Biz Azərbaycanda yüksək inkişafın şahidi olduq. Ölkəniz çox sürətlə inkişaf edir. KəlamİNFO xəbər verir ki, bu fikirləri Bakıda keçirilən dünya dini liderlərinin sammitində iştirak edən Rusiya buddistləri ənənəvi sanqhisi sədrinin müavini Andrey Dondukbayev jurnalistlərə açıqlamasında deyib. A.Dondukbayev qeyd edib ki, bugünkü tədbir çox yüksək səviyyədə təşkil edilib. Burada yaradılan hərtərəfli şərait bizə daha səmərəli danışıqlar aparmağa imkan verir. Azərbaycan sülhsevər bir ölkədir.