YUNESKO yanında Din Xadimləri Məşvərət Qrupunun ilk iclası keçirilib
Bakıda, “Gülüstan” sarayında keçirilən dünya dini liderlərinin sammiti çərçivəsində YUNESKO yanında Din Xadimlərinin Məşvərət Qrupunun ilk iclası keçirilib. KəlamİNFO xəbər verir ki, iclasda Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Moskva və Bütün Rusiyanın patriarxı Kirill, bütün ermənilərin katolikosu II Qaregin, digər ölkələrin din xadimləri, eləcə də YUNESKO-nun regional nümayəndəsi Dendev Badarç iştirak edib. Tədbirdə YUNESKO yanında Din Xadimlərinin Məşvərət Qrupunun fəaliyyəti və nizamnaməsi ilə bağlı təkliflər irəli sürülüb. Bu təkliflər YUNESKO-nun nümayəndəsinə təqdim olunub. Təkliflərə tez bir vaxtda YUNESKO-da baxılacaq və onlara cavab veriləcək.