Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Üç dini liderin görüşü oldu
    Bakıda, “Gülüstan” sarayında keçirilən dünya dini liderlərinin sammiti çərçivəsində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə, Moskva və Bütün Rusiyanın patriarxı Kirill və Bütün ermənilərin katolikosu II Qaregin arasında görüş oldu. KəlamİNFO xəbər verir ki, sammit çərçivəsində bu görüşün xüsusi əhəmiyyətini vurğulayan patriarx Kirill bildirib ki, son illər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda xeyli irəliləyiş var. Patriarx bu məsələdə Azərbaycanın və Ermənistan dövlət başçılarının səylərini, Rusiya Prezidentinin vasitəçiliyini xüsusi qeyd edib.
    Bildirilib ki, bu cür görüşlər siyasi liderlərin səylərinə dəstək verir. A.Paşazadə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesində üzərinə vasitəçilik missiyası götürən Rus Pravoslav kilsəsinə təşəkkür edərək, problemin ədalətli və beynəlxalq hüquq prinsipləri çərçivəsində nizamlanacağına ümidvar olduğunu vurğulayıb.

    Bütün ermənilərin katolikosu II Qaregin isə bildirib ki, biz dini liderlər Allahın qullarıyıq. Ona görə də sülhün tərəfdarıyıq. Biz dini liderlər regionda sülhün bərqərar olması üçün səylər göstərməliyik. Vasitəçilik missiyasına görə Rus Pravoslav kilsəsinə təşəkkür edən II Qaregin əlavə edib ki, müharibə qəddarlıqdır, sülh lazımdır.
    Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Moskva və Bütün Rusiyanın patriarxı Kirill, bütün ermənilərin katolikosu II Qaregin görüşün yekunlarına dair Bəyannamə imzalayıblar.
    Sənəddə bildirilir ki, sülhə və səbrə səsləyən dinin potensialı barışıq qüvvəsi olmalıdır. Dini liderlərin birgə səyləri millətlərarası ədavətə son qoyacaq. Mübahisəli məsələlərin hərbi yolla həllinə qayıtmağa yol verməmək mühüm əhəmiyyət kəsb edir. Sülhə yönəlmiş səylərimizlə insanların düşmənçiliyin aradan qaldırılmasına olan ümidlərini dəstəkləyəcəyik.
    Dini liderlər münaqişənin nizamlanmasına dair beynəlxalq səyləri dəstəklədiklərini, sülh və dinc yanaşı yaşamağa nail olmaq üçün qarşılıqlı etimadın gücləndirilməsi məqsədilə ünsiyyəti genişləndirməyin vacib olduğunu qeyd ediblər.
    Sonra mətbuat üçün açıqlama verən patriarx Kirill görüşün çox uğurlu keçdiyini, müxtəlif məsələlərin, əsasən də Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının müzakirə olunduğunu vurğulayıb. Onun sözlərinə görə, bugünkü sammit çox düzgün və vaxtında atılmış addımdır. Patriarx Kirill sammit çərçivəsində keçirilmiş görüşün uğurla nəticələndiyini və imzalanmış Bəyannamənin buna sübut olduğunu vurğulayıb.
    Rus Pravoslav kilsəsinin başçısı deyib ki, dini rəhbərlər siyasi hakimiyyətə malik deyillər. Onlar ordunu hər hansı bir istiqamətə yönəldə, dövlətin gücündən istifadə edə bilməzlər.
    Lakin onların başqa xüsusi imkanları var. Bu imkanlar inanclı insanlara çox yaxın olan dəyərlərə, ideyalara müraciət etməkdən ibarətdir. Üç dinin nümayəndələri görüşüb bir çox məsələlər haqqında razılaşırsa, bu, bütün inanclı insanlara vacib siqnaldır. Bu siqnal barışığa, gərginliyin azaldılmasına və ən əsası siyasi liderlərin münaqişənin həllinin bütün məsuliyyətini öz üzərlərinə götürərək razılığa gəlməsinə zəmin yarada bilər.
    Moskva və Bütün Rusiyanın patriarxı Kirill vurğulayıb ki, Bəyannamənin müddəaları çox vacibdir. Biz ümid edirik ki, bu sənədin ruhu siyasi danışıqların atmosferinə də təsir göstərəcək.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 371
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30