Ali məktəblərin bakalavr pilləsinə sənəd qəbulu başladı
Bu gündən etibarən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən ali məktəblərin bakalavr pilləsinə ərizə qəbuluna başlanır. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-ın mətbuat xidmətindən veriblər.
Ali məktəblərə ərizə qəbulu mayın 31-dək davam edəcək. Sənədlərin təsdiqlənməsi prossesi isə aprelin 30-dan mayın 31-dək olacaq.
Qeyd edək ki, ali məktəblərə III qrupun imtahanları 4 iyul, I qrupun imtahanları 11 iyul, IV qrupun imtahanları 17 iyul və nəhayət II qrupun imtahanları isə iyulun 23-də baş tutacaq.
Orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı isə avqustun 29-da olacaq.