Rusiya Federasiyasına məxsus tanker dəniz quldurlarının əlinə keçib
Hind okeanında dəniz quldurları Rusiya Federasiyasına məxsus tankeri ələ keçiriblər. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə gəminin məxsus olduğu şirkət xəbər verib.
Məlumatı bu rayonda keşik çəkən beynəlxalq qüvvələrin komandanlığı da təsdiq edib. Gəmidə Rusiya vətəndaşları olan 23 adam var. Rusiyanın hərbi gəmiləri hadisə yerinə yollanıb.