Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    “Praqa prosesi çərçivəsində aparılan danışıqlar artıq sona yaxınlaşmaq üzrədir”
    Rasim Musabəyov son nöqtənin may ayında Moskvada qoyula biləcəyini proqnozlaşdırır

    Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesi uzunmüddətli intensivlikdən sonra yenidən durğunluq dövrünə qədəm qoymaqdadır. Azərbaycanın kompromis naminə razılaşdığı Madrid prinsiplərinin yeniləşmiş variantına Ermənistan tərəfindən hər hansı bir reaksiya yoxdur. Belə görünür ki, prinsiplərin müəyyən hissələri Ermənistanı qane etmir. Bir sözlə, işğalçı dövlət danışıqlar prosesini bir qədər də uzatmağa çalışır. Azərbaycanın isə buna vaxtı yoxdur. Ölkə rəhbərliyi bir neçə dəfə qəti şəkildə bəyan edib ki, ya Ermənistan ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri tərəfindən təqdim olunan Madrid prinsiplərinin yeniləşdirilmiş variantını qəbul edəcək, ya da Azərbaycan münaqişənin həlli ilə bağlı digər variantlara əl atmalı olacaq. Danışıqların bu mərhələsində prezident İlham Əliyevin Müdafiə Nazirliyində xüsusi müşavirə keçirməsi də diqqətdən yayınmır. Münaqişənin həlli prosesi ilə bağlı yaranmış vəziyyətə aydınlıq gətirmək üçün politoloq Rasim Musabəyova müraciət etdik.

    - Ermənistan tərəfi nə üçün danışıqlar prosesini uzatmaq istəyir?

    - Ermənilər danışıqları sonsuz şəkildə uzatmaqda maraqlıdırlar. Azərbaycan isə heç bir nəticə verməyən danışıqlarla bağlı qəti mövqe tutmaqdadır. Hiss olunur ki, rəsmi Bakının səbri tükənməkdədir. Artıq danışıqlara vasitəçilik edən həmsədr ölkələrin nümayəndələrinin də yorulduqları hiss olunur.

    Təsəvvür edin ki, danışıqların bu mərhələsində həm ABŞ, həm də Rusiya öz həmsədrlərini dəyişdilər. Əgər həmsədrlər danışıqlarda qısa müddət ərzində nəticə gözləsəydilər, təbii ki, nümayəndələrini dəyişməzdilər. Bu vəzifəni həyata keçirən diplomatlar da əldə ediləcək nəticənin mükafatını bölüşdürmək üçün postlarından getməkdə maraqlı olmazdılar. Amma belə görünür ki, onlar danışıqların belə nəticə verəcəyini gözləmirlər. Mənim üçün bir şey aydındır ki, Praqa prosesi çərçivəsində 2003-cü ildən sonra aparılan danışıqlar artıq sona yaxınlaşmaq üzrədir. Bu danışıqlar prosesi ərəfəsində tərəflər bir sıra dəyişikliklər etdilər. Xarici işlər nazirləri, prezidentlər dəyişdi. Artıq bu prosesin sonu qaçılmazdır. Ya bu hər hansı bir nəticə olacaq, təbii ki biz bunu istəyərdik, ya da danışıqların davam etdirilməsi əhəmiyyətsiz olacaq. Növbəti addımların nədən ibarət olacağını da təxmin etmək olar. Ya hərbi əməliyyatlar başlamalıdır, ya da münaqişənin həlli ilə bağlı məsələ yenidən BMT-yə göndərilməlidir. Və yaxud münaqişənin həlli ilə bağlı lokal təşəbbüslər ola bilər. Məsələn, Rusiya və Türkiyə birlikdə məsələni ölü nöqtədən qaldırmağa çalışa bilərlər. Yaxud Avropa Birliyi münaqişənin həlli ilə bağlı yüksək səviyyəli vasitəçi təyin edə bilər. Bu vasitəçi çox nüfuzlu siyasətçi ola bilər. Bu variantların hansının reallaşacağını öncədən demək çətindir. Çünki hələlik Madrid prinsipləri üzrə aparılan danışıqlarda son nöqtə qoyulmayıb. Məncə son qərar qələbənin 60 illiyi ilə bağlı Rusiyada keçiriləcək toplantıda qoyulacaq.


    - Türkiyə ilə Ermənistan arasındakı normallaşma prosesinin dayanmasının Dağlıq Qarabağ danışıqlarına mənfi təsir etdiyini proqnozlaşdırmaq olarmı?

    - Türkiyə Ermənistanla normallaşma prosesini başlamaqla Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə nüfuz əldə etmək imkanı qazandı. Türkiyə həmsədr dövlət kimi olmasa da, regional güc kimi prosesin içindədir. Ermənistan nə qədər cəhd etsə də, dəridən-qabıqdan çıxsa da bu reallığı inkar etmək mümkün deyil.


    - Artıq Rusiyanın Xarici İşlər Nazirliyinin nümayəndəsi də deyib ki, Türkiyənin hansısa bir formada danışıqlar prosesində təmsilçiliyi məsələsi müzakirə olunur. Sizcə Rusiya doğrudanmı buna razı olacaq?

    - Təbii ki söhbət Türkiyənin Minsk qrupunun həmsədri olmasından getmir. Amma mütləq deyil ki, vasitəçilik mütləq Minsk qrupunun həmsədri kimi olsun. Türkiyə ayrıca bir güc kimi də bu münaqişənin həllinə təsir etmək iqtidarındadır. Bu, qaçılmazdır, Rusiya da artıq bunu dərk etməkdədir. Çox güman ki, Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi həmin fikri səsləndirəndə də məhz bu reallığı nəzərə alıb. Artıq Türkiyənin prosesdə təmsilçiliyi Rusiyanın istəyib-istəməməsindən asılı deyil.


    - Artıq Minsk qrupunun həmsədrlərindən ABŞ tamamilə gözdən düşüb, Fransa prosesdə o qədər də aktiv deyil. Danışıqlarda əsas həlledici söz sahibi Rusiyadır. Vəziyyətin indiki duruma gəlib çıxması Rusiyanın məqsədinə nail olması kimi qiymətləndirilə bilərmi?

    -  Məncə münaqişənin həlli prosesi hərbi müstəviyə keçsə, bundan itirən əsas dövlətlərdən biri elə Rusiya olacaq. Hazırda Rusiya Ermənistanla kommunikasiya əlaqələrini itirib. Münaqişənin həlli hərbi müstəviyə keçsə, Rusiya çətin seçim qarşısında qalacaq. Moskva lap ermənilərə dəstək vermək qərarına gəlsə də, yenə itirəcək. Çünki regionda Azərbaycan kimi bir dövlət Rusiyadan birmənalı şəkildə üz döndərəcək. Bu isə Rusiya üçün ciddi itki olacaq. Rusiya bütün bunları nəzərə alıb ermənilərə təsir etməlidir. Hamı yaxşı bilir ki, Rusiyanın belə bir imkanı var. Əslində Amerika da istəyir ki, Rusiya bunu etsin. Bəzi hallarda amerikalılar Rusiyanı qabağa verib Azərbaycan və Ermənistana yaxın bir qonşu kimi münaqişənin həllinə nail olmasını istəyirlər.


    - Amma danışıqların indiki gərgin mərhələsində Rusiyanın həmsədr postuna Mozambikdəki səfirini gətirməsi Azərbaycanda birmənalı qarşılanmır. Bəziləri bunu Rusiyanın ironiyası kimi də qəbul edirlər.

    - Mən bu yanaşma ilə razı deyiləm. Guya Rusiyanın hansı həmsədri bizim xoşumuza gəlmişdi? Rusiyanın birinci həmsədri Kazimirov da Anqoladan gəlmişdi. Biz gözləməməliyik ki, Rusiya ABŞ-dakı sabiq səfirini gətirib bu məsələnin həllinə qoşacaq. Ruslar deyirlər ki, yeni həmsədr Xarici İşlər Nazirliyində MDB Məsələləri Departamentinin sədr müavinidir. Digər tərəfdən nəzərə almalıyıq ki, danışıqlar prosesində Rusiyalı həmsədrin şəxsiyyəti o qədər də rol oynamır. Çünki hazırda Rusiya Fransa və ABŞ-dan fərqli olaraq danışıqlar prosesində xarici işlər naziri və prezident səviyyəsində təmsil olunur. Bu baxımdan rusiyalı həmsədr daha çox texniki funksiyalar daşıyır.


    - Yaranmış vəziyyətdə siz müharibənin başlanması ehtimalını necə qiymətləndirirsiniz?

    - Hər halda bu ehtimal real variantlardan biridir. Nəzərə almaq lazımdır ki, Azərbaycan müharibəni başlasa bunu hansısa xeyir götürmək üçün deyil, məcburiyyətdən edəcək. Ola bilsin ki, müharibə nəticəsində ərazilərimizin bir hissəsini azad edəcəyik. Amma təbii ki, bu zaman qan töküləcək, iqtisadi itkilər olacaq. Eyni zamanda, biz diplomatik və siyasi cəbhədə də itki verəcəyik. Bu baxımdan müharibənin başlanması o qədər də arzuolunan variant deyil. Ancaq təəssüf ki, münaqişəni diplomatik yolla həll edə bilməyəcəyiksə hərbi əməliyyatların başlaması qaçılmaz olacaq. Burada söhbət təkcə hərbi ritorikadan getmir. Prezidentin iştirakı ilə Müdafiə Nazirliyində keçirilən müşavirədə nazir Səfər Əbiyevin verdiyi hesabat həm həmsədr dövlətlərə, həm də Ermənistana konkret mesaj idi. Azərbaycan bununla demək istəyir ki, hərbi əməliyyatlara başlamaq üçün bəyanatlardan əlavə, kifayət qədər potensialı da var. Bunun üçün xeyli hərbi hazırlıq görülüb.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 814
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30