıb hər bir azərbaycanlının qan yaddaşından sıyrılıb gələn, əsrlərin sınağından keçərək cilalanan vahid bir ritmin üzərində dövrə vurur: Şeytan səni çaşdırmasın,
    Baş vurma çaş dəryasına.
    Min çayın suyu bağlanır
    Gözündə yaş dərgahına.
    Əldən yapışsın əl, gedək,
    Biz hamıdan əvvəl gedək.
    Durma ayaqda, gəl gedək
    Tanrının baş dərgahına..                Zəlimxan Yaqub poeziyasının ən önəmli cəhətlərindən biri də onun milli və bəşəri dəyərləri bir araya gətirmək, ilk baxışda tamamilə fərqli və ziddiyyətli görünən anlayışlar arasında ilahi bir harmoniya yaratmaq bacarığıdır. Bu səbəbdən də, Zəlimxanın şeirləri insanın bütün duyğularını yerindən oynadır, əbədi bir harmoniyanın üzərində kökləyir. Öz kökünə bağlılıqla və bunu həmişə öz yaradıcılığında ifadə etməklə şair yenilməz əsgəri xatırladır. Onun “Qoruya bilmədik məzarınızı” şerində şair üzünü ulu ustadlarına M.P.Vaqifə, X.Natavana, Aşıq Ələsgərə, Dədə Şəmşirə, Sarı Aşığa tutub qəzəblə deyir: Qayanı yardılar, daşı çapdılar
    Məqbərə ucaldıb gümbəz yapdılar
    Sizin ruhunuzu sevən nəsillər
    Sizin adınızla şöhrət tapdılar.
    Belinə daş qoyduq biz o şöhrətin
    Qoruya bilmədik məzarınızı! Və yaxud: Ucaldım Allaha, endim insana
    Sirli-soraqlıdır “Allahu-Əkbər!”
    Açar qapıları eşqin üzünə
    Nurdan çıraqlıdır “Allahu-Əkbər!” “Ucaldım Allaha, endim insana’’ – onun ‘’Peyğəmbər’’ poemasında elə əsas fəlsəfi qayə kimi hesab etmək olar. “Peyğəmbər” xalqına, millətinə, dövlətinə, ümmətinə vurğun bir şairin özünü əbədiləşdirmək ehtirasından doğulub. Məhşur alman filosofu Hegel deyirdi: “Ehtirassız dahiyanə heç nə yaradılmır”.
    Zəlimxan Yaqubun poeması cövhərində qüdrətli insan ehtirasları çağlayan, böyük Tanrı sevgisindən yaranış açıq-aydın hiss olunur. Şairin bu poemasında həm ən ucanı, həm də dərini fəth etməyə qadir böyük bir nəfəs var: şair nəfəsi, insan nəfəsi! Dövrümüzün nüfuzlu fikir adamları Zəlimxan müəllimin yaradıcılığını müxtəlif yönlərdən yüksək qiymətləndiriblər.
    Böyük tənqidçi, akademik K.Talıbzadə yazmışdır: “Zəlimxan sazla şeirin ruhunu, mayasını birləşdirən şairdir. Bu iki sənət dünyasının vəhdəti Zəlimxan şəxsiyyətində Azərbaycanı təmsil edir”.
    “Azərbaycan ədəbiyyatının geniş səmasında bir ildırım çaxdı, bir günəş parladı” deyən Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü N.Cəfərov həm də “Zəlimxan Yaqub Azərbaycanın, ümumən Türk dünyasının dünyaya bəxş etdiyi o böyük şairlərdəndir ki, onun yaradıcılığının cövhərində, mayasında İlahi istedadın enerjisi, Tanrıdan gələn güc, qüdrət var”,-deyə ifadə edib.
    “Zəlimxanın şeirlərində Vətən mövzusu mütləq ölçülərdə təsvir olunmur, ölçüsüzlüyə çevrilir” - bu mülahizəni isə mərhum akademik Xudu Məmmədov neçə illər bundan əvvəl söyləyib.
    Bu gün isə akademik B.Budaqov belə düşünür: “Zəlimxanın nəfəsi dəyən yerdə xeyir-bərəkət göyərməlidir”.
    Cəmiyyətimizin düşünən beyinlərindən doğan bu cür fikirləri Zəlimxan müəllim haqqında xeyli sadalamaq olar. Bu etiraflardan görünür ki, poeziyanın estetik dəyər meyarlarına Zəlimxan nəfəsi adlı anlayışı da daxil etməliyik. Artıq Azərbaycan cəbhəsi, onun tarixi bunu tələb edir.

    Gürcülər Z.Yaqubu “Şöhrət”ləndirdi

    Mayın 3-də Gürcüstanın paytaxtı Tiflisdə Zəlimxan Yaqubun 60 illik yubileyi keçirilib. Yubiley tədbirini Kvemo-Kartli bölgə qubernatoru David Kirkitadze açıb: “Xalq şairi Zəlimxan Yaqub poeziyasını diqqətlə izləmək və onu qiymətləndirmək bizim də borcumuzdur. Onun yubiley tədbirləri Bolnisidə, Marneulidə təntənəli şəkildə qeyd olunub. Bu gün Tiflis şəhərində onun yubileyi böyük bir təntənə ilə keçirilir. Onun gürcü dilində tərcümə olunmuş, Azərbaycan və Gürcüstan dostluğuna həsr olunmuş şeirlərini biz gürcülər sevə-sevə oxuyuruq. Bu gün sizə bir şad xəbər verim. Gürcüstan prezidenti Mixail Saakaşvili Azərbaycanın xalq şairi Zəlimxan Yaqubu Azərbaycan və Gürcüstan ədəbi əlaqələrinin inkişafında göstərdiyi xidmətlərə görə “Şöhrət” ordeni ilə təltif edilməsi barədə Sərəncam imzalayıb. Bu gün icazə verin mən onu hörmətli şairimizə təqdim edim”, - deyən D.Kirkatidze “Şöhrət” ordenini Z.Yaquba təqdim edib.

    Mübariz ASLANOV

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 788
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30