Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Tibbi xidmətin səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlib
    Səhiyyə sahəsində ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş ənənələr müsbət nəticələr verir

    Son bir neçə il ərzində ölkədə səhiyyə sahəsində müşahidə edilən müsbət tendensiyalar sübut edir ki, sözügedən sahədə ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş ənənələr müsbət nəticələr verir. Respublikada tibb və səhiyyə sahəsinin təkmilləşdirilməsi, Azərbaycan Respublikası vətəndaşlarının keyfiyyətli tibbi xidmətlə təmin edilməsi üzrə genişmiqyaslı işlər aparılır. Dövlətimizdə Konstitusiya ilə təsbit olunmuş sağlamlıq hüququnun müdafiəsi üçün hər şey edilir. Bu və digər məsələlər barədə qəzetimizin əməkdaşları ilə müsahibə zamanı Bakı Şəhəri Baş Səhiyyə İdarəsinin sədri Leyla Seyidbəyova məlumat vermişdir.

    - Son bir neçə il ərzində cəmiyyətin həyat fəaliyyətinin bütün sahələrində böyük inkişaf müşahidə olunur. Səhiyyə sahəsi də istina deyil. Bu barədə Sizin fikrinizi bilmək istərdik.

    - Səhiyyə sahəsindəki uğurlar respublika rəhbərliyinin həmvətənlilərimizin sağlamlığının müdafiəsinə göstərdiyi daimi diqqət nəticəsində əldə edilmişdir ki, bu da ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və hal-hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən davam etdirilən sosial istiqamətli siyasətin tərkib hissəsidir. Sözügedən sahədəki islahatlar ilk növbədə yeni tibb müəssisələrinin yaradılması, onların maddi-texniki bazalarının möhkəmləndirilməsi kimi istiqamətləri əhatə edir. Dövlət başçısı təməlqoyma və yeni tibb müəssisələrinin açılış mərasimlərində iştirak edir, tikinti və tibb müəssisələrinin müasir avadanlıqlarla təchizatı prosesi ilə maraqlanır. Məhz Prezident İlham Əliyevin diqqəti sayəsində son illər ərzində respublika ərazisində təxminən 300 tibb müəssisəsinin tikinti və təmir işləri başa çatdırılmışdır.

    Bununla yanaşı, səhiyyə sahəsinin inkişafı prosesində xəstəxana və klinikaların müasir tibbi avadanlıqlarla təchizatı mühüm rol oynayır ki, bu da diaqnostika və müalicə prosesinin təşkilinə müsbət təsir göstərir. Bundan əlavə, Prezident İlham Əliyevin 2009-cu ili «Uşaq ili» elan etməsi çoxsaylı tədbirlərin həyata keçirilməsinə təkan verdi. Onların arasında uşaq müəssisələrində kütləvi tibbi müayinələrin aparılması, uşaqların immunoprofilaktikası üzrə işlərin gücləndirilməsi, eləcə də sağlamlıq imkanları məhdud və xüsusi diqqətə ehtiyacı olan uşaqlara qayğı göstərilməsini misal gətirmək olar.
    Sosioloji tədqiqatlar göstərir ki, dövlətin diqqəti və eləcə də nazir Oqtay Şirəliyevin rəhbərliyi altında Səhiyyə Nazirliyinin uğurlu fəaliyyəti sayəsində bu gün tibbi xidmətin keyfiyyəti əhəmiyyətli dərəcədə yüksəlib. Belə ki, Dövlət Statistika Komitəsi respublikanın tibb müəssisələrində müalicə alan 13 min xəstə arasında müstəqil sosioloji sorğu keçirib. Sorğunun nəticələrinə əsasən, respondentlərin 95%-i bildirib ki, göstərilən tibbi xidmətin keyfiyyətindən razıdırlar və həkimlərə etibar edirlər.
    Eyni zamanda, nazir Oqtay Şirəliyevin sərəncamı da tibbi xidmətə müsbət təsir göstərmişdir. Həmin sərəncama uyğun olaraq, 2008-ci ilin fevral ayının 1-dən etibarən dövlət tərəfindən maliyyələşdirilən tibb müəssisələri əhaliyə pulsuz tibbi yardım göstərməyə başlamışdır.

    - Məlum olduğu kimi, paytaxtda Qan Bankı yaradılmışdır ki, bu da, şübhəsiz, müsbət addım kimi qiymətləndirilir. Bu barədə nə deyə bilərsiniz?

    - Qan Bankına gəlincə, qeyd etmək lazımdır ki, onun yaradılması Azərbaycanda səhiyyənin inkişafında çox mühüm bir addımdır. Məlum olduğu kimi, qanın komponentlərindən talassemiya, müxtəlif növ anemiya, hemofiliya, yanıq və qanaxmalar, eləcə də irsi və sonradan yaranmış qan xəstəliklərində istifadə edilir. Bu nöqteyi-nəzərdən sözügedən Banka qan verməyin vacibliyini xüsusi qeyd etmək lazımdır. Digər tərəfdən, qanvermə orqanizmin fəaliyyətini stimullaşdırır və bir çox xəstəliklərdən müalicə kimi tətbiq oluna bilər. Həmçinin qeyd etmək istərdim ki, qan verməklə vətəndaşlarımız kiminsə həyatını xilas edə bilər. İnsan orqanizmində 5-6 litr qan dövran edir. 19-65 yaşlı hər bir sağlam insan il ərzində iki və ya üç dəfə qan verərək, öz sağlamlığını möhkəmləndirir və eləcə də xeyirxah iş görür.
    Məlum olduğu üzrə, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə «Talassemiya və hemofiliyalı uşaqlara qayğı», «Talassemiyasız həyat naminə» layihələri həyata keçirilir. Heydər Əliyev Fondu və onun prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü ilə Talassemiya Mərkəzinin yaradılması göstərilən problemin həllinə çox kömək etdi. Bu layihələrin məqsədlərinə talassemiyalı uşaqlara qanvermə aksiyalarının təşkili daxildir. Layihələr çərçivəsində hər ay respublikanın şəhər və rayonlarında, paytaxt müəssisə və idarələrində, ali təhsil ocaqlarında, nazirliklərdə, icraedici strukturlarda qanvermə aksiyaları keçirilir ki, onlar da öz müsbət nəticələrini verir. Donorların verdikləri qan yoxlandıqdan sonra xəstələrin müalicəsi üçün istifadə edilir. Talassemiyadan əziyyət çəkən uşaqlara ayda iki dəfə qan köçürülür.

    - Səhiyyə sahəsində həyata keçirilən proqramlar öz müsbət nəticələrini verir və bu da bir daha sübut edir ki, sözügedən sahədə ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş ənənələr bu gün də öz əhəmiyyətini itirməmişdir...

    - Məlum olduğu kimi, bu il 87 yaşını qeyd edəcəyimiz ümummilli lider Azərbaycan xalqının çiçəklənməsinə və sağlamlığına hər zaman böyük əhəmiyyət vermişdir. Məhz onun ölkəyə rəhbərlik etdiyi dövrdə səhiyyə sahəsinin qanunvericilik bazası gücləndirildi. Göstərilən sahədə əsaslı islahatlar həyata keçirilərək, tibbi xidmətlərin səviyyəsi yüksəldildi. Bundan əlavə, səhiyyə sahəsində vahid dövlət siyasəti formalaşdırıldı. Ümummilli lider səhiyyə sahəsində çalışan işçilərin təkmilləşdirilməsinə də böyük əhəmiyyət verirdi. Məhz bu səbəbdən, 2001-ci ildə o, 17 iyun tarixinin Səhiyyə işçilərinin günü kimi qeyd olunması haqqında sərəncam imzaladı. Əhaliyə yüksək keyfiyyətli tibbi xidmət göstərilməsi məqsədi ilə qanunlar paketi qəbul edildi. Ümumiyyətlə, respublikaya rəhbərlik etdiyi hər iki dövr ərzində ümummilli lider səhiyyə sahəsinin inkişafını öz fəaliyyətinin əsas sahəsi kimi qiymətləndirir və ixtisaslı kadrların işinə böyük dəyər verirdi. Səhiyyə sahəsinə ayrılan vəsaitin məbləğinin ilbəil artırılması bir daha sübut edir ki, göstərilən sahənin inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bununla əlaqədar olaraq, hal-hazırda ümummilli liderin siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin əmr və sərəncamları əsasında göstərilən istiqamətdə islahatlar aparılır. Paytaxtda səhiyyə sahəsində aparılan islahatların yeganə məqsədi xəstələrin sağlamlıq hüquqlarının müdafiəsinin yüksək səviyyədə təmin olunmasıdır.
    Müsahibəni apardı
    İskəndər Quliyev

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 716
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30