Əbülfəs Qarayev Beynəlxalq Muğam Mərkəzinə direktor və direktor müavini təyin edib
Mədəniyət və turizm naziri Əbülfəs Qarayevin əmri ilə Quliyev İbrahim Hacıbaba oğlu Beynəlxalq Muğam Mərkəzinin direktoru təyin olunub. Bu barədə məlumatı AZADİNFORM-a nazirliyin mətbuat xidmətindən veriblər. Ə.Qarayevin digər bir əmri ilə Kazımov İldırım Əli-Nazir oğlu isə Beynəlxalq Muğam Mərkəzinin direktor müavini təyin edilib.