Sosial müdafiəyə ehtiyacı olan uşaqlar İstanbulda “IV Beynəlxalq Gülən Uşaq Festivalı”nda iştirak edəcəklər
Aprelin 17-21-i tarixlərində Gənclər və İdman Nazirliyi sosial müdafiəyə ehtiyacı olan uşaqların 9 nəfərdən ibarət nümayəndə heyətini “IV Beynəlxalq Gülən Uşaq Festivalı”nda iştirak etmək məqsədilə Türkiyənin İstanbul şəhərinə ezam edəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Nazirliyin mətbuat xidmətindən veriblər.
Festivalda dünyanın 10 ölkəsindən 100-dən artıq nümayəndənin iştirakı nəzərdə tutulub. Festival çərçivəsində iştirakçıların müxtəlif göstərişləri, ağacəkmə şənliyində iştirakı, İstanbulun tarixi və mədəni yerlərilə tanışlığı nəzərdə tutulub.