Prezident ermənilərin katolikosu ıı Qaregini qəbul edib
Prezident İlham Əliyev aprelin 26-da bütün ermənilərin katolikosu II Qaregini qəbul edib. KəlamİNFO xəbər verir ki, görüşdə dünya dini liderlərinin və müxtəlif dini konfessiya rəhbərlərinin iştirak etdiyi Bakı sammitinin əhəmiyyəti qeyd olunub, bu tədbirin dinlərarası dialoqun möhkəmlənməsi və dini liderlər arasında təmasların genişlənməsi baxımından önəmi vurğulanıb.